Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə55/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   51   52   53   54   55   56   57   58   ...   205

7. 

Гулиева  Н.,  Алиев  Н.  Приоритеты  для  БП,  Эхо,  2003,  13 

февраль.

8. 


Азербайджанская  нефть не потеряла  свою  потребность,  Эхо, 

19 апрель, 2003.



C EYH U N  M AH M U D  О V 

Naxçıvan Dövlət  Universiteti

İNVESTİSİYA  SİYASƏTİ  VƏ  AZƏRBAYCAN 

İQTİSADİYYATINDA  XARİCİ  SƏRMAYƏ

Yeni  iqtisadi  münasib-ətlərə  keçid  şəraitində  milli 

iqtisadiyyatı  formalaşdırmağın  və  dirçəltməyin,  struktur 

dəyişmələrin  və  iqtisadi  artımın  əsasını  investisiya  vəsait­

lərinin  cəlb  edilməsi,  onun  həcminin  artırılması  və  səmərəlili­

yinin yüksəldilməsi təşkil edir.

Respublikamızda  köklü islahatların  həyata  keçirilməsi

üçün  daxili  vəsaitlərin  azlığı.,  iri  layihələrin  işlənməsi  və

%

investisiya  riskinə uyğun  olan  ehtiyatların  tapılması və s.  kimi 



problemlərin  həllinin  daha  prioritet  mənbəsi  xarici  in­

vestisiyaların  cəlb  edilməsidir.  Respublikamızda  fiziki  və 

mənəvi 

cəhətdən 



tamamilə 

köhnələn 

əsas 

kapitalın 



yeniləşdirilməsinə, 

dağılan 


infrastrukturların 

yenidən 


qurulmasına,  iqtisadiyyatdakı  digər  zəruri  ehtiyacların 

ödənilməsinə  kəskin  ehtiyac  xarici  investisiyaların  axınına 

maksimal  əlverişli  mühit  yarada  bilən  iqtisadi  siyasətin  yeri­

dilməsini zəruri edir.

Amerika  iqtisadçısı  U.Şarpın  qeyd  etdiyi  kimi,  həyata 

keçirilən  bu  siyasət  ilk  növbədə  xarici  investisiyalara 

iqtisadiyyatın  strukturunun  yenidən  qurulması,  davamlı 

inkişafın  təmin  edilməsi, mütərəqqi texnika və texnologiyanın 

əldə  edilməsi,  yeni  idarəetmə  təcrübəsinin  mənimsənilməsi, 

milli  iqtisadiyyatın  dünya  iqtisadi  sisteminə  inteqrasiyasının 

sürətləndirilməsi vasitəsi  kimi baxılması ilə bağlıdır.5

167



Qeyd  edok  ki,  xarici  investisiyaların  respublikamıza 

cəlb  olunması  müəyyən  siyasi,  hüquqi  və  iqtisadi  amillərlə 

bağlıdır.  Təbii  haldır  ki,  öz  strateji  maraqlarından  çıxış  edən 

xarici  investorlar  investisiya  qoymaq  istərkən  sərmayə  qoy­

duqları 

ölkənin 


investisiya 

mühitinin 

əlverişliliyi 

ilə 


maraqlanırlar.  İnvestisiya  mühitinin  əlverişliliyi  isə  ölkənin 

iqtisadi  və  siyasi  vəziyyəti,  investisiya  qoyuluşu  baxımından 

cəlbediciliyi,  xarici  mülkiyyətçilərin  hüquqlarının  qorunması, 

sahibkarlıq 

fəaliyyətinin 

həvəsləndirilməsi, 

investisiya 

qoyuluşlarının  risk  dərəcəsinin  aşağı  olması,  xarici  iqtisadi 

fəaliyyətin liberallaşdırılması kimi  amillərdən  asılıdır.

Respublikamızda  bir tərəfdən onilliklər ərzində forma­

laşmış  çoxsahəli  və  çoxşaxəli  istehsal-texniki  potensialın 

mövcudluğu,  digər  tərəfdən  bir  çox  sahələrdə  güclü  elmi- 

texniki  potensialın  və  nisbətən  ucuz  ixtisaslı  kadr  ehtiyatları­

nın  mövcudluğu  onun  investisiya  qoyuluşu  baxımından 

cəlbediciliyini  daha  da  artırmışdır.  Bununla  yanaşı,  dövlət 

mülkiyyətinin  özəlləşdirilməsi  və  azad  sahibkarlığın  inkişafı 

üçün  əlverişli  şəraitin  yaradılması,  iqtisadiyyatın  ardıcıl  ola­

raq  liberallaşdırılması  və  dünyaya  açılması  istiqamətində 

həyata 

keçirilən 



tədbirlər 

investisiya 

mühitinin 

yax­


şılaşdırılmasına  səbəb  olmuşdur  ki,  bu  da  bir  çox  beynəlxalq 

maliyyə-iqtisadi  təşkilatların  və  investorların  Azərbaycanla 

əməkdaşlığa marağının artmasına səbəb olmuşdur.

Beynəlxalq  təşkilatların  və  investorların  ölkəmizdə 

gedən  islahatlara  münasibətinin  bariz  nümunəsi  iqtisadiy­

yatımıza 

yönəldilmiş 

xarici 


investisiyaların 

həcminin 

artmasıdır.  Belə  ki,  müstəqillik  əldə  olunandan  sonrakı  dövr 

ərzində  ölkə  iqtisadiyyatına  bütün  maliyyə  mənbələri 

hesabına  13,6  mlrd.  ABŞ  dollarından  çox  investisiya 

qoyulmuşdur  ki,  bunun  da  9,7  mlrd.  ABŞ  dollarını  1994-cü 

ildən  ölkəmizə  cəlb  olunan  xarici  investisiyalar  təşkil  edir. 

Qeyd  edək  ki,  ölkəmizin  iqtisadiyyatına  yönəldilmiş  xarici 

investisiyaların 80 %-ni  birbaşa xarici  investisiyalar  təşkil  edir 

və  son  illərdə  neft  sektoru  ilə  yanaşı  digər  sahələrə,  xüsusilə

168



energetika və  neft-kimya sənayesinə,  infrastruktur və kənd  tə­

sərrüfatı  sahələrinə  yönələn  investisiyaların  da  payı  sürətlə 

artır.  2002-ci  ilin  statistik  məlumatına  əsasən  Azərbaycanda 

qeyri-neft  sektoruna  qoyulan  xarici  sərmayə  45,5  mln.  ABŞ 

dolları  həcmində  olmuşdur.  İqtisadiyyatımıza  qoyulan  xarici 

investisiyaların  ümumi  həcmində  qeyri-neft  sektoruna  qo­

yulan  xarici  sərmayənin  ilbəil  artması  respublikamızda 

sahələrarası  tarazlı  inkişafı  və  əhalinin  məşğulluğunun 

nisbətlərinin optimallığmı təmin, edir.

Azərbaycan  iqtisadiyyatına  xarici  sərmayənin  axınının 

mövcud  vəziyyəti  göstərir  ki,  ölkə  iqtisadiyyatına  Türkiyə, 

İran,  Rusiya, ABŞ və s.  ölkələrin  investorları  daha çox  maraq 

göstərirlər.  Hər  şeydən  əvvəl,  Türkiyə  kompaniyalarının 

fəaliyyəti  diqqəti  cəlb  edir.  Onların  iştirakı  ilə  yaradılan  birgə 

müəssisələr  bütünlükdə  yaradılan  bu  tipli  müəssisələrin  45%- 

ni,  həmin  məqsəd  üçün  nəzərdə  tutıılan  Türkiyə  investisiyası 

isə  ümumi  investisiya  həcminin  65%-ni  təşkil  edir.  Türkiyə 

sərmayəsinin  tətbiq  sahəsi  geniş  olub  əsasən  ticarət və  xidmət 

dairəsində,  yeyinti  və  yüngül  sənayedə,  tikinti  və  s.  sahələrdə 

cəmləşmişdir.3

Bütün  bunlarla  yanaşı  Beynəlxalq  Valyuta  Fondu  və 

Dünya  Bankı  ilə  əməkdaşlıq  edilir.  Azərbaycanda  iqtisadi 

islahatların  aparılmasına,  makroiqtisadi  sabitliyin  dəstəklən­

məsinə  Beynəlxalq  Valyuta  Fondu  tərəfindən  800  mln  ABŞ 

dollarından  çox,  struktur  islahatların  təhsil,  mədəniyyət, 

infrastruktur 

və 

digər 


sahələrdə 

müxtəlif  layihələrin 

keçirilməsinə  Dünya  Bankı  tərəfindən  350  mln  ABŞ  dolları, 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  xətti  ilə  110  mln 

ABŞ dolları həcmində  yardım göstərilmişdir.1

Həmçinin 

beynəlxalq 

təşkilatlar, 

donor 

ölkələr 


Azərbaycan  Respublikası  Prezidentinin  neft  sənayesi  ilə 

yanaşı  qeyri-neft  sektorunun  inkişafına  yönəldilmiş  siyasətini 

dəstəkləyərək  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişafın 

təmin  edilməsi  üzrə  Dövlət Proqramının  həyata  keçirilməsinə 

hərtərəfli  yardım  göstərirlər.  Məhz  bu  baxımdan  yaxın  3  ildə

169



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə