M Ə H SƏ T İ İSM A YIL
m
AM E
a
\ Naxçıvan Bölməsinin incəsənət,
Dil və Ədəbiyyat institutu
ƏFSANƏLƏRDƏ MİFİK İNAMIN TƏZAHÜRÜ
Uzaq məsafə və ayrılıqda yaşayan türk topluluqlarının
ümumi bir fikir, yaradıcılıq anlayışında birləşməsi
onu
göstərir ki, zaman və məkan insanın mənsub olduğu genetik
əlaqələri
poza bilmir. Bizi keçmişimizdən ayıran illər və
əsrlərdir. Yaxud uzun illərin zaman ayrılığında vətənin bir
parçasından
qopmuşuq
deyə
bilərik.
Bu
qopmalar,
parçalanmalar soy yaddaşını silmir, əksinə nəinki ümumxalq
yaradıcılığında, həmçinin şəxsi anlayışda da formalaşa bilir.
Yaşanan müasirlik keçmişlə bu gün arasında mümkün
olmayan keçilməzlik görüntüsü, bir ilğım kimi görünür.
Amma zaman və məkanlar fərqli olsa da yaşayan və var olan
köklü mədəniyyətdir. Bu mədəniyyət xalqın adi həyat tərzi,
günlük yaşayışında əks olunur və ailələrdə kök salaraq
cəmiyyətin yaşayış özülünü təşkil edir. Gen yaddaşından
hazırda yaşadığı müasirliyə, sabaha daşınır.
Məlum olunduğu kimi inancda qurd müqəddəsdir.
Yəni xilasedici, qurtuluş rəmzi, türk oğlunun hamisi, yol
göstərənidir. Qurda müqəddəs simvolik baxışın bariz
nümunəsi kimi Azərbaycan folklor nümünələrindən olan
əfsanələri göstərə bilərik. Əfsanəyə görə, Nuhun gəmisindən
kimsəsiz, tənha cəzirəyə düşən Türk atasının məsləhətilə özü
üçün bir qoyun və qoç götürür. Heyvanlar o qədər artıb
çoxalır ki, adada yeməyə heç nə tapılmır. Çarəsiz qalan
Türkü qurd xilas edir. Heyvanların parçalanaraq yeyildiyini
görəndə Türk gecəni yatmayıb güdür və boz qurdla qarşılaşır.
Türk baxır ki, bozqurdun getdiyi yolda su heç topuğa da
qalxmır. Türk boz qurdu izləməklə adadan çıxış yolu tapır .
Əfsanəyə görə, türk öz nəslindən olanlara boz qurd bizim
xilaskarımızdır, şəklin bayraqlara çəkin, çətinliyə düşsəniz
boz qurdu köməyə çağırın öyüdünü verir ( l,s.42,43). B.Ögəl
‘
222
qurdu türk mifologiyasının ən önəmli müqəddəs simvolu
adlandıraraq qeyd edir; «Kurt başlı sancaklar, Göktürk
devletinin yıkılışından
sonra da unutulmamış
ve Çin
İmparatorları, mesela Türgeş’ler gibi Türk kavimlerine
Kağanlık ünvanları verecekleri zaman, kurt başlı bir bayrakla
bir davul vermeği de unutmamışlardı» (3,s.40). Demək əfsanə
inanclarla yanaşı Göytürklərin hakimiyyətinin keçmişdə
mövcud olan dövlətçilik
ənənəsini özündə əks etdirir. Bu
baxımdan digər bir əfsanənin də süjet xətti maraq doğurur.
Əfsanədə deyilir ki, bir tayfa varmış
və tayfanın
başçısı sonsuzmuş. Xeyli nəzir - niyazdan sonra tayfa
başçısının bir şikəst oğlu dünyaya gəlir. Günlərin bir günü
düşmənlər hücum edir və tayfanın kişilərini öldürür, qalan
larını əsir edib aparırlar. Kimsəsiz qalan uşağı dişi canavar
südü ilə bəsləyərək böyüdür. Oğlan, igidliyin sorağını
eşidərək onu öldürməyə gələn düşmənlərinə qarşı ana qurdla
birlikdə döyüşür və əsir düşmüş tayfasını xilas edərək öz
• •
torpağına gəlir və tayfanın başçısı seçilir (2,s.92,93). Ümu
miyyətlə, qəhrəmanlığa görə seçilmə sayılma dünya folklor
nümunələrində bilinən spesfıklikdir. Əfsanədə seçilən qəhrə
man yüksək soya mənsubdur. Bu mənsııbluq qəhərəmanlığa
aparan yoldur. Başlanğıcda şikəstlik və çarəsizlik qeyri adi
qüvvənin köməyi ilə dəf edilir. Bu sadə bir himayədarlıq yox,
güclü təlimə əsaslanan sistemlə mümkün olur. Əfsanədə qurd
ana - himayəçi rolunu oynayır. Əslində analıq burada rəmzi
məna daşıyır. Demək gələcək qəhrəmanın, etnik xilaskarın
Kök - Güc qaynağının bəşər deyil, xalqın mifoloji təvək-
kiiründə formalaşdırdığı böri-qurddur. Məlum olduğu kimi
Azərbaycan folklor nümünələrinin əkssəriyyətində qəhrə
manın güc qaynağı, dirçəlişi, qeyri-adi güclərlə əlaqələndirilir.
Təsadüfi deyil ki, xalq arasında igid qorxmaz pəhləvanlar «şir
südü», «aslan südü əmib». cəsarətli cəsur adamlara, «elə bil
qurd ürəyi yeyib» ifadələri işlənir. Sadaladıqlarımız vəhşi
təbiətin insan ruhunda təzahürü kimi başa düşünülmür. Belə
ki, müqəddəs sayılan qurda da ikili baxış mövcuddur.
223
Folklor nümunələrində qurd donu başına düşən insanlar
vəhşiləşir, adam yeyir, yaxud adamcıla çevrilir.
Mifik
inamlara görə qurd yağı insanlar arasına düşmənçilik, ədavət
salır. Bu çevrilmələrdən ən çox xalq arasında yayılan
qurd
Şərəbanı, qurd Zalxa adı ilə bilinir. Bir baxışa görə isə «qurd
kəsən bıçaq qınından çıxmaz. Çünki qurdu kəsmək
günahdı.r»(l,s.l59). Bu əski insanın mifoloji yaradıcılığı və
dünyanın dərki ilə bağlı məsələdir. Mifoloji
əfsanələrdən
birində deyilir ki, çoban iki qurdun gəldiyini görüb qorxudan
ağaca çıxır. Qurdlar acımış, onlar uluyur, Allah onlara yemək
göndərir. Qurdlar yeməyi üç yerə bölür. İkisini yeyib,
üçüncünü çobana saxlayıb gedirlər. Əfsanədə bir çox
mətləblərlə yanaşı qurdun tanrıya yaxınlığı, insanoğlunun
mənəvi yardımçısı ilə kod əlaqə izah olunur. Qeyd etmək
yerinə düşərdi ki, Tuba türkləri də göy qurda söylədikləri
alqış və dualarında «tanrının xəbərçisi qurd» sözlərini
işlədərək deyirlər: «Yücelerdeki (üstü) Tanrıdan
emir
getirenim (çarlıktım)! Yedi gün yemek yemedim!..Tanrının
yakını (kayırazı)! Gök Börü erenim Kayra-Haıı! Ağzını
burnunu yalayan! Boz kurdum (Kuu Pörüm)!..»(4,s.l26).
Qurd əfsanələri dastan yaddaşında da öz orijinal
üslubunu qoruyub saxlayır. «Boz qurd» dastanına görə qurd
yox olmaq təhlükəsinə düşən göy türklərin dirilib çoxal
masına səbəbkar, «Ərgənəkon» dastanında isə xilaskardır.
Hər tərəfdən dağlarla çevrəli Ərgənəkonda 400 il qalaraq
çoxalan türk yaşadığı bu yerlərə sığmır. Çıxışı üçün yollar
arayır və qurdun çıxdığı yerdə dəmir mədəni olduğunu görür.
Türk müqəddəs dəmirçilik sənətinin köməyilə dağların
arasındakı dəmir mədənini əridərək çıxış yolu açır. Dastanda
göy türklərin başçısının adı bozqurd adlanmaqdadır.
Dastanda deyilir: «Ərgənəkondan çıxdıqları zaman göy
türklərin başçısı Qıyan soyundan Börtə Çönə (monqolca
bozqurd) idi» (4,s.l24).
«Oğuz xaqan» dastanında göy rəngli qıırd
Oğuz
xaqanın qələbə simvoludur. Göy rəngli qurd Oğuz xaqanın
çadrma göydən göy şüanın içində gəlir. Burada
qurdun
224
Dostları ilə paylaş: |