Bu xüsusiyyətlər Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi nəticələrini və onun ərazisində qərar qəbulunu
formalaşdırır.
Naxçıvanın
iqtisadi
artımında
prioritet
istiqamət olaraq əhalinin rifahını təmin edən istehlak və
xidmət
sahələrinin
yerli resursları
əsaslanan
inkişaf
variantlarını hazırlamaq və inkişaf etdirmək əsas aparıcı rol
oynayır.
Naxçıvanda istehsal
üçün
lazım
olan mühüm
resursların və istehsal güclərinin həcmi və onun müasir bazar
tipli iqtisadi inkişafı üçün uyğun olması, yaxud rəqabət
mühitinə uyğun istehsal proqramları ilə bağlıdır. Bıı yanaşma
baxımından regionda menecer idarəçiliyi strateji planlaşma
ilə yerli resurs planlaşması və proqram tədbirlərinin həyata
keçirilməsi rifahın artmasına səbəb olur.
Əhali tələbatının ödənilməsinin ilkin şərti, regionda
əhalinin rifah göstəricisi olan gəlirlərlə ölçülür. Gəlir maddi
rifahın bazar iqtisadiyyatı şəraitində göstəricisi olmaqla,
alıcılıq qabiliyyəti və tələb və təklifin tarazlaşmasımn maliyyə
göstəricisidir.
Dövlət gəlirləri regionda iqtisadi artımın mülkiyyət
münasibətləri, təsərrüfat formaları və əhalinin fərdi, həmçinin
rifahı üçün lazım olan tədbirlərin həyata keçirilməsi üçün
istifadə olunur. Dövlət gəlirlərinin əsas forması olan dövlət
büdcəsinin gəlirləri vergilər və rüsamlar yolu ilə tutulur.
Ərazidə resursların bir hissəsi yerli büdcənin gəlirləri üçün
istifadə olunur.
Naxçıvan region olaraq onun strateji inkişaf meylləri
və əsas tədbirləri, iqtisadi əlaqələrin təkmilləşdirilməsi və
kapital qoyuluşunun əsas istiqamətlərinin təkmilləşdirilməsi
ilə mümkündür. İnvestisiya mənbəyi olaraq əhalinin və
sahibkarların xüsusi vəsaitləri, pullu xidmətlərdən olan
gəlirlər və mərkəzləşdirilmiş büdcədən ayrılan xərclər,
həmçinin bələdiyyə büdcələrinin sosial məqsədlər üçün
istifadə edilməsidir.
204
Əhalinin rifahının Naxçıvan ərazisində əsas maddi
maliyyə mənbəyi, istehsal
və xidmət sferasıdır; mal
dövriyyəsi, kənd təsərrüfatı məhsullarının emalı və ticarəti,
həmçinin ev təsərrüfatından alınan gəlirlərin istifadəsi yolu
təşkil edir. Bazar infrastrukturaları formalaşdıqca, əhalinin
gəlirlərin yenidən bölgüsündə rolu və əsas konsepsiyası artır.
Gəlirlərin dinamikası əsasən ticarət və xidmət
sferasından və kənd təsərrüfatı məhsullarının istehlaka və
satışından əldə olunan gəlirlərdir. Xüsusi gəlirlər Naxçıvan
Muxtar Respublikasında heyvandarlıq və kənd təsərrüfatı
məhsullarının naturada istehlakı, yaxud reallaşması yolu ilə
əldə edilir. Naxçıvan Muxtar Respublikasında əhalinin rifahı
ancaq həmin regionda olan əmtəə xidmət dövriyyəsi ilə
məhdudlaşır. Region əhalisinin gəlirləri əhalinin və iş
qüvvəsinin başqa regionlarda qazanc gətirməsi və istehlakmın
bəzi seqmentlərinin digər ölkələrdə ödənilməsi ilə həyata
keçirir.
Naxçıvan Muxtar Respublikasının əhalisinin adam
başına düşən ümumi daxili məhsulun həcmi, onun sənaye
məhsulu kənd təsərrüfatı məhsulları üzrə həcmi respublika
səviyyəsinə və istehlak üçün lazım olan səviyyədən nisbətən
dəfələrlə aşağıdır. Region əhalisinin rifah problemi, blokada
şəraitində yaşayan Naxçıvan əhalisi üçün özünəməxsus
spesifik xüsusiyyətlər kəsb edir. Onun ərzaq məhsullarına
olan tələbatı, mövsümü xarakterdə olan istehlak qabiliyyəti,
fərdi emal kimi qədim tarixi və məhz iqtisadi cəhətdən çətin
vəziyyətdən çıxmaq üçün formalaşır. Təbii sərvətlərin ev
təsərrüfatında istifadəsi, əl əməyinin daha aparıcı rol
oynaması
və ev təsərrüfatında qənaət
rejimi,
həyat
səviyyəsinin perspektiv inkişafı və onun qiymətləndirilməsi
üçün əsas rol oynayır. Naxçıvanın təbii sərvəti olan balıq
istehsalının artması, meyvə və tərəvəz istehsalı, maldarlıq və
xüsusi təsərrüfatda yem istehsalı ənənəvi məşğuliyyət növü
olmaqla gəlir gətirmək üçün təsərrüfat növüdür.
205
Naxçıvan Muxtar Respublikasında sahibkarlıq sosial
yönlü istiqamətdə və səmərədə özünü daha fəal göstərməlidir.
Belə ki, təbii su ehtiyatlarının hasilatı, onun ixracı və satışı
sferası olan elmi zavodlar, tara istehsalı, qabları və anbar
təsərrüfatı sahələri üzrə bizııes proqramlar öz növbəsində
investisiyaların axınına səbəb olur.
Regionun kompleks sosial-iqtisadi inkişafının təşkili
və idarə olunması üçün özəlləşdirilən müəssisələrin iqtisadi
dövriyyə cəlb edilməsi və özəl müəssisələrin sağlamlaşdırma
»
•
proqramının effektli təşkili və idarə olunmasıdır.
Ozəl
müəssisə müəyyən dövr üçün rəqabətə dözümlü və iqtisadi
artım mənbəyi olmaq üçün onun dövlət himayəsi altında
olması vacibdir. Özəlləşdirilən müəssisələrin qiymətinin
alıcılıq qabiliyyətinə uyğun müəyyənləşdirilməsi, onun biznes
proqramının sosialyönlü və istehlak yönlü istiqamətinin
prioritetliyinin təmin olunması ən vacib kriterial əsas kimi
qəbul olunur. Regionun ərazisində əmlakın özəlləşdirmə-
sindən gələn gəlirlər, büdcədən sahibkarlıq üçün ayrılan
sahibkarlığa kömək fondundan ayırmalar və əhalinin xüsusi
vəsaitinin iqtisadi dövriyyə cəlb olunması üçün maliyyə
resursları ilə maddi resursların, torpaq və insan amilinin
düzgün
təşkilati-idarəetmə
sisteminin
yaradılması
ilə
mümkündür.
Ədəbiyyat:
1. Həsənov R.T. İqtisadi inkişaf və makroiqtisadi siyasət.
Bakı, Yeni nəsil, 2001, 604 səh.
2. Həsənov R.T. Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafının bazar modelinin konseptual əsasları. Bakı, 1998.
3. Алирзаев А.Г. ВАзаимосвязб социальных и экономи
ческих
процессов:
методология, модемирования и
прогнозирования. Баку, Элм ,1986,132 стр.
4. Райцин В .Я. Математические методы и модели плани
рования уровня жизни. Москва, Экономика, 1970, 272 стр.
/
206
Dostları ilə paylaş: |