mümkündür. Baxmayaraq ki, taxıl, şəkər çuğunduru, kartof,
tərəvəz və s. bu kimi məhsulların istehsalında artım müşahidə
olunmuşdur, bu gün respublikamızın kənd təsərrüfatı
məhsullarının nəinki dünya bazarına çıxışı, hətta lokal
şəraitdə idxal olunmuş məhsullarla rəqabətə tabb gətirmə
qabiliyyəti belə çox aşağı səviyyədədir.
Aqrar məhsulların dünya bazarına çıxarıla bilməməsi
səbəblərindən biri həmin məhsulların müvafiq standartlara
cavab verməməsidir. Məlumdur ki,aqrar sektorda əksər
işlərin və məhsulların keyfiyyətini tənzim edən standartlar
mövcuddur. Qeyd edək ki, istehsalçıların, dövlətin və təsərrü
fat subyektlərinin maraqlarının müdafiəsi “ Standartlaşdırma
haqqında” 16 aprel 1996-cı ildə qəbul edilmiş Azərbaycan
Respublikasının Qanunu ilə tənzim edilir (2,s. 13). Nəzərə alaq
ki,aqrar məhsulun keyfiyyətinin yüksəldilməsində standart
ların rolu əvəzedilməzdir. Belə hesab edirik ki, yeni iqtisadi
şəraitdə aqrar sektorda standartların tətbiqi və onların
tələblərinə ciddi nəzarət edilməsi iqtisadi mexanizmin əsas
şərtlərindən biri olmalıdır.
Aqrar məhsulun rəqabət qabiliyyətinin zəif olması
səbəblərindən biri də kənd təsərrüfatı ilə digər sahələı arasın
dakı kooperasiya əlaqələrinin düzgün qurulmamasıdn*. Bazar
münasibətlərinə keçid aqrar sahibkarlığın inkişafı şəraitində
kənd təsərrüfatında kooperasiya əlaqələrinin formalaşması,
onun istehsalın nəticəsinə təsirinin gücləndirilməsi xüsusi
əhəmiyyət kəsb edən vacib məsələlərdəndir.Çünki çoxnövlü
təsərrüfatçılığın formalaşma prosesi getdiyi hazırki şəraitdə
təsərrüfatlararası əlaqələrin yeni tələblər,yeni prinsiplər əsa
sında qurulması aqrar bölmədə böhranlı vəziyyətdən çıxma
ğa,canlanmaya,yüksəlişə şərait yarada bilər.Ona görə də, res
publikada bazar münasibətlərinin formalaşdığı indiki dövrdə
kənd təsərrüfatında aqrar sahibkarlığın inkişafına təsər-
riifatlararası əlaqələrin yaradılması mövqeyindən yanaşılmalı
və bu prosesə birinci dərəcəli əhəmiyyət verilməlidir.
195
Kənd təsərrüfatında aqrar sahibkarlığın normal
fəaliyyətinin təmin olunması,onun sahələri arasında mənafe
lərin düzgün uzlaşdırılmasından asılıdır. Burada söhbət aqrar
sahibkarlığın inkişafı şəraitində kənd təsərrüfatının ayrı-ayrı
sahələri ilə təsərrüfatçılıq formaları arasında elə əlaqələrin
yaradılmasından gedir ki,o bir tərəfdən aqrar bölmənin
inkişafını təmin etməyə,bazarın formalaşdığı dövrdə onun
səmərəli
fəaliyyətini
gücləndirməyə imkan
versin,digər
tərəfdən isə cəmiyyət üçün zəruri olan hər bir məhsul növünə
çəkilən məcmu-ictimai zəruri i.ş vaxtına qənaət etsin.
Dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təsər
rüfatı kooperasiya prinsipləri əsasında fəaliyyət göstərir.
Burada kooperasiya münasibətləri bütün sahələrdə kredit,
təchizat, servis, emal,maşın və mexanizmlər, meliorasiya, süd-
çülük, ətçilik və s. sahələr üzrə yaradılır və onların inkişafı bir
tərəfdən yeni iş yerlərinin yaradılmasına, məşğulluq proble
minin nisbətən yaxşılaşdırılmasına səbəb olur,digər tərəfdən
isə məhsul itkisinin qarşısı alınır.Ona görə də,bazar müna
sibətlərinin formalaşdığı indiki dövrdə kənd təsərrüfatında
yaranmış böhranlı vəziyyətdən çıxmaq,istehsalın həcmini
stabilləşdirmək, aqrar sahibkarlığın inkişafını təmin etmək və
istehlak bazarını ərzaq məhsulları ilə doldurmaq məqsədilə
kooperasiya əlaqələrinə böyük əhəmiyyət verilməlidir.
Qeyd edək ki, indiyədək respublikamızda kənd
təsərrüfatı ilə sənayenin qarşılıqlı əlaqəsi tənzim edilməmiş
qalır.Bu səbəbdən də aqrar sahibkarlar təsərrüfat prosesində
istifadə olunan bəzi sənaye məhsullarından istifadədə
çətinliklərlə üzləşirlər ki,bu da son nəticədə aqrar məhsulun
keyfiyyət normalarına mənfi təsir göstərir.Mövcud problemi
aradan qaldırmaq üçün görülməsini zəruri hesab etdiyimiz
tədbirlər aşağıdakılardan ibarətdir:
Birincisi,ilk mərhələdə kənd təsərrüfatı istehsalı üçün
zəruri olan maddi-texniki ehtiyatların siyahısı müəyyənləş
dirilməli və həminn siyahıya daxil edilən sənaye məhsullarının
196
qiymətləri dövlət nəzarətində saxlanılmalıdır. Zəruri hesab
edilən məhsullar siyahısına müxtəlif markalı traktorların, yük
avtomobillərinin,
kombaynların,digər
maşın
və
mexanizmləriıı aid edilməsini məqsədəuyğun hesab edirik. Bu
qrup məhsulların siyahısına ehtiyat hissələrini, yanacağı və s.
daxil etmək olar.
İkincisi,muxtar
respublikada
dəniz
səviyyəsindən
2500-3000 m hündürlükdə, dağ bölgələrində müxtəlif kəndli
təsərrüfatları fəaliyyət göstərir.Bu təsərrüfatlarda maddi-
texniki baza zəif inkişaf etmişdir, mövcud texnikanın
əksəriyyəti ömür müddətini başa çatdırmışdır. Belə bir
şəraitdə kənddə yeni təsərrüfat formalarının yaranmasını da
nəzərə
alsaq,
maddi-texniki
ehtiyatlar
üzrə
güzəştli
təminatların həyata keçirilməsinə əhmiyyət verilməlidir.
Bununla
yanaşı,dağ
rayonlarındakı
(əsasən
Ordubad,
Şahbuz, Sədərək, Şərur, Culfa rayonlarında) mülkiyyətçilərə
texnika, tikinti materialları, ehtiyyat hissələri, yanacaq və
sürtkü
materialları
güzəştli
qiymətlərlə
satılmalı
və
respublikanın sərhəd rayonları üçün lazım gəldikdə maddi-
texniki ehtiyatların gətirilməsi xərclərinin yerli büdcə vəsaiti
hesabına ödənilməsi məqsədəuyğun olardı.
Üçüncüsü,respublikanın sərhəd rayonları üzrə aqrar
məhsul
istehsalı
məqsədilə
gətirilən
maddi-texniki
ehtiyatlardan istifadə üçün vergilər tətbiq edilməsin.Bununla
belə,ilk mərhələdə yaxşı olardı ki.yeni yaradılan müxtəlif
təsərrəfatçılıq formalarının inkişafına yönəldilən əsaslı vəsait
qoyuluşu rayonların və ya respublikanın büdcə vəsaiti
hesabına maliyyələşdirilsin.
Dördüncüsü,respublikanın
dağ
yerlərindəki
kənd
təsərrüfatı müəssisələrinə texniki xidmət göstərmək üçün
aqro-servislər yardılsın.Bu cür servislərin hər bir dağ
rayonunda təşkil edilməsi daha məqsədəuyğun olardı.
Beşincisi,muxtar respublikada emal müəssisələrinin
dünya standartlarına uyğun formada yeni texnologiyalarla
197
Dostları ilə paylaş: |