- Lotubaşı, sən qovun ver, mən sənə bir xeyirli yer
deyim.
Lotubaşı dedi:
- O necə yerdir?
Keçəl dedi:
- Təbriz şəhərində Məmməd söydəgər deyilən biri
vardı. O, bu günlərdə vəfat edibdir. Oğlu Rəsul atasının var-
yoxunu ehsan verib, fəqir-füqəraya paylayır.
Lotubaşı keçəlin qovununu verdi və yoldaşlarına dedi:
-Uşaqlar, padşahın xəzinəsindən bizə bir şey çıxmaz,
kim bilir, bəlkə birimiz tutularıq,amma Təbrizə gedib Rəsulu
aldadıb, onun var-yoxunu hiylə ilə ələ keçirə bilərik» (1-167,
168).
Göründüyü kimi, keçəlin öz qovununun qaytarılması
üçün irəli sürdüyü şərt bəd əməl törətməyə yönəlmişdir. Keçəl
öz psixologiyasına və təbiətinə tamamilə uyğun olan,
nağıllardan və dastanlardan tanıdığımız bəzi keçəllərin
gördüyü əməllərlə üst-üstə düşən bir addım atır. Beləliklə,
keçəlin şərti ödənilir, lakin Aşıq Qərib ciddi bir ziyan çəkir.
Var- yoxu lotubaşı və onun yoldaşları tərəfindən əlindən
alınır.
«Tahir-Zöhrə» dastanında əsas hadisələrin ciddi axara
düşüb hərəkət etdiyi bir məqamda isə ölümlə bağlı şərt irəli
sürülür:
«Hatəm Sultan o saat bir car çəkdirdi ki, hər kəs Tahir
Mirzənin başını mənə gətirsə, onu dünya malına qəni
eliyəcəyəm» (1-36).
Aydın olur ki, baş qəhrəmana qarşı yönəldilmiş şərt
onun başını, yəni ölümünü tələb edir. Hatəm Sultan öz
xislətinə, cəlladlıq təbiətinə uyğun olan şərt irəli sürür.
Əslində bu şərt Hatəm Sultanla Tahir Mirzənin xarakterləri
nə və əməllərinə görə bir-birlərinə daban-dabana zidd adam
lar olduğunu sübuta yetirir. Dastanın sonunda isə Tahir M ir
zənin başını istəyən Hatəm Sultanın şərtinin əksinə olaraq,
Hatəm Sultan Tahirin xəncəri ilə öldürülür.
216
Bütün bu deyilənlər göstərir ki, Azərbaycan məhəbbət
dastanlarında çox ciddi yer tutan şərt amili dastanların
strukturunda əhəmiyyətli bədii fiqur rolunu oynayır.
Obrazlar tərəfindən irəli sürülən şərtlər bir tərəfdən dastanın
daha oxunaqlı olmasına, oxucu ilə dastan arasında ünsiyyətə
şərait yaradırsa, digər tərəfdən də obrazların özlərinin
xarakterlərinin açılmasına köməklik göstərir. Bu mənada
məhəbbət dastanlarmdakı şərt amilinə ikinci dərəcəli fakt
kimi baxmaq olmaz.
Şərt amili Azərbaycan məhəbbət dastanlarının poetika
sisteminin mühüm cəhətlərindən biridir. Onlar bu dastanların
spesifikliyini sübut edir, dastan poetikasının daha geniş
planda öyrənilməsinə şərait yaradır.
Ədəbiyyat:
1. Azərbaycan məhəbbət dastanları. Bakı, «Elm», 1979.
RAFİQ BABA YEV
A M E A Naxçıvan Bölməsi incəsənət,
Dil və Ədəbiyyat institutu
BƏDİİ DÜNYANIN BUTALI ŞEYX SƏNANI
"Şəbi - hicran" naləsindən, "yanar canın", "qan tökən
çeşmi giryanın" əfqanından keçən sevda yolları "Feyləsııfanə
ruhlu" aşiqləri adi dünyadan bədii dünyaya gətirib:
başlarında eşq havası, dillərində yanıqlı bir eşq duası: " Səni
mənə buta verdi yaradan"...
Məhəbbət dastanlarının "alın yazısı" kimi yaradanın
əli ilə verilib aşiqlərin dünyasını "həqq nurunda" sehrləyən
butanın, milli mədəniyyətin, milli eposun öz faktı olaraq,
folklor stixiyasmdan görünən missiyasını, elə deyəsən,
dərgahın qanunları müəyyənləşdirib.
"Haqqa aşiqlik butadan başlanır. Nə qədər ki, buta
yoxdur, haqq aşiqi yoxdur" (1, s.58). Butadan - haqq aşiqliyi
statusundan sonra bədii dünyada "giıli ruxsarə qarşı
217
gözündən qanlı su axanların" cövri - cəfa adlı dövranı
başlanır - dövranın əzəməti aşiqin çəkdiyi dərdin siqlətindən
görünür, dərd böyüdükcə ucalıq aliləşir.
"Abbasın Gülgəzə çatmaq üçün şaha, Kərəmin Əsliyə
çatmaq üçün keşiş və keşişlərə, Qurbaninin vəzirə, xana,
hətta Pərinin öz qardaşı Tapdığa, Tahirin öz əmisi Hatəm
Sultana, Şah ismayılın öz doğma atası Aslan şaha qarşı
mübarizəsi fərdi, şəxsi səadət uğrunda aparılan mübarizə
çərçivəsindən çıxaraq onlarla, yüzlərlə Kərəmin, Abbasın və
başqalarının mübarizəsi kimi səslənməkdədir" (2,s.64-65).
Hüseyn Cavidin Şeyx Sənanı "mənəvi eşqin, qüdsi
məhəbbətin canlı heykəli olan Xumara" (3, s. 112) "uçalım,
haqqa doğru, gəl uçalım" - deyəndə, Abbas, Kərəm kimi
canında, ruhunda butalı aləmin əhvalı vardı, "eşq üçün əvət
bayılan bu əhli - halın" gözləri yazılı ədəbiyyatdan ilkinliyə -
dastan dünyasına dikilmişdi.
"Öz poetik duyğuları müstəvisində Cavid əfəndi Şeyx
Sənanı peyğəmbər dərəcəsinə qədər ucaldar" (4, s. 162) - son
vaxtların qənaətlərindən biridir bu; ideoloji tələblərin
məngənəsində Şeyx Sənan ədəbi - tənqidin gözünə başqa cür
də görünmüşdü: "Əsərin ən güclü tərəfi dinə, müsəlman
ehkamına, eşq və məhəbbət əsarətinə qarşı çıxmaqdır" (5,
s.292).
"Onu
əhatə
edən
Şeyx
Mərvanlaı* mühitinə
sığmazlığından" (6, s.8) Şeyx Sənan mühiti yaranır, məlum
səbəblərə görə də bu ağrılı - əzablı doğuluş o dövrün
tənqidinin gözünə ancaq "dinə, müsəlman ehkamına qarşı
mübarizə" kimi görünür.
Bizcə, Şeyx Sənanı bədii dünyaya gətirib, onun
mühitini əbədi bərqərar dəyən məqsədin kökü daha
dərindədir.
"Şeyx Sənan" həm də və bəlkə də daha artıq insanın
azad sevgi, azad fikir dünyası xüsusundakı romantik
arzularını ürəkdən tərənnüm edən şairanə eşq dastanıdır" (3,
s. 121-122).
218
Dostları ilə paylaş: |