olmaz. Ona görə ki, bu təsir tədbirlərinin görülməsi üçün
xüsusi qərarın göndərildiyi vəzifəli şəxsin və ya yuxarı
orqanın səlahiyyətinə aiddir.
Cinayət-Prosessual Məcəlləsinin 307-ci maddəsinin
tələblərinə
əsasən
xüsusi
qərar
müəyyən
prosessual
səlahiyyətlərə malik aşağıdakı vəzifəli şəxslər barəsində
çıxarıla bilər:
1. təhqiqatçı;
2. təhqiqat orqanının rəhbəri;
3. müstəntiq (istintaq qrupunun rəhbəri);
4. istintaq şöbəsinin rəisi;
5. müvəqqəti saxlama yerinin və ya həbsdə saxlama
yerlərinin rəhbəri (rəisi);
6. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror, habelə ona birbaşa göstərişlər vermək
hüququ olan yuxarı prokuror;
7. birinci instansiya məhkəməsinin hakimi (hakim
barəsində xüsusi qərar əsasən məhkəmə nəzarətinin həyata
keçirilməsi zamanı yol verilmiş pozuntularla bağlı olacaqdır)
(4, səh. 364).
Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində
hakim (hakimlər kollegiyası) tərəfindən əsaslandırılmış
surətdə
çıxarılmış
xüsusi
qərar
cinayət
prosessual
qanunvericiliyin normalarının tələblərini kobud surətdə
pozmuş şəxsin məsuliyyətinin dərəcəsini müəyyən etmək və
onun barəsində müvafiq hüquqi təsir tədbirlərinin görülməsi
üçün aşağıda göstərilən şəxslərə göndərilməlidir:
1. müstəntiq, təhqiqatçı və təhqiqat orqanının
əməkdaşı barəsində - tabeçiliyindən asılı olaraq Azərbaycan
Respublikası müvafiq mərkəzi icra hakimiyyəti orqanının
rəhbərinə;
2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror və prokurorluğun müstəntiqi barəsində -
Azərbaycan Respublikasının Baş Prokuroruna;
210
3.
birinci
instansiya
məhkəmələrinin
hakimləri
barəsində - Azərbaycan Respublikası Ali Məhkəməsinin
sədrinə. ]
Yuxanda göstərilən vəzifəli şəxslər xüsusi qərarı
aldıqdan sonra, yəni xüsusi qərarın müvafiq dövlət orqanına
daxil olduğu vaxtdan 30 gündən gec olmayan müddətdə
müvafiq prosessual xarakterli pozuntu barədə araşdırma
aparmalı, Azərbaycan Respublikasının qanunvericiliyinin
müvafiq normalarının tələblərinə əsasən kobud qanun
pozuntularına yol vermiş şəxs (şəxslər) tərəfindən törədilmiş
əməlin (hərəkət və ya hərəkətsizliyin) xarakterini və ictimai
təhlükəlilik
dərəcəsini müəyyən
etməli,
həmin
şəxsin
(şəxslərin) məsuliyyətini müəyyən edərək onun (onların)
barəsində tədbir görülməli və görülmüş tədbirlər barədə
məhkəməyə məlumat verməlidirlər.
Cinayət prosesini həyata keçirən orqanın müvafiq
əməkdaşı
(əməkdaşları),
yəni
vəzifəli
şəxsi
(şəxsləri)
tərəfindən
cinayət
mühakimə
icraatı
zamanı
kobud
prosessual xarakterli qanun pozuntularına yol verildiyinə
görə həmin şəxs (şəxslər) törətdiyi əməlin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə görə yuxarıda sadalanan
müvafiq vəzifəli şəxslər tərəfindən cinayət, inzibati, intizam
və ya mülki-hüquqi məsuliyyətə cəlb edilməlidirlər.
Ə d ə b i y y a t :
1. C.H. Sovet cinayət prosesi. Dərslik, Bakı, "M aarif-1989, s.312
2. Комментарий
к
уголовно-процессуальному
кодексу
РСФСР. М-1989, с. 684
3. Комментарий
к
уголовно-процессуальному
кодексу
РСФСР. М-2000, с.758
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə
sinin Kommentariyası II cild (xüsusi hissə) hüquq elmləri
doktoru, professor Cəfər Hacı Həsən oğlu Mövsümovun
redaktəsi ilə "Digesta" nəşriyyatı, Bakı-2003, s.872
211
III. FİLOLOJİ ELMLƏR
VƏ İNCƏSƏNƏT
M Ə H Ə R R Ə M CƏFƏRLİ
A M EA Naxçıvan Bölməsi incəsənət,
Dil və Ədəbiyyat institutu
MƏHƏBBƏT DASTANLARINDA ŞƏRT AMİLİ
Azərbaycanın məhəbbət dastanlarının bədii struktu
runda əsas yerlərdən birini şərt amili tutur. Bu amil, ümumiy
yətlə, folklor yaradıcılığı, xüsusən də şifahi xalq ədəbiyyatının
iri həcmli janrları üçün səciyyəvi olmaqla bərabər, məhəbbət
dastanlarının süjet və kompozisiyasında tutduğu mövqeyə
görə müxtəlif funksiyalar daşıyır.
Məhəbbət dastanlarında müəyyən bir tərəfin, yəni istər
müsbət qəhrəmanların, istər mənfi obrazların, istərsə də
yardımçı surətlərin irəli sürdüyü şərt bilavasitə aid olduğu
dastanın taktikası ilə bağlı məsələdir. Hətta həmin faktların
geniş və hərtərəfli öyrənilməsi, bədii mətndəki yerinin düzgün
müəyyənləşdirilməsi həmin dastanların spesifik cəhətlərini,
ideya xüsusiyyətlərini, dastanın yazıya alındığı zaman
toplama qaydalarına nə dərəcədə əməl olunub olunmamasını
da aşkara çıxarır.
Bütün bunların izahı üçün ən düzgün yol Azərbaycan
məhəbbət dastanlarına aid faktlara müraciət etməkdir.
Məsələn, «Aşıq Qərib» dastanının
bir yerində dastanın
qəhrəmanı Qərib gəlib çıxdığı Tiflis şəhərində hamını bir növ
valeh edən və aşıqlıqda ad çıxaran Güloğlana deyir:
« - Güloğlan, dörd yarpaq söz deyəcəyəm, cavabın verə
bilsən, mən burdan birbaş Təbrizə qayıdacağam və aşiqlik
sözünü üstümdən götürəcəyəm» (1-174).
Dastandakı hadisələrdən məlum olur ki, Aşıq Qərib
Təbrizdən Tiflisə öz butası -- Şahsənəmin arxasınca gəlib.
212
Dostları ilə paylaş: |