başa gəlməsi üçün bu siyasətə arxalanmaq lazımdır. Əvvəla
onu qeyd etmək lazımdır ki, Azərbaycanla iran dövlətinin
iqtisadi sistemləri bir-birindən köklü sürətdə fərqlənir.
İkincisi qiymətlərin süni şəkildə aşağı salınması azad bazar
iqtisadiyyatının prinsiplərinə ziddir və bu iqtisadiyyatda
subyektiv amillərin rolunu artırır.
Belə yanaşma aqrar sahdə neqativ hallara şərait
yaradır, istehsalçıları dövlətdən asılı edir, kənd əhalisini
ələbaxırn edir.
Avropanın
inkişaf etmiş ölkələrindən
biri
olan
Hollandiyada bu məsələ daha uğurla həll edilmişdir. Belə ki,
bu ölkədə zəruri kənd təsərrüfatı məhsullarının ən böyük
sifarişçisi dövlətdir və dövlət öz fermerlərindən aldığı kənd
təsərrüfatı məhsullarını dünya bazarı qiymətlərindən 25-30%
baha qiymətə alır. Bu insanların təşəbbüskarlıq fəaliyyətinə
geniş imkanlar açır.
Sadalananlar
aqrar
sahənin
inkişafına,
ölkədə
məşğulluğun yüksəldilməsinə, ölkədən valyuta axınının
qarşısının xeyli alınmasına gətirib çıxarar. Dövriyyədən
çıxarılmış əkin sahələrinin dövriyyə qaytarılmasına çox
kömək etmiş olardı ki, bu da regionların dinamik inkişafını
stimul yaradardı.
Fikrimizcə aqrar sahəyə dövlət himayəsi və qayğısının
daha çox olması, ölkəmizin iqtisadi strategiyasının optimal
hədəflərə nail olmasının əsas şərtlərindən biridir.
Ədəbiyyat:
1.
Səfərov S. iqtisadi siyasət strategiyası. Bakı,2000.
2.
Əmiraslanov
A.
Azərbaycan
iqtisadiyyatı
və
bazar
münasibətləri. Bakı, 1998.
3.
Axundov M. Müəssisə iqtisadı. Bakı,2002.
4.
iqtisadi nəzəriyyə. Dərslik. Bakı,2002.
5.
Rəhimov M. Azərbaycan Respublikasının iqtisadi inkişafını
təm'.imləyən qanunlar. Bakı, 1996.
182
6.
Allahverdiyev H.B. iqtisadiyyatın dövlət tənzimlənməsi.
Bakı,2002.
7.
Müxtəlif mətbuat materialları.
A SƏ F QƏRİBƏ У
Naxçıvan Dövlət Universiteti
AZƏRBAYCANIN DUNYA İQTİSADİYYATINA
İNTEQRASİYASININ ZƏRURİLİYİ VƏ ƏHƏiMİYYƏTİ
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa
etdikdən sonra qarşılaşdığı əsas problemlərdən biri bu müstə
qilliyi qoruyub yaşatmaq və möhkəmləndirmək imkanlarına
malik olan bütöv
iqtisadi sistemin yaradılması zərurəti
olmuşdur. Beynəlxalq iqtisadi münasibətlərin təhlili və dünya
təcrübəsi göstərir ki, müasir dövrdə milli iqtisadiyyatın
təşəkkülü və inkişafı prosesində meydana gələn çətinliklərin,
problemlərin
müvəffəqiyyətli
həlli
əksər
hallarda
və
əhəmiyyətli dərəcədə xarici iqtisadi əlaqələrin inkişafı
hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə
səmərəli şəkildə inteqrasiyasının təmin edilməsindən asılı
olıır. Bu onunla izah olıınur ki, müasir dövrdə dünyada baş
verən
köklü
keyfiyyət dəyişikləri
beynəlxalq
iqtisadi
inteqrasiyanı,
milli
iqtisadi
inkişafın
zəruri
şərtinə
çevrmişdir. Bunun nəticəsidir ki, hazırda dünyada tədricən
iqtisadi sərhədlərinin aradan qaldırılması, beynəlxalq aləmdə
ölkələr üçün eyni
qanunlara tabe olan
qlobal
iqtisadi
sistemin-dünya təssərrüfat sisteminin təşkili, formalaşması
prosesinə daha çox diqqət yetirilir.
Ümumiyyətlə, belə
şəraitdə sosial-iqtisadi
inkişaf
səviyyəsindən və milli xüsusiyyətlərdən asılı olmayaraq hər
haıısı bir ölkənin iqtisadi siyasəti o vaxt səmərəli ola bilər ki,
o digər ölkələrin iqtisadi strategiyaları ilə uzlaşdırılmış olsun.
Başqa sözlə, ölkənin iqtisadi siyasəti beynəlxalq qanunlar
nəzərə alınmaqla hazırlansın və həyata keçirilsin (1). Məhz
183
belə siyasətin nəticəsində dünya təsərrüfat sisteminə fəal
surətdə qoşulmaqla dövlətlər bir tərəfdən özlərinin müvafiq
ehtiyatları olmadıqları halda
belə, cəmiyyətin
təlabatını
daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunu
formalaşdırmaq və s. bu kimi digər problemləri həll etmək,
digər tərəfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə
malik olduqları üstünlükləri reallaşdırmaq imkan əldə etmiş
olurlar. Təsadüfi deyildir ki, müasir dünya iqtisadiyyatında
inkişaf səviyyəsinə görə
təbii
ehtiyatları
baxımından
özündən dəfələrlə artıq dərəcədə zəngin olan ölkələri geridə
buraxan ölkələrin müvəffəqiyyətlərinin başlıca səbəbi, onla
rın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya
olunmalıdır.
Xüsusi ilə XX əsrin sonunda XXI əsrin əvvələrində
dünya ölkələri arasında gedən inteqrasiya prosesləri iqtisadi
əlaqələrin dünya dövlətləri arasında daha da intensivləş
məsinə zəmin yaratmışdır (2).
Bütün bunların təhlilindən bu nəticəyə gəlmək olur
ki, müasir dövrdə milli inkişafın təmin olunması yalnız xarici
və daxili iqtisadi amillərin dialektik vəhdəti bazasında müm
kündür. Məhz buna görə də xarici iqtisadi əlaqələrin inkişaf
etdirilməsi və bu əsasda iqtisadiyyatın dünya təsərrüfat
sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması,
son dövrlərdə özünün dövlət müstəqilliyini əldə etmiş
ölkələrin sosial-iqtisadi siyasətinin strateji istiqamətlərindən
birini təşkil edir.
Bu ölkələr üçün dünya təsərrüfat sisteminə inteqra
siya həm də ona görə əhəmiyyətlidir ki, ölkə iqtisadiyyatını
xarici dövlətin və beynəlxalq təşkilatların üzünə açmadan və
onlarla
qarşılıqlı faydalı əlaqələr yaratmadan nə onların
maliyyə imkanlarına arxalanmaq, nə mütərəqqi idarəçilik
və təsərrüfatçılıq təcrübəsi qazanmaq, nə də ki, müasir
texnika və texnologiya əldə etmək yolu ilə ümumi tərəqqiyə
çatmaq olar (3).
184
Dostları ilə paylaş: |