Onun böyük eşqi yolunda ilkin qarşılaşdığı adam Güloğ
landır. Bu qarşılaşmada Aşıq Qərib iki ciddi keyfiyyəti ilə
riskə gedir. Belə ki,Aşıq Qərib Güloğlana məğlub olsa,
birincisi, el adətincə sazını məğlub olduğu aşığa verməlidir,
ikincisi, o, ən böyük amalı olan aşiqliyindən də imtina
edəcəyinə söz verir. Buradan tam aydındır ki, dastanın əsas
qəhrəmanlarından biri olan Aşıq Qərib onun şəxsiyyətini
təyin edən və tamamilə aşıqlığını və aşiqliyini son dərəcə
çətin, ciddi bir imtahan qarşısında qoyur.
Əslində bu dava söz davasıdır. Həmin söz davasında
t
Aşıq Qəribin söylədiyi poetik bəndlər məna və məzmunca
öyrənilməyə daha çox layiqdir:
%
Xəbər söylə mənə, ay ustadbaşı,
Əlindəki sazı necə çalırsan?
Əzəl mənə ulduzların sayın de,
Ver cavabın, qalsın başın ağrısız.
O necə şeydir ki, dolar boşalar,
Ruzigar əsdikcə yerində durar.
Geyibsən yaşılı, gələr boşalar,
Ver cavabın, qalsın başın ağrısız.
Qəribəm, sualım eşit, döz indi,
Qəvvas isən dəryalarda üz indi.
O nədir ki, baş yox, əli yüz indi.
Ver cavabın, qalsın başın ağrısız (1-174, 175).
Təbii ki, bu bəndlərin söz sənətimiz üçün ciddi
əhəmiyyəti vardır. Dastanın qəhrəmanı Aşıq Qərib üçün isə
belə bir məqamın əhəmiyyəti ondadır ki, o, bu qələbə ilə
amalına yaxınlaşmaq yolunda ən böyük və həlledici addım
atır. Ev yiyəsi Dəli Mahmud Aşıq Qəribin əhvalatından hali
olub, onu Şahsənəmin atası Xacəgilə gətirir və beləliklə,
dastanın süjeti öz axarına düşür. Lakin şərt amili davam edir.
213
Aşıq Qəribin məqsədini bildikdə isə Xacə müəyyən
qədər fikirləşdikdən sonra onunla özünəməxsus tərzdə
tamamilə başqa bir şərt kəsir, Qəribin anasına deyir:
« - Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə qızıl
başlıq verməlidir» (1-179).
Lotularııı hiyləsiylə bütün malı və mülkü dağılan,
kasıblığın bəlasım hiss edən, yalnız aşıqlıq və aşiqliyini
özünün glivənc yeri bilən Aşıq Qərib bu çətinliyi də dəf
edəcəyinə arxayın olub, Hələb şəhərinə yola düşür.
Hələb şəhərində də Aşıq Qəribin nicatı yenə dediyi,
söylədiyi sözündə olur:
«Söz tamam oldu, Hələb paşası dedi:
- Mən bilirəm sən qəribsən və bu ölkədə kimsən
yoxdıır, ancaq deyirlər ki, sən çox zor aşıqsan. Əgər bizim
aşıqla döş-döşə gəlib onu bağlaya bilsən, səni azad edərəm,
yox, bağlaya bilməsən boynun vurulacaq» (1-194, 195).
Bu, daha ağır bir şərt idi. Başqa sözlə, Aşıq Qərib
«olum və ölüm» qarşısında qalır. Əslində, onun başqa çarəsi
də yox idi.
Burada yenə sözün gücü qalib gəlir.
Maraqlıdır ki, başqa bir məhəbbət dastanında
«Qurbani» dastanında da Mahmud bəyin Qurbani ilə şərti
söz üstündədir. Ancaq burada «Pəri» sözünün şerdə
işlənməməsi əsas şərt kimi qoyulur.
Mahmud bəy Qurbaniyə deyir:
- İndi mən səni evə aparacağam. Ancaq səninlə bir şərt
kəsirəm. Mənim evimdə oxuyanda gərək elə şey oxuyasan ki,
içərisində Pəri sözü olmaya. Əgər Pəri adı çəksən, Qara vəzir
səni öldürər, mənim də nəslimi kəsər.
Qurbani dedi:
-Yaxşı, şərtlərinə əməl edərəm.
Mahmud bəy dedi:
- Mən deyən kimi oxusan, altımdakı kəhər atı da, bir
yaxşı saz da sənə verib, səni dünya malma qəni edəcəyəm».
Bütün bunlarla bərabər, Qurbani söylədiyi qoşmaların
iki bəndində «pərzad» və «məlayik» sözlərini işlədir.
214
Qurbaninin istəyinə və amalına uyğun gəldiyi üçün o,
həmin sözlərdən qaça bilməzdi. Yəni Qurbani müəyyən şərti
pozur. Ancaq bu, aşığın bacarıqsızlığı deyildir. O Mahmud
bəyə bildirir ki, heç vaxt öz eşq məsləkindən dönməyəcəkdir.
Dastandakı ikiııci bir şərt də söz və saz üstündədir.
Qurbani dedi:
«- Usta, niyə acığın tutur? Bax, o sazı çala bilmir, indi
sən çalacaqsan? Get, hələ ağzının qatığını sil.
Qurbani dedi:
-Sən o sazı mana ver, gerisi ilə işin yoxdur.
Usta Bədəl sazı alıb acıqlı-acıqlı Ç'urbaniyə verib dedi:
-Al, əgər bu sazı dindirə bilsən, pulsuz sənə
bağışlayıram, dindirə bilməsən, vay sənin gününə».
Dastanda deyildiyi kimi, Qurbani sazın zilini zil,
bəmini bəm eylədi. Şərti udub sazı pulsuz götürdü.
«Tahir və Zöhrə» dastanının bir yerində gözəllik amili
əsas şərt kimi irəli sürülür. Həştərxan paşasının qızı Sona
buraya gəlib çıxan Tahirə vurulur. Lakin Tahir qəti şəkildə
öz sevgilisi Zöhrənin dalısınca gedəcəyini bildirir. Zöhrəyə
vurulan Tahirə, Sona xanım o şərtlə güzəştə gedəcəyini
bildirir ki, Zöhrə ondan gözəl olsun. Bu şərtin nəticəsi Sona
xanımın Zöhrə ilə münasibətinə ciddi əsas olur. Belə ki, Sona
xanım Zöhrə ilə qarşılaşdıqdan sonra, doğrudan da güzəştə
gedir.
Bəzən də məhəbbət dastanlarında şər işlər üçün
yönəlmiş şərtlərlə rastlaşırıq. Şübhəsiz bu şərtlər baş
qəhrəmanların öz aralarında deyil, onlara qarşı yönəlmiş bəd
əməlli və fikirli mənfi obrazların düşüncəsi ilə bağlıdır. Başqa
sözlə, dastanların təhlili belə nəticə çıxarmağa əsas verir ki,
müsbət qəhrəmanların irəli sürdüyü şərtlər mənfi ideyalarla
əlaqədardır.
Məsələn, «Aşıq Qərib» dastanının başlanğıcında
lotubaşı ilə keçəl arasındakı söhbət və keçəlin irəli sürdüyü
şərt bu fikri təsdiq edə bilər:
«Lotubaşı keçəli tutub qovunu əlindən aldı. Keçəl ha
ağladı ki, qovunu ver, lotubaşı vermədi, axırda keçəl dedi:
215
Dostları ilə paylaş: |