Azərbaycan Respublikasında bu sahə son illərdə daim diqqət
mərkəzində saxlanılmışdır. Belə ki, 1990--cı illərin əvvələrində
iqtisadiyyatın böhran vəziyyətində olması və onun aradan
qaldırılması
üçün
səmərəli
tədbirlərin
görülməməsi,
inflyasiyanın
günbəgün
artması əhalinin
sosial-iqtsadi
vəziyyətini daha da pisləşdirmişdir. 1991-1994-cü illərdə
əhalinin pul gəlirləri 3,6 dəfə aşağı düşmüş, ilbəil Respublika
əhalisinin pul gəlirləri adambaşına orta hesabla 1,4 dəfə
azalmışdır. Lakin iqtisadiyyatın inkişaf etdirilməsi və xalqın
rifahının yaxşılaşdırılması istiqamətində Ümummilli Lider
H.Əliyevin yeritdiyi məqsədyönlü iqtisadi siyasət və tədbirlər
hesabına 1995-ci ildən başlayaraq iqtisadiyyatın sabit inkişafı
təmin olunmuş, iqtisadi-siyasətin sosial yönümlülüyünün
artırılması üçün əlverişli şərait yaranmışdır. 1995-ci ilədən
başlayaraq əhalinin real pul gəlirləri 3 dəfə artmışdır. Ölkə
əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının
başlıca istiqamətlərindən biri də son illərdə özəl sektorun və
sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən ardıcıl işlər
və əhalinin gəlirlərinin strukturunda sahibkarlıq fəaliyyətin
dən daxil olmaların xüsusi çəkisinin artması olmuşdur.
Əməyin ödənilməsi sahəsində də son illər aparılmış
islahatlar əmək haqqı sistemində yaranmış uyğunsuzluqlarm
aradan qaldırılmasına xidmət etmişdir. Belə ki, xalq
təsərrüfatında işləyən fəhlə və qulluqçuların, idarəetmə
orqanlarının işçilərinin və hərbi qulluçuların əmyəinin
ödənilməsində vahid tarif cədvəlləri hazırlanıb təsdiq
edilmişdir.
Respublikada sosial yönümlü bazar iqtsadiyyatının
yaradılması məqsədilə və əhalinin, xüsusi ilə az təminatlı
ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar bir
çox əhəmiyyətli tədbirlər hazırlanmış və həyata keçirilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar
1993-cü ilin iyun ayından etibarən 40-a yaxın Qanun qəbul
edilmiş, müvafiq Fərman və sərəncamlar imzalanmışdır.
Əhalinin sosial müdafiəsinin istiqamətləri genişləndirilmiş,
173
təqaüdçülərin, şəhid ailələrinin, əlillərin, ailə başçısını
itirənlərin, habelə müxtəlif komitələrdə, təşkilatlarda, hüquq-
mühafizə orqanlarında çalışan fəhlə və qulluqçuların təqaüd
və
müavinətlərinin
təminatında,
əmək
haqqlarının
artırılmasında ciddi yeniliklər və dönüş baş vermişdir. 1993-
ciı il 03 sentyabr tarixdə qəbul edilmiş «Şəhid adının
əbədiləşdirilməsi
və
şəhid
ailələrinə
edilən
güzəştlər
haqqında»
Azərbaycan
Respublikası
Qanununun
və
«Azərbaycan Respublikası ərazisini erməni təcavüzündən
müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin
yaxşılaşdırılması
haqqında»
Azərbaycan
Respublikası
Prezidentinin 26 Avqust 1994-cü il tarixli Fərmanı ilə 20
mindən artıq şəhid ailəsinə və əlillərə müxtəlif güzəştlər
verilmiş, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində mühüm tədbirlər görülmüşdür (4). Azərbaycan
Respublikası Prezidentinin «Hərbi xidmət vəzifələrini yerinə
yetirərkən əlil olmuş hərbi qulluqçuların təqaüdünə əlavə
aylıq müavinətlərin təyin edilməsi haqqında» 30 may 1998-ci
il tarixli 715 saylı fərmanı əsasında respublika ərazisini
müdafiə edərkən əlil olmuş 1-ci, 2-ci və 3-ci'ı qrup hərbi
qulluqçuların təqaüdlərinə yenidən baxılmış və onların maddi
rifah halının xeyli yaxşılaşdırılması təmin edilmişdir. Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikası
Prezidentinin
«Pedaqoji
işçilərin,
ahıl
vətəndaşların, 1-ci və 2-ci qrup əlillərin, Çernobıl qəzası
əlillərinin sosial müdafiəsi haqqında» 17 iyunl997-ci il tarixli
fərmanı ilə iqtisadiyyatın inkişafına
və müəssisələrin
dirçəlməsinə mənfi təsir göstərən bir sıra qeyri-vergi
güzəştlərinin ləğv olunması zəruriətini nəzərə alaraq və bu
güzəştlərdən
istifadə
edən
pedaqoji
işçilərin,
əlil
vətəndaşların, 1-ci və 2-ci qrup əlillərin, Çernobıl qəzası
əlillərinin sosial müdafiəsini təmin etmək üçün 1997-ci il iyul
ayının 1-dən pedaqoji işçilərin aylıq vəzifə maaşları 30 faiz,
2003-cü ildən isə 50 faiz artırılması təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 1999-cu il
174
tarixli fərmanı ilə dövlət büdcəsindən maliyyələşdirilən bir
qrup komitə və nazirliklərdə çalışan fəhlə və qulluqçuların
aylıq vəzifə maaşları 01 avqust 1999-cu ildən etibarən 1,8
dəfə, 2001-ci il 04 yanvar tarixli sərəncamı əsasında isə dövlət
büdcəsindən maliyyələşdirilən icra və məhkəmə hakimiyyəti
orqanları işçilərinin aylıq vəzifə maaşları 2001-ci il fevral
ayının 1-dən 1,5 dəfə, dövlət qulluğu haqqında qanuna görə
isə 2004-cü ilin sentyabr ayından etibarən dövlət büdcəsindən
maliyyələşən icra orqanları işçilərinin vəzifə maaşları üç
dəfədən
çox
artırılmışdır.
«Azərbaycan
Respublikası
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında
(2004-2008-ci illər)» nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ
olacaqdır. Belə ki, qarşıdan gələn 5 il müddətində ölkədə
ümumilikdə 600.000 yeni iş yeri yaradılacaq və əhalinin orta
aylıq əmək haqqı 3,1 dəfə artırılacaqdır. Bü isə əhalinin rifah
halının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır (3).
Bütün
bunlar
əhalinin
rifahının
daha
da
yaxşılaşdırılması məsələlərinin ön planda durmasını və
əhalinin sosial-iqtisadi təminatının daim dövlətin nəzarətində
olmasını göstərir.
İstehal infrastrukturunun formalaşması və inkişafına
təsiri baxımından ölkədə mövcud olan demoqrafik vəziyyət
tədqiq edilərkən aşağıdakı nəticələr əldə edilmişdir:
1. Makroiqtisadi səviyyədə istehsal infrastrukturunun
formalaşması və inkişafına ölkənin demoqrafik vəziyyətinin
təsiri müstəsna əhəmiyyətə malikdir;
2. Azərbaycan üçün əhalinin doğum səviyyəsinin aşağı
düşməsi, ölüm səviyyəsinin yuxarı olması, əhalinin artım
sürətinin azalması, gözlənilən ömür müddətinin aşağı olması,
sağlamlığın pisləşməsi, miqrasiya saldosunun mənfi olması,
istehsal sahələrində çalışan əhalinin sayının azalması və s.
xarakterikdir;
3. Ölkədə demoqrafiya prosesinə təsir göstərmək üçün
aparılan dövlət siyasəti tələb olunan səviyyədə deyildir;
175
Dostları ilə paylaş: |