Bəs bu ərazidəki kurqan abidələrin maddi-mədəniyyət
qalıqlarının yaradıcıları kimlər idi, onlar hansı kökdən,
soydan
gəlirdi,
hansı
xalqın
uluları,
hansı
xalqın
təşəkkülünün, dilinin təkamülünün iştirakçıları idi?
Bütün bu suallara cavab vermək üçün ən etibarlı mənbə
hesab olunan yer adlarının tədqiqi, etimologiyası və bu
adlarda olan qədim etnosların izi tədqiqat obyekti kimi çox
qiymətli tarixi materiallar hesab olunur.
Məlumat üçün
qeyd edək ki, Azərbaycan xalqının
təşəkkültapma prosesində kas, manq, kimmcr, savir, şirak
kimi
türkdilli tayfaların iştirakı olmuş və bu izləri bu
günümüzə qədər oykonimlər qorumuşdur.
Belə türk
tayfalarından biri də e.ə. I minillikdə Orta Asiya, Qazaxıstan
əraziləri ilə ilişgili tarixə düşən, e.ə. VII əsrdə qədim türk
yazılı abidəsi «Avesta»da, e.ə. 520-ci ildə Bisütun qaya
yazılarında və bir çox tarixi mənbələrdə adı çəkilən sak
etnoslarıdır.3 Naxçıvan ərazisinin etnik tərkibi haqqında
digər qiymətli məlumatlar L Hacıyev və Ş. Məmmədovun,
İ.Hacıyev və Ə.Amanoğlunun birg;ə Naxçıvanla bağlı işlədiyi
kitablarında da öz geniş əksini tapmışdır.4
Diqqətimizi
daha
çox
çəkən
sak
etnoslarının
Naxçıvanda,
vətənimizin qərb bölgəsində (qondarama
Ermənistan) və Cənub bölgəmiz Azərbaycanda məskunlaşma
tarixi, onlarının izlərinin aşkarlanması, e.ə. VIII əsrdə bu
ərazilərə köçetmə məsələləridir.
Bəri başdan qeyd etmək
istərdik ki, biz gəlmə məsələsi ilə razılaşmırıq, çünki sakların
ərazidə yerli - avtoxton sakinlər olduğunu qeyd- şərtsiz sübut
edən xeyli faktlar mövcuddur.
Yunan səyyahı Strabon «Coğrafiya» əsərində iki
Şakaşena və bir Sisakan ərazisinin olduğunu qeyd edir və
ərazi olaraq Azərbaycanı göstərir.5
Naxçıvan
və
İrəvan
əyalətlərimizin
osmanlılar
tərəfindən işğalından sonra tərtib olunmuş 1590-cı il tarixli «
Iravan əyalətinin müfəssəl dəftəri sənədində6 yer adlarındakı
sak etnosları bu fikri və məlumatı təsdiq edir və adlara
234
qoşulmuş küllü miqdarda arxaik türk-Azərbaycan leksik
vahidlərininin işlənilməsi də məlumatla uyğun gəlir.
İrəvan
nahiyəsində Zak, Zakevəng, Caqerşin, Saki,
Sisaqgird, Sənqovit, o dövr alaybəyi və onun adamlarının
yayladığı Şaqraq yaylağı, Karbi. nahiyəsində Aseçak, Osakan,
Sakuni, Sərkuııi, Saqazgird, Naxçıvan qəzasının Naxçıvan
nahiyəsində
Qaraçuq, Qarabağ nahiyəsində Səng, Sükar,
Zoq, Bazarçay nahiyəsində Siqad, Vedi nahiyəsində Çiqin,
Çiqindər, Çaqlı, Gənzək, Abaran nahiyəsində Səkni, Əlincə,
Ağsaq, Şorlut nahiyəsində Gənzək, Əlincə nahiyəsində
Əlincə, Əlincəqala, Böyük Ərəfsaq, Kiçik Ərəfsaq, Sisiyan
nahiyəsində Sənkar, Şəki, Ərəfsəcik (Ərəfsaq), Sisəcan, Pişək
( Kisək yazılışı da var), Məzrə nahiyəsində Sanqur, .Dərələyəz
nahiyəsində 2 Gənzək kəndi, Caqazur, Danzik, Göyçə
nahiyəsində Kənzək, Abaran nahiyəsində Şiqşaq və Gənzək
belə adlardan7 olub tarixi sübutların canlı daşıyıcılarıdır.
İstanbul Başkanlığı Arşivinin 1727-28-ci illərinə aid
sənədlərindəki məlumatlarda bu adların bir qismi müəyyən
fonetik dəyişikliyə uğramış, (E)anzik-Danzit, Kənzək-Kənzə,
Şaqşaq-Çaqçaq (2 kənd), Ərəfsaq- Ərəfsə- Ərəfsəcik və s.) ,
lakin sak etnos adı tərkiblərdə özünü qismən qoruya
bilmişdir.8
Yüzillərlə davam edən
tarixi proseslər yer adlarına
müəyyən qədər təsir etsə də xanlıqların Rusiya tərəfindən
işğalından
sonra
(1828)
və
1920-ci
ildə
Rusiyanın
Azərbaycanı
yenidən işğalı ilə əlaqədar yer adlarımıza
məqsədyönlü
siyasət
istiqamətlənmiş,
etnoslarla
bağlı
etnooykonimlər ya tamamilə dəyişdirilmiş, ya da ərazi
erməni, gürcü, rus
torpaqlarına qatılaraq ilkin adlar bu
millətlərin yer adlarına uyğunlaşdırılmışdır.8 Nəticə etibarı
ilə qədim türk etnoslarının izi silinmiş və erməni, gürcü, fars,
rus
qondarma
konsepsiyaları
ədəbiyyatlara,
tədqiqat
əsərlərinə yol almışdır. Biz yalnız hazırda fəaliyyət göstərən
etnooykonimlərə
sahib
dura
bilirik
və
qondarma
konsepsiyalardan öz
tariximizin izlərini üzə çıxarmağa
çalışırıq.
235
Yuxanda
qeyd
olunan
Naxçıvan
və
İrəvan
əyalətlərimizdəki sak etnosu ilə bağlı 43 yer və 3 mahal
adlarının (Ağsaqlı, Əlincə, Sisakan və b.)qədim sak türklərinə
mənsubluğu Azərbaycanın cənubunda da özünü təsdiq edir.
Meşkində Şəkərli, Yaşılbaş Gəncəli. Təbriz və Miyanda
Ərşaq, Arsaq, Sulduzda Qazzaq kimi yüzlərlə yaşayış
məntəqə adları10 bu etnosların Azərbaycanımızın şimal,
cənub, qərb bölgələrində çox geniş məskunlaşdığından xəbər
verir.
Sak etnoslarının türk etnosu olduğunu Orxon-Yenisey
abidələrində Sakiş toponimi11, qazaxlarda saqa, özbəklərdə
sakay, qırğızlarda saka, türkmənlərdə saklar, ııaqoylarda
sankay, xakaslarda saqay etnonimləri12 qeyd- şərtsiz sübut
edir.
Yüzillər boyu fəaliyyət göstərərək mühüm sənədlərdə bu
günümüzə gəlib çatan oykonimlərin tərkibindəki türk-
azərbaycan dilinə məxsus komponentlər də sakların türk
etnosu olduğunu təsdiq edən təkzibolunmaz dil faktorlardır.
Türk dilləri ailəsinin özünəməxsus z ~ c, ç ~ ş, s ~ ş
fonetik səsəvəzlənmələrinin səciyyəvi xüsusiyyətlərini özündə
cəmləşdirən13
bu
yer adlarının
20-dən
çoxunun ilk
komponenti birbaşa sak etnosunun adını bildirməklə (Zak,
Zakevəııg, Çaqerşin, Çaqazur,
Saki, Sənqovit, Şaqraq,
Saqazgird, Şükar, Sənq Çiqin, Çaqlı-çaklı, Cəkni, Sənkar,
Şəki və s.) qədim türk arxaik komponentləri ilə oykonim
kimi formalaşıb. Burada müasir leksikonumuza daxil olan -
ər «kişi, igid»14, komponenti sak etnos adına qoşularaq
(Çaq-ər-şin, Saq -ər- aq, Şuk-ar, Sərk-ar və s.) «sak kişiləri»,
«sak igidləri» mənalarını verməklə kimmer, xəzər, subər kimi
qədim türk
etnoslarının quruluşunu təkrarlayır. Bir çox
oykonimlərdə oğuz dillərində çox işlənən səğir nuni (nq)
diftonq səsi15 (Sənq, sənq-ovit, sanq-ur və s.) bu günümüzə
qədər qorunub saxlanılmışdır. Oykonimlərdə sak etnosuna
qoşulan-vəng arxaik komponeti də bu gün şivə və
ləhcələrimizdə v ~ b fonetik hadisəsi ilə müşahidə olunur və
236
Dostları ilə paylaş: |