sıra inkişaf etməkdə olan ölkələrində
təşəkkül tapmışdır.
Avropa ölkələrindən fərqli olaraq iqtisadiyyata dövlət
müdaxiləsi ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə daha
məhdud xarakter daşıyır. Çiinki Avropadan fərqli olaraq bu
ölkələr ikinci dünya müharibəsinin doğurduğu kəskin sosial
iqtisadi problemlərlə, sosializm düşərgəsinin bu bölgəyə
nüfıız etməsi ilə qarşılaşmamışlar. Bununla belə bu
cür
ölkələrdə dövlətin iqtisadiyyata müdaxiləsi əsasən işsizlik və
inflyasiyasının dərinləşdiyi şəraitdə daha çox nəzərə çarpır.2
Bazar münasibətlərinin formalaşmaqda olduğu müasir
şəraitdə dövlət iqtisadiyyata müdaxilə etməklə iqtisadi
artımın stimullaşdırılması, inhisarçılığın aradan qaldırılması,
iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinə şərait
yaradılması, ixracata yardım göstərilməsi, infılyasiyanın
qarşısının
alınması,
gəlirlərin yenidən
bölüşdürülməsi,
məşğulluğun tənzimlənməsi və ölkələrin iqtisadi maraqla
rının qorunması kimi mühüm vəzifələri həyata keçirməlidir.
Bazar mexanizmi dövlətin iqtisadi
fəaliyyəti üçün
spesfik və sərt tələblər qoyur. Dünya təcrübəsinə əsasən
demək olar ki, heç bir ölkədə iqtisadiyyat dövlət tərəfindən
ideal şəkildə tənzimlənmir. Əksər ölkələrdə iqtisadiyyatın
idarə edilməsində dövlətin rolu böyükdür. Bu isə həmin
ölkələrdə
bazarın
stimullaşdırıcı
potensialından kifayət
qədər istifadə olunmasını səciyyələndirir.
Dövlət tərəfindən bazar mexanizminin daxili əlaqə
lərinin pozulmasına yönəldilən hər cür fəaliyyət prinsipcə
yolverilməzdir. Rəqabət münasibətlərinin mövcud
bazar
mexanizmi
özünütənzimləyən
etdiyinə görə, ona əsasən dolayı, yaxud iqtisadi üsullarla
təsir göstərmək lazımdır. Yalnız inzibati üsullara üstünlük
verməklə dövlət bazarın tənzimləyici mexanizmini dağıda
bilər və iqtisadiyyatın səmərəliliyini, dinamikliyini təmin edə
bilməz. Lakin bu heç də bazar təsərrüfatı şəraitində inzibati
üsulların
tətbiqini
istisna etmir. Nəzərə alınmalıdır ki,
olduğu
sistem kimi çıxış
179
inzibati təsir bəzi
dür.
hallarda nəinki lazımdır, hətta o labiid-
Aydın olur ki, iqtisadi inkişafın başlıca təminatçısı
dövlətdir. Bununla, belə dünya təcrübəsi nəzərə alınmaqla,
iqtisadi siyasətdə ölkənin spesflk xüsusiyyətləri də diqqət
dən yayılmamalıdır.
Dövlətin aqrar siyasətinin ana xətti əhalinin ərzaqla
təminatı, sənayeni isə kənd təsərrüfatı xammalı ilə fasiləsiz
təmin etməkdir. Bundan başqa ölkənin kənd
təsərrüfatı
məhsullarına ehtiyacının təmin olunmasının, xarici ölkələr
dən asılılığının maksimum azaldılması əsas məqsədlərdən
biridir.
Nəzərə almaq lazımdır ki, aqrar sahənin inkişafı
dövlətin mühüm trateji
iqtisadi maraqlarının tərkib
hissəsidir, bu sahəyə təsir xüsusi elmi yanaşma tələb edir.
Belə ki, iqtisadi maraqlarının necə təmin olunmasından
asılıdır və aqrar sahə digər sahələrdən fərqli olaraq adətən az
gəlirli və yaxud ziyanla işləyən sahələrdən biridir. Onu da
qeyd etmək lazımdır ki, kənd təsərrüfatının əksər sahələri qısa
müddətdə deyil, xeyli müddətdən sonra xeyir
verməyə
başlayırlar.
Bu gün Azərbaycanın kənd rayonlarından sənaye
rayonu olan Apşeron yarımadasına axın var. Bu ondan irəli
cəlir ki, Bakı və onun ətrafı çox gəlir gətirən sənaye sahələri
və xidmət sahələrinin inkişafı ilə əlaqdardır. Bu qonşu
Türkiyə, Rusiya, Qazaxıstan və bir çox digər ölkələrdə də
ağrılı problemlərdən biridir.
Aqrar islahatların əsasları haqqında Azərbaycan
Ruspublikasının qanuna əsasən aqrar bölmə iqtisadiyyatın
vacib sahələrindən biri kimi dövlət himayəsindədir. Dövlət
himayəsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
aqrar sahəyə investisiya qoyuluşunun stimullaşdırılması;
məqsədi dövlət proqramları əsasında meliorasiya və
irriqasiya
işlərinin
aparılması,
kənd
təsərrüfatı
180
maşınlarının və digər mac.di-texniki vasitələrin istehsal
bazasının yaradılması, işğal altından azad edilmiş
ərazilərdə aqrar-sənaye kompleksinin bərpası və inkişaf
etdirilməsi;
kənd
təsərrüfatının
yoluxucu
xəstəliklərə
və
zərərvericilərə qarşı karan tin və müalicə tədbirlərinin
aparılmasına, kadr hazırlığına və elmi təminata, istehsal
və
sosial
infrastrukturun
yaradılmasına
dövlət
vəsaitinin ayrılması;
mühüm kənd təsərrüfatı məhsullarının qiymətləri ilə
onların
istehsalında
istifadə
olunan
maşın
mexanizmlərin, yanacaq-sürtgü materiallarının, mineral
gübrələrin, zəhərli kimyəvi maddələrin qiymətləri
arasında mütənasibliyin təmin edilməsi;
differensial kreditləşmə və vergi tətbiqi;5
Qanun eyni zamanda aqrar sahədə kənd əhalisinin
sosial müdafiəsinin təmin olunmasını nəzərdə tutur. Bununla
əlaqədar olaraq mülkiyyət münasibətlərinin dəyişməsi ilə
əhalinin sosial müdafiəsinin uzlaşdırılması, kənddə səhiyyə,
mədəni-məişət və digər sosial xidmət sahələrinin üstün
inkişafının təmin edilməsi və s. tədbirlərin həyata keçiril
məsinə Qanun təminat verir.
Hələ SSRİ dövründə qanunvericilikdə belə bir maddə
vardı ki, istifadə olunmayan sahələri yararlı hala salan
vətəndaşlar həmin torpaqlardan istifadəyə görə 5 il
müddətinə bütün vergilərdən azad olunurdular. Fikrimizcə
indiki şəraitdə uyğun bu tip qanunvericiliyə ehtiyac var və
aqrar sahənin inkişafına stimul verə bilər.
Bəzi
mütəxəssislər aqrar sahəyə silsilə güzəştlərin
tətbiqini ön plana çəkirlər ki, bunların içərisində yanacaq-
sürtgü materiallarının, maşın və avadanlıqların fermerlərə
ucuz qiymətə satılmasını özündə etiva edir. Bu fikri müdafiə
edənlər İran dövlətinin aqrar sahəyə yanaşmasını əsas
gətirərək, qeyd edirlər ki, kənd təsərrüfatı məhsullarının ucuz
181
Dostları ilə paylaş: |