M Ə M M ƏD CƏFƏR SAD IQ O V
Naxçıvan Dövlət Universiteti
J
HAZIRLIQ İCLASININ NƏTİCƏLƏRİNƏ DAİR
ÇIXARILMIŞ XÜSUSİ QƏRAR
Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində
hakim (hakimlər kollegiyası) başqa qərarla yanaşı xüsusi
qərar çıxarmaq hüququna malikdir.
Cinayət mühakimə icraatının əvvəlki mərhələlərində
cinayət prosesini həyata keçirəri orqan tərəfindən araşdırılmış
işlə əlaqədar olaraq cinayət prosesi iştirakçılarının cinayət
prosessual qanunvericilikdə təsbit edilmiş hüquqlarının
əhəmiyyətli dərəcədə pozulmasına yol verildiyi hallarda
hakim (hakimlər kollegiyası) tərəfindən əsaslandırılmış qərar
qəbul edilir.
Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində
hakim (hakimlər kollegiyası) tərəfindən, xüsusi qərarın qəbul
edilməsində məqsəd cinayət mühakimə icraatının əvvəlki
mərhələsində şübhəli və ya təqsirləndirilən şəxsin müdaifə
hüququnun pozulmasına, əməliyyat-axtarış tədbirləri zamanı
yol verilmiş kobud pozuntulara, sübutların saxtalaşdırıl-
masına, iş üzrə icraat zamanı süründürməçiliyə yol
verilməsinə, məlumatların, sənədlərin və digər əşyaların
cinayət
prosessual
qanunvericilikdə
nəzərdə
tutulmuş
qaydalara zidd olaraq əldə edilməsinə, həyata keçirilən
prosessual ’ hərəkətlər və qəbul olunan prosessual qərarlar
zamanı yol verilmiş kobud qanun pozuntularına və s. bu kimi
qanunsuz hərəkətlərə diqqəti cəlb etmək, həmin pozuntuların
bundan sonra təkrarlanmaması üçün tədbirlər görmək,
həmçinin belə pozuntulara yol vermiş vəzifəli şəxslər
barəsində müvafiq hüquqi məsuliyyət tədbirlərinin müvafiq
orqan tərəfindən tətbiq edilməsini təmin etməkdir (1).
207
Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin
tələblərinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə
dair
cinayət
prosessual
qanunvericiliyin
müvafiq
normalarının tələblərinin kobud surətdə pozulmasına yol
vermiş ıniivafiq şəxslər barəsində xüsusi qərar yalnız aşağıda
göstərilən iki əsas qərarın çıxarılması ilə yanaşı çıxarıla bilər:
1. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş
icraat materiallarının
baxılmasına xitam verilməsi və
onun ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması
haqqında qərar;
2. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş
icraatın materialları üzrə icraata xitam verilməsi haqqında
qərar.
Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində
hakim (hakimlər kollegiyası) tərəfindən yuxarıda qeyd edilən
1-ci bənddəki qərarın çıxarılması üçün əsas olan prosessual
xarakteri dissertasiyanın III fəslinin 3.1-ci bəndində nəzərdə
tutulmuşdur.
Yuxarıda qeyd edilən 2-ci bənddə göstərilən qərarın
məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində hakim
(hakimlər kollegiyası) tərəfindən çıxarılması üçün əsas olan
prosessual xarakterli kobud qanun pozuntuları
cinayət
prosessual
qanunvericilikdə
konkret
olaraq
nəzərdə
tutulmamışdır. Həmin pozuntulara şəxsin əsassız olaraq
cinayət məsuliyyətinə cəlb edilməsi, onun barəsində əsassız
olaraq cinayət təqibinin həyata keçirilməsi, cinayət təqibini
istisna edən halların mövcud olmasına baxmayaraq icraata
vaxtında xitam verilməməsi və s. bu kimi qanuna zidd əməllər
aiddir. Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsində
imperativ qaydada göstərilən aşağıdakı hallar olmadan
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokuror tərəfindən ictimai-xüsusi ittiham qaydasında
cinayət təqibi üzrə icaatm başlanması kobud qanun
pozuntusu hesab edilir:
208
1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin
mənafeyinə toxunduqda;
2. cinayət hakimyyət nümayəndəsi və ya dövlət
orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara
qarşı törədildikdə;
3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və
köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya
onu törətmiş şəxsdən
asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;
5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə .çatmamış
şəxs tərəifndən və ya ona qarşı törədildikdə.
Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində
hakim (hakimlər kollegiyası) tərəfindən çıxarılmış xüsusi
qərarda onun çıxarıldığı yer və vaxt, hansı cinayət işi və ya
məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və
kim tərəfindən çıxarıldığı qeyd edilməlidir. Qərarda cinayət
prosesini
həyata
keçirən
orqanın
müvafiq
əməkdaşı
tərəfindən konkret olaraq cinayət prosessual qannvericili-
yinin hansı normasının pozulduğu əsaslandırılmış formada
göstərilməli, işin mahiyyəti əsaslı surətdə əks etdirilməli, yol
verilmiş pozuntunun iş üzrə icraatın sonrakı gedişinə necə
təsir etdiyi dəqiq göstərilməlidir (2).
Prosessual xarakterli pozuntuya cinayət prosesini
həyata keçirən orqanın bir neçə müvafiq əməkdaşı tərəfindən
yol
verildikdə,
onların
hər
biri
barəsində
ayrıca
əsaslandırılmış qərar çıxarılmalıdır (3).
Əgər prosessual xarakterli pozuntuya yol vermiş şəxsi
müəyyən etmək mümkün olmadıqda kobud pozuntu ilə
keçirilmiş istintaq və prosessual hərəkətə, yaxud prosessual
qərara görə kimin məsuliyyət daşıdığı
çıxarılmış qərarda
göstərilməlidir.
Lakin heç bir halda qanunvericiliyin
tələblərini kobud surətdə pozmuş şəxs tərəfindən törədilmiş
əmələ (hərəkət və ya hərəkətsizliyə) hüquqi qiymət vermək
209
'
Dostları ilə paylaş: |