«öyün banı uçub» ifadəsi ayrı-ayrı bölgələrimizdə hələ do
işlənilir. «Uca» mənalı -ban komponenti «Kitabi-Dədə
Qorqud» dastanında «... Altun başlı ban ev vergil»...16
ifadəsində do öz məna çalarında söylənilmişdir. Deməli -vəng
komponenti fonetik paralellə işlənilən van/ban leksik
vahidinin səğir mini (nq) diftonqu ilə yazılış formasıdır.
Biz oykonimlərin tərkibində- ovit arxaik leksik söz
tərkibi ilə də (Sinqovit) qarşılaşırıq. Bu komponent Alban
toponimlərində Pisuauvat yer adının son -auvat tərkibi ilə
müqayisə oluna bilər. Tərkib ovat /obat/ bat formasında
Ordubad, Aşqabad kimi toponimlərdə də işlənərək «yer»,
«məkan»17 bildirir. O zaman Şenqovit «Sak yurdu», «Sak
məkanı» anlamını verir. Əgər diqqət etsək yer adları əsasən II
növ ismi birləşmə şəklində formalaşıblar. Bu üslub Saqazgird
sözündə də özünü göstərir. Burada sak etnos adı,- az /as/ es
«zəkalı», «ağıllı».- qit/get isə «möhkəm», «qüvvətli»18
mənalarında arxaik sözləridir. Müasir dilimizdə «ürəyində
qut yoxdur-qüvvə yoxdur» ifadəsi şübhəsiz bu qədim kökdən
gələn sözdür və oykonim burada I növ ismi birləşmə
formasında «ağıllı, qüvvətli saklar» mənasım daşıyır.
Oykonimin tərkibindəki - r hərfi sonradan artırılmadır.
Deməli Azərbaycan dilinin ismi birləşmə növləri hələ e.ə.
türkdilli etnoslarımız arasında dilin qrammatik ünsürü kimi
mövcud olmuşdur. II növ ismi birləşmə şəklində olan
Saqaraq («Uca-aq/ağ19, ər «kişi») «Uca sak kişiləri»
oykonimi
də
dediklərimizi
təsdiq
edən
oykonimik
formalaşma üslubudur və bütün bu birləşmələrdə dilimizin
uzun təkamül prosesi özünü saxlayıb günümüzə qədər
gətirmişdir.
Sadalanan
oykonimlərdə -in məxsusluq şəkilçisinə
(an)20,-ni «verdi bağışladı»21,-il «el, yurd» qədim türk
komponentlərinə də rast gəlirik. F.Rəşidəddinin «Oğuznamə»
əsərində -il komponenti dönə-dönə «el», «yurd» anlamında
«il arasında», «il oldu» ifadələri ilə işlədilmişdir22, Göstərilən
komponentləri tərkibində daşıyan Çiqin yer adı «Saklara
237
məxsus», Çəkni «Saklann verdiyi, bağışladığı» Çaklı isə
(burada dilimizin metateza hadisəsi
-səslərin yerdəyişməsi prosesi il-li vağzal- vazğal izlənilir23)
Sakil tərkibindən ibarət olub «Sak eli» mənalarını özündə
cəmləşdirir.
Ərazidə saklarla bağlı adı çəkilən oykonimlər içində 2
Əlincə (Əlincə Aralıq nahiyələrində), 3 Ərəfsaq (Əlincə,
Sisiyan nahiyələrində) yer adlarına da təsadüf edirik. Burada
Əlincə «Qüvvətli saklar», Ərəfsaq isə, «Sak ərlərinin evi»
mənalarında olub24 arxaik türk sözləri ilə oykonimləri
formalaşdırmışlar.
Saklann Naxçıvan və qərb bölgəmiz İrəvan əyalətində
yerli sakinlər olduğunu, türk- azərbaycanlı etnosu olduğunu
təsdiq edən digər bir məqama diqqətinizi çəkmək istərdik.
1728-ci ilə aid adı çəkilən icmal dəftərində, 46-47-ci
səhifələrdə belə bir məlumatla da qarşılaşırıq : «Korlavəng,
Kəngənə, Ağsaqlı, İrmələi, Ağrılı
və Qışlaq kəndlərinin
əhalisi özlərini Saqiabat camatı hesab edirlər». Deməli
saketnos adını özündə daşımayan, lakin türk leksik
vahidlərindən olan bu kəndlərin
əhalisi hələ XVIII əsrə
qədər özlərinin sak soyundan olduqlarını bilir və bir türk-
azərbaycanlı olmaqları ilə öyünürdülər (F.R).
Kəndlərin
daxil olduğu Xınzirək mahalı isə başabaş azərbaycanlı
kəndlərindən ibarət idi.
Digər bir məsələni diqqətinizə çatdırmağı da lazımlı
hesab edirik. Naxçıvan və onun ətrafı bölgələrdə qaynaq
sənədlərinin verdiyi məlumatlara əsasən 6 nahiyədə (Vedi,
Ağsaqlı, Şorlut, Dərələyəz, Göyçə, Abaran) 7 Gənzə, Gənzək,
Gənizək eyniadlı müxtəlif yazılışlı kənd adları da fəaliyyət
göstərmişdir25. Tarixi qaynaqlar gənzəklərin türkdilli etnos
olduqlarını, saklarla birgə yaşayaraq
onların bir qolunu
təşkil etdiklərini təsdiqləyir26.
E.ə.
Orta
Asiya,
Atropatena,
Albaniya
Arran
ərazilərində Gənzə, Gənzək kimi yer adlarının tarixi
məlumatlarda əks olunması,27 saklann yaşadığı türk xalqları
qazax,
qırğız, başqırd, türkmən ərazilərində - türk
238
torpaqlarında gənzə, gənzək türk etnoslarının yaşaması28
bütöv sak- gənzək etnos birliyindən xəbər verir. Deməli
Naxçıvan və İrəvan əyalətlərində çoxsaylı .sak, gənzək
etnosları ilə adlanan yer adları türk- azərbaycanlılara məxsus
idi və buradakı mahallar belə (Ağşaqlı, Əlincə, Sisakan) sak
mahaları və digər türk tayfa birliklərinin (kas, manq, şirak və
s.29) yaşadığı ərazilər idi.
Sak
etnoslarının
yaşam
tərzindən
və
geyim
adətlərindən bəhs edən Herodot onların şişuclu papaqlar
gəzdirdiyini və bu adəti Orta Asiya ərazilərində müşahidə
etdiyini söyləyir3®.
Bu məsələni diqqətlə öyrənən Levina L.M.Aralətrafı
bölgələrdə bu baş geyimindən istifadə olunduğunu söyləyərək
onu sivri uslu təsvir edir. Bu sahənin digər tədqiqatçısı
Trofimov T.A. isə onu ( sivriuclu papağı) Ceti-asar
mədəniyyətinə aid edərək Altay türklərindən gəldiyini
söyləyirdi31.
Bu məsələdə
daha geniş tədqiqat aparan
E.E.Kuzmina isə istər Altayda, istər Aralətrafı bölgələrdə
istərsə də Orta Asiyada istifadə olunmuş, şişuclu, sivriuclu baş
geyimini konkret olaraq saklarla bağlayır və onlara aid
edirdi.32
XIX əsrdə Gəncə ətrafında, Şəki, Şamaxı zonalarında
bu baş geyiminin geniş yayıldığım, görkəməli filosof şair
M.Ş.Vazehin də istifadə etdiyini bildiyimizdən belə bir fikir
söyləyə bilərik ki, e.ə. I minillikdə ərazilərimizdə yaşayan
sak, gənzək tayfaları da bu baş geyimindən istifadə etmiş və
XIX əsrə qədər bu adət davam etmişdir. (F.R.)
Eramızdan əvvəl ikinci minilliyin axırlarına ( bu tarixə
diqqət edin) aid olan, Naxçıvnm Qızılvəng ərazisindən
tapılmış insan heykəlinin
başında uzun şişuclu papaq
əynində çuxaya bənzər geyim və belində qurşaq var idi. 1895-
ci ildə N.V.Fedorov tərəfindən aşkarlanan bu kişi heykəlinin
20sm, idi və (Diqqətlə baxsaq XX əsrin
əvvəllərinin geyimi ilə eyni və milli geyim nümunəsidir. F.R.).
tədqiqatçılar bunu bütpərəstliklə əlaqələndirdilər.33
239
Dostları ilə paylaş: |