yerinə yetirəcəyi məqsəd, göründüyü kimi xilaskarlıq
funksiyasından daha çox Göy tanrının istəyi ilə Oğuz xa
qanı, türk ulusunun yüksəlişi istiqamətinə yönləndirməkdir.
Özbəkistanın qədim Əfrasiyab şəhərində bir tapıntı üzərin
dəki şəkil də bu baxımdan maraqlıdır. Quyruğu buta olan
qurd qanadlı təsvir olunmuşdur. Əlbəttə, qanadlı qurd təsviri
göylə əlaqə deməkdir. M.Seyidovun fikrincə : « qurd inama
görə kainatın yaradıcısı günəşin bəliı*tisidir»(4, s.46).
Fikrimizcə, inanclar, ilkin təsəvvürlər, mifik düşüncələr
dərin kök salaraq əfsanələşir. Kök qaynaq olan şifahi yaddaş
- əfsanələrdən, yazılı tarixin özü olan dastan yaddaşına
f
m
••
koçur.
Qurd motivi bədii ədəbiyyatda C.Londonun yaradı
cılığında, Ç.Ayıtmatovun «Qiyamət» romanında da geniş
təsvir olunmuşdur.
Ə d ə b i y y a t :
1. Azərbaycan mifoloji mətnləri.Bakı, Elm, 1988
2. Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. Bakı,
Sabah, 1994
3. Ögəl Bahaəddin.Türk mifologiyası. I- cild. TTKB- Ankara, 1993
4. Ögəl Bahaəddin.Türk mifologiyası.IJ- cild.TTKB- Ankara, 1993
5. Rəfik Özdəlc. Türkün qızıl kitabı. Bakı. Yazıçı, 1992
6. Seyidov M.M. «Qızıl döyüşçü»nün taleyi. Bakı, Gənclik, 1984
N A Z İR Ə ƏSGƏROVA
Ф
A M E A Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu
NAXÇIVAN LƏTİFƏLƏRİ VƏ ONLARIN
İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ
Azərbaycan folklorunda lətifə janrı qədim tarixə
malikdir. Lətifələr müxtəlif dövrlərdə,
müxtəlif şəxslərin
adları ilə əlaqələndirilmişdir. Bəzən bir şəxsin adı yaddan
çıxmış lətifə, digər bir şəxsin adma bağlanmış və yaşamışdır.
225
Şifahi xalq ədəbiyyatında lətifəsi olmayan, gülüşsüz
ötüşə bilən Xalq təsəvvürə gətirmək miimükün deyil. Bu zərif
söz xəzinəsinin zənginləşməsi, iki istiqamətlə bağlıdır.
Birincisi, adsız, yəni qəhrəmanı
tanınmayan lətifələrdir.
Bu sıraya daxil olan lətifələr çoxdur. Belə lətifələr bəzən
«günlük lətifələr» də adlanır. Çünki belə lətifələr xalq həyatı,
içtimai- siyasi proseslər, şəxsi münasibətlər çevrəsində
yaranır, yaşayır və zaman-zaman ümumiləşir. İkinci qurupa
daxil olan lətifələr isə daha çox tanınan şəxs adlarıyla
bağlıdır. Belə lətifə
yaradıcıları Azərbaycanda, onun hər
bölgəsində olub, indi də vardır. Naxçıvan regionunun Əlincə
çay bölgəsində Qəssaboğlunun, Naxçıvanda Mirabdulla
ağanın adları ilə bağlı lətifələr məlumdur.Bəzən lətifələrdəki
adlaııdırmalar simvolik xarakter daşıyır.
Məlum olduğu kimi lətifələr alalar sözlərindən və
zərbi - məsəllərdən və əksinə, atalar sözləri və zərbi -məsəllər
lətifələrdən yaranır. Lətifələrdən əmələ gələn atalar sözləri və
məsələlər lətifənin mətnindən çıxan nəticədən ibarətdir. Başqa
sözlə lətifənin sonluğu aforizim kimi yekunlaşır, atalar sözü
və zərbi- məsələ çevrilir.
Aşağıdakı lətifəni nəzərdən keçirək:
Bir xəsisin evinə qonaq gəlir. Bu qonaq ev sahibini çox
yaxşı tanıyırdı. Bilirdi ki, o təkdi. Nə arvadı var, nə də uşağı.
Ancaq çoxlu pulu vardı. Qonaq da borc pul almaq məqsədilə
onlara gəlir. Ev sahibi qonağı gülərüzlə qarşılayır. Uzun qış
gecəsi xeyli söhbət edirlər. Söhbət əsnasında ev sahibi dolana
bilmədiyindən, güzəranının yaxşı olmadığından gileylənir. O
qədər sızıldayır ki, qonaq ondan pul istəmədən xudahafizləşib
gedir.
Evdə arvadı soruşur:
- Nə oldu, pul aldınmı?
Kişi ah çəkərək deyir:
- Yox, evi tikilmişin balası elə bil, yeddi yetimlə bir
dərədə qalıb.1
Başqa bir lətifədə: Mərdan kişi Naxçıvana gedirmiş.
Bazarlıq edib, böyük bağın içində yadına düşür ki, papiros
226
almayıb. Əlindəki zənbili Leninin heykəli yanında yerə qoyub
deyir ki, ağsaqqal, zənbildə gözün olsun, lotu-polu aparar.
Papiros alıb qayıdıram. Mərdan kişi papirosu alıb, geri
qayıdır və görür ki, zənbilini oğurlayıblar. Üzünü heykələ
tulub deyir: «Ay ağsaqqal, zənbili sənə əmanət etmişdim.
Mərdan onun cavab vermədiyini görüb, əlini onun yaxasına
atır və görür ki, bu daşdır. Mərdan kişini təəccüb bürüyür,
təskinlik tapmış kimi deyir:
- Xəyanət edən belə daşa dönər ha».2
Məlumdur ki, «yeddi
yetimlə
bir dərədə qalıb»,
«xəyanət edən belə daşa dönər» və s. atalar sözləri və zərbi -
məsəllərdən lətifələr yaranmışdır.
Mərhum folkloşüııas İdris İbrahimov bu prosesi, yəni
bir sıra atalar sözləri və zərbi- məsələlərin yaranmasında
lətifənin və əksinə lətifənin əmələ gəlməsində atalar sözləri
və zərbi- məsəllərin rolu məsələsini belə aydınlaşdırmışdır:
“Bu janr (Atalar sözləri və məsəllər) lətifələrdən, xüsusilə
Molla Nəsrəddin adı ilə bağlı olan lətifələrdən də çox istifadə
etmişdir. Lətifələrin fəal surətdə atalar sözləri sırasına
keçməsinin başlıca səbəbi onların dərin tənqidi, təlimi,
məzmunundan başqa, bir də həcmcə çox yığcam olması ilə
bağlıdır.3
Nəzərdən keçirilən bu və digər lətifələrin məzmun və
bədii forma xüsusiyyətlərini nəzərdən keçirəndə məlum olur
ki, burada gülüş, əyləncə, məzəli əhvalatlar əsas yer tutur.
Satira, gülüş də lətifələrin əsas xüsusiyyətlərindən biridir.
Lətifələrin əsas predmeti insan olduğuna görə birinci
növbədə
onlardakı
insan
surətləri
silsiləsinə
nəzər
salınmalıdır. İnsan obrazları lətifələrdə çoxdur və müxtəlifdir.
Bunların hər biri real, həyati və təbiidir, onlar xalq tərəfindən
ümumiləşdirilmiş
tipik
obrazlarıdır.
Onlar
cəmiyyətin
müxtəlif təbəqələrini təmsil edir. Tiplərin biri həmişə müsbət,
digəri isə mənfi göstərilir.
Lətifələrin xeyli hissəsi dindən istismar aləti, gəlir
mənbəyi kimi istifadə edən ruhanilərin ifşasına həsr
olunmuşdur. Aşağıdakı lətifəni nəzərdən keçirək:
227
Dostları ilə paylaş: |