Azərbaycan iqtisadiyyatının inkişafına 10 milyard ABŞ dolla
rı həcmində xarici sərmayə cəlb olunacaqdır.4
Son olaraq qeyd etmək olar ki, sərmayə mühitinin
daha da yaxşılaşdırılması üçün dünya ölkələrinin qabaqcıl
təcrübələrindən istifadə edərək, xarici iş adamlarının
təkliflərini öyrənərək təsirli investisiya siyasəti həyata
keçirmək olar və fıkrimizcə, respublikamızda həyata keçirilən
investisiya siyasəti sənaye, kənd təsərrüfatı, elm, texnika,
nəqliyyat, xarici iqtisadi fəaliyyəti əhatə etməklə istehsalın
texnoloji strukturunun yaxşılaşmasına, dərin emaldan keçmiş
məhsulların
xüsusi
çəkisinin
artmasına,
iqtisadiyyatın
infrastrukturunun inkişafına, əmtəə və kapitalın sərbəst hə
rəkətinə istiqamətlənməli və investisiya siyasətinin ən mühüm
istiqamətləri aşağıdakılardan ibarət olmalıdır:
1. investisiya üçün əlverişli mühitin yaradılması və əmanət
lərin investisiyaya çevrilməsi;
2. investisiyaların həcminin və səmərəliliyinin artırılması;
3. xarici investisiyaları cəlb etmək üçün əlverişli şəraitin
yaradılması;
4. xarici investisiyaların cəlb edilməsini tənzimləmək üçün sabit
və «şəffaf» normativ - hüquqi bazanın formalaşdırılması;
5. Azərbaycanın
beynəlxalq investisiya əməkdaşlığında
iştirakını təmin etmək üçün müqavilə - hüquqi əsasların
inkişafı.
Ədəbiyyat:
L A.Ə.Əliyev, A.Ş.Şəkərəliyev. Bazar iqtisadiyyatına keçid:
dövlətin iqtisadi siyasəti. Bakı, 2002,s.66.
2. Kərimli I.A., Süleymanov N.M.Milli iqtisadiyyatın əsasları.
Dərslik, Bakı, 2001, s.206-210.
3. Əlirzayev Ə.Q.Azərbaycanın iqtisadi inkişafının konsepsiyası
və proqramı. Bakı, 1999, s. 44-47.
4. « Dialoq » Azərbaycan iş dünyası dərgisi. Haziran, 2003,
sayı 14.
5. Шарп У., Александр Г., Бейли Дж. Инвестиции. Пер.с англ.
М.: Инфра-М., 1999, 1028 стр.
170
H Ə SƏ lV M Ə M M Ə D Ə V
Naxçıvan Dövlət Universiteti
İSTEHSAL İNFRASTRUKTURUNUN FORMALAŞMASI
VƏ İNKİŞAFINDA DEMOQRAFİK
AMİLLƏRİN ROLU
Bazar münasibətləri şəraitində Azərbaycanın milli
iqtisadiyyatının formalaşması və inkişaf etdirilməsi məqsədi
ilə istehsal infrastrukturunun qərarlaşmasına təsir edən
demoqrafik amillərin öyrənilməsi mühüm əhəmiyyət kəsb
edir. Çünki istehsal infrastrukturunun formalaşması və
inkişafına digər amillərlə yanaşı ölkədə mövcud olan
demoqrafik vəziyyət mühüm təsir göstərir.
Bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki,
1995-ci ilədək ölkədə yaranmış sosial-iqtisadi böhranın
nəticəsində
yaranmış
çətinliklər
hələlik
tam
aradan
qaldırılmamış, sosial infrastrukturların zəif inkişaf etməsi
əhalinin əksər hissəsinin onların xidmətlərindən lazımi
səviyyədə istifadə etmək imkanlarını məhdudlaşdırmışdır.
Eyni zamanda Ermənistanın işğalçı qüvvələri Rus ordusunun
nizami qoşunları ilə birlikdə ölkə ərazisində mövcud olan
xeyli istehsal və sosial obyektləri dağıtmış, nəticədə işğal
olunmuş əraziləridə yarım milyona yaxın iş yerləri itirilmişdir.
Lakin son illər cəmiyyətdə baş verən dərin dəyişikliklər
hesabına ölkənin demoqrafik inkişaf prossesində də mühüm
dəyişikliklər baş vermişdir.
1990-cı ildən
başlayaraq,
Azərbaycanda
orta
ömür
uzunluğu
aşağı
düşməyə
başlamışdar. Yalnız 1997-ci ildən yenidən artmışdır. (2).
Həyata keçirilən iqtisadi islahatlar nəticəsində əhalinin
məşğulluğunda və əmək bazarında da müəyən dəyişikliklər
baş vermişdir. Belə ki, 2003-cü ildə 1990-cı ilə nisbətən sənaye
sahələrində məşğul olan əhalinin sayı 212,8 min nəfər və ya
45.4 faiz, tikinti sahəsində 31,7 min nəfər və ya 12,6 faiz,
171
nəqliyyat və rabitə sahəsində 43,7 min nəfər və ya 20,3 faiz
azaldığı halda, kənd və rneşə təsərrüfatı sahəsində 359,3 min
nəfər və ya 31,4 faiz, ticarət və ictimai-iaşə, maddi-texniki
təchizat və satış, tədarük sahəsində 258,4 min nəfər və ya 70,5
faiz, mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti
sahəsində 5 min nəfər və ya 4,0 faiz, səhiyyə, bədən tərbiyyəsi
və sosial müdafiə sahəsində 7,7 min nəfər və ya 4,5 faiz
artmışdır, iqtisadiyyatın ayrı-ayrı sahələrində məşğul olan
ların sayının belə dəyişməsi məşğulluğun sahə strukturuna da
təsir etmişdir. Əgər 1990-cı ildə sənayedə məşğul olanların
sayı iqtisadiyyatın bütün sahələrində məşğul olanların 12,7
faizini, kənd və meşə təsərrüfatında məşğul olanların 30,9
faizini, tikintidə məşğul olanların 6,8 faizini, nəqliyyat və
rabitədə məşğul olanların 5,8 faizini, ticarət və ictimai-iaşədə
məşğul olanların 9,9 faizini təşkil etmişdirsə, 2003-cü ildə bu
götəricilər müvafiq olaraq 6,8 faiz, 39,9 faiz, 5,8 faiz, 4,6 faiz
və 16,6 faiz olmuşdur. Tədqiqatlardan görünür ki, son illərdə
maddi istehsal sahələrində çalışanların xüsusi çəkisi aşağı
düşmüşdür. Bu müsbət hal kimi dəyərləndirilə bilməz. Çünki
ölkə iqtisadiyyatının inkişafı əsasən iqtisadiyyatın real
sektorunun inkişafı ilə müəyyən edilir. Ona görə də istehsal
sahələrində məşğul olanların xüsusi çəkisinin artırılması üçün
tədbirlərin
görülməsi
ön
plana çəkilməlidir.
İstehsal
sahələrində xüsusən də onun ayrı-ayrı infrastrukturlarında
məşğul olan əhalinin xüsusi çəkisinin aşağı düşməsi yalnız o
zaman müsbət hal kimi qiymətləndirilə bilər ki, bu vəziyyət
istehsal sahələrində əmək məhsuldarlığının səviyyəsinin
azalmaması ilə müşayiət olunsun. Azərbaycanda məşğulluq
səviyyəsinin aşağı düşməsinin iqtisadi geriləmə ilə müşayiət
olunması səbəbindən bu meyli müsbət qiymətləndirmək
olmaz (5).
Əhalinin məşğulluğunun xüsusi çəkisnin artırılması
sosial-iqtisadi rifahın yüksəldilməsinə gətirib çıxarır, bu isə
bazar iqtsadiyyatına keçid şəraitində dövlətin iqtisadi
siyasətinin
əsas
tərkib
hissələrindən
biri
olmalıdır.
172