Kəndin mollası bir dəfə Məhərrəm əminin qabağını
kəsib deyir:
- Məhərrəm kişi , üç manat ver, dədənə quran oxuyum,
göndərim cənnətə.
Məhərrəm əmi dinməz- söyləməz pulu çıxarıb verir.
Bir müddət keçəndən sonra Molla yenə Məhərrəm əmidən üç
manat istəyir ki, yasin oxuyub atasını cənnətə göndərsin.
Məhərrəm əmi özünü saxlaya bilməyib, bu dəfə gülə-
gülə deyir:
- Molla, dədəm cənnətdə nə günah işlətdi ki, oradan
çıxardırlar ? 4
Nəzərdən keçirilən lətifələrdə dini ehkamlara qarşı
çıxmış, mürtəce din xadimlərinə, rühanilərə xas səciyyəvi
keyfiyyətlər də sənətkarlıqla ifşa olunmuşdur.
Lətifələr
quruluş,
kompozisiya
cəhətdən
tezis,
antitezis, nəticədən və ya sübutdan ibarət olur. Lətifələrdə
irəli sürülən tezis və onun əksi olan antitezis nəticəni
doğurur, estetik idealı sübuta yetirir.
Bu
baxımdan təzad
lətifə janrının meyarıdır.
Təzadsız lətifə yoxdur. Lətifə janrında konkretlik, yığcamlıq,
az sözlə
geniş mənalı fikir söyləmək və məqsədəuyğun
hərəkət etmək əsas şərtlərdəndir. Lətifələrin dili sadə
ümumxalq dilidir. Şifahi ədəbiyyatımızın digər növləri kimi
onun da əsasını canlı xalq danışığı təşkil edir. Lətifələrdə
uzunçuluq, sözçülük, artıq ifadə yoxdur. Bədiilik, canlılıq,
səlislik, yığcamlılıq, aydınlıq, konkretlik, şirinlik lətifə dilinin
əsas xüsusiyyətlərindəndir. Lətifələrin dili obrazlıdır. Bu dil
vasitəsilə hər bir tipin daxili aləmi, psixologiyası aşkara çıxır.
Xalq dilinin bütün incəlikləri lətifələrdə özünə yer tapır.
Lətifələrdə poetik güc, incə yumor, hikmətli fikir, məntiqi
nəticə və tənqidlə səciyyələnir.
Ə d ə b i y y a t :
1.
Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru.
Bakı, “Sabah”, 1994, s.256-257
228
2. Nümunə 2004-cü ildə Ordubad rayonunun Əylis kənd
sakini Əliyeva Zərifə Hüseyn qızından qeyd alınıb.
3. İbrahimov İ. Atalar sözü və məsəllər. Azərbaycan şifahi
xalq ədəbiyyatına dair tədqiqlər. Bakı, Azərbaycan Elmlər
Akademiyası nəşriyyatı, 1961, s. 141
4. Azərbaycan folkloru antolgiyası. Naxçıvan folkloru. Ba
kı, “Sabah”, 1994,s.259
YUSİF SƏ FƏ RO V
Naxçıvan Muxtar Respublika Kitabxanası
\
BƏZİ NAĞILLARIN TARİXİ KÖKLƏRİ
%
Toplama və çap materialları göstərir ki, nağıl
Naxçıvan regionunda yayılmış şifahi xalq yaradıcılığı nü
munələrindən biridir. Bunlar arasında tarixi köklərə mA-
lik olan nağıllar az deyil. Xalq belə nağıllarda, bir çox
məşhur hökmdarların adlarını çəkmiş, onların həyat və
fəaliyyətinə dair özünəməxsus mülahizələrini bədii formA-
da ifadə etməyə çalışmışdır (1, s. 121). Belələrinə Şah Ab
basla bağlı nağıllar daha yaxşı nümunədir. «Şah Abbasla
kəndçi qızı» nağılı da bu qəbildəndir (2, s. 197-202).
Nağılın qısa süjetinə görə, kəndli qızı atasının rast
gəldiyi dərvişlərin- Şah Abbasla vəzir Allahverdi xanın
ağıllı adamlar olduğunu hiss (idib onları evə qonaq dəvət
edir. Qızm da ağıllı olduğunu görən Şah Abbas kəbin
kəsdirib onunla evlənir. Az sonra şah, adı
üstündə
yazılmış bazubəndini qıza verib İsfahana dönür. Şah
Abbasın qızdan olan oğlu 18 yaşma çatdıqda İsfahana
gedir, bir dükan açıb işləyir. Allahverdi xanın qızı oğlanı
sevir, gizli yolla onunla görüşür. Məsələdən xəbər tutan
Şah Abbas şahlığı üç günlüyə Allahverdi xana verir.
Vəzir qızı da, oğlanı da ölümə məhkum edir. Oğlanın
qolundakı bazubənddən onun şahın oğlu olduğu məlum
olduqda hökm ləğv edilib, hər iki gənc evləndirilir.
229
«Qızıl təsbeh» (2, s. 98-103) nağılında da Şah
Abbas rəiyyət qayğısına qalan şah kimi təsvir olunur.
Şah qızıl təsbehini pul və azuqə ilə birlikdə bir ailəyə
bağışlayır. Qızıl təsbehi zorla bir cühud həmin ailənin
əlindən aldıqda şah təqsirkar yəhudini cəzalandırır.
Hər iki nağılda xalqın Şah Abbasa dərin hüsn-
rəğbəti ifadə olunur.
w
«Şahın tədbiri» nağılında da Şah Abbas müsbət
təsvir olunur. Şahın qonaq qaldığı evdə bir oğlan uşağı
dünyaya gəlir. Bəxt və tale yazan mələklərin söhbətindən
məlum olur ki, uşağı 15 yaşında ilan çalıb öldürəcək.
Bundan narahat olan şah uşağı ailəsilə birlikdə saraya
köçürüb mühafizə şəraitində saxladır. Lakin deyilmiş
anda ananın saçları ilan olub uşağı çalıb
öldürür.
Nəticədə
məyus
olmuş
şah
«olacağa çarə
yoxdur», «ölüm və qəza- qədərin qarşısını almaq olmaz»
qənaətinə gəlir.
Naxçıvan regionunda belə nağıllara az təsadüf
olunmur.
Bunların
hamısından
bir yazıda
danışmaq
imkan xaricindədir. Sonuncu nağılla bağlı onu qeyd edək
ki,
nağıldakı
«ölümə
qarşı
çıxmaq» , yəni
ölməzlik
uğrunda mübarizə arxaik motiv olmaqla din, şəriətlə yox,
şifahi xalq yaradıcılığı ilə bağlıdır. Məlum olduğu kimi,
Makedoniyalı İsgəndər də bir çox nağıl və əfsanələrdə
«abi-həyat» suyunu içmək məqsədilə qaranlıq dünyaya
səfər etsə də, məqsədinə nail ola bilmir. Çünki xalq
ədəbiyyatında
yaşayan
motivə
görə,
ölməzlik
adi
insanlara yox, tanrı və ərənlərə məxsusdur.
Ölümün çarəsizliyi tarixən insanları düşündürən
məsələ
olub.
Sehirli
nağıllarda
olduğu
kimi, tarixi
nağıllarda da bu motivə tez-tez təsadüf olunur. «Şahın
tədbiri» nağılında buna qismən orta əsrlər şəraitinə
uyğunlaşdırılmış şəkildə rast gəlirik.
«Birinə 100 tümən, birinə 100 çubuq», «Ağıllı
gəlin» nağıllarında da demək olar ki, Şah Abbas müsbət
planda verilmişdir. Qeyd edək ki, Şah Abbas nağıllarda
230
Dostları ilə paylaş: |