1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan
hökuməti on əcnəbi nelt şirkətinin daxil olduğu konsorsium
arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri.
Çıraq və dərinsulu Günəşli yataqlarının kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi”
imzalanmışdır. Bu müqaviləyə əsasən “Bi-Pi” və “Remko”
ilkin müqavilənin pay bölgüsündə miivafıq olaraq 17,1 və
2,08 faizə malik olmuşdur.
“Əsrin müqaviləsi” ideyası və onun gerçəkləşdirilməsi
görkəmli dövlət xadimi Heydər Əliyevin adı və uzaqgörən
məqsədyönlü siyasi fəaliyyəti ilə bağlı olan beynəlxalq
əhəmiyyətə malik iqtisadi proqramdır. Bu proqramın uğurla
həyata keçirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişafının
əsasını təşkil edir. ‘'Əsrin müqaviləsi” həmçinin Azərbaycan
dövlətinin dünya birliyindəki yerinin və mövqeyinin müəyyən
olunmasında, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun
artmasında mühüm rol oynayır.
1996-cı il iyunun 4-də Bakıda keçirilən “Xəzərneftqaz-
96” üçüncü beynəlxalq sərgisi zamanı ARDNŞ ilə xarici neft
şirkətləri arasında “Şahdəniz” perspektivli strukturunun
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş
imzalanmışdır. Kontraktda BP şirkəti 25,5 faiz pay almışdır.
Daha sonra Azərbaycan Prezidentinin 1998-ci il iyulun
19-24-dək
Böyük
Britaniyaya
səfəri
zamanı
“Britiş
Petrolium”, “Monument Oyl and qaz” və “Remko”
şirkətlərinin
iştirakı
ilə
Xəzər
dənizinin
Azərbaycan
sektorunda “Araz”, “Alov”, “Şərq” və “İnam ” perspektivli
strukturlarının, quruda yerləşən “Muradxanlı” və “Cəfərli”
neft yataqlarının və “Zərdab” perspektivli srukturunun
kəşfiyyatı, işlənməsi vo hasilatın pay bölgüsü haqqında üç
saziş imzalanmışdır. Araz-Alov-Şərq layihəsində “ Bi-Pi”-nin
15%, İnamda isə “Bi-Pi” vo “Şell” şirkətlərinin hər birinin
25% pay sahibliyi vardır.
“Bi-Pi”
şirkəti
Azərbaycanın
neft
yataqlarının
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında
164
sazişlərdəki pay bölgüsünə görə aparıcı yer tutur. Bu şirkət
həmçinin 3 iri layihənin Azəri, Çıraq və dərinsulu Günəşli
yataqlarının tammiqyaslı işlənməsi üzrə və eləcə də Bakı-
Tibilisi-Ceyhan (BTC) Neft Boru Kəməri və Şahdəniz
layihələrinin operatorudur. Azərbaycanın bu nəhəng şirkət
üçün nə qədər əhəmiyyətli olduğunu anlamaqdan ötrü ‘"Bi-
Pi'’ şirkətinin rəhbəri Con Braunun 2003-cü ilin fevralındakı
çıxışına nəzər salmaq lazımdır. Cənab Braun BP-nin prioritet
istiqamətlərindən danışarkən Azərbaycanın BP-nin fəaliyyət
göstərdiyi beş prioritet regiona daxil olduğunu bildirmişdir.
Onun sözlərinə görə, şirkət yaxın beş il ərzində öz gəlirlərinin
yarıdan çoxunu Meksika körfəzi, Trinidad, Azərbaycan,
Anqola və Sakit Okean Asiyasına yönəldəcək və bu
regionlara çox sərmayə qoyulacaqdır.7
Hazırda Azərbaycanın neft yataqlarının işlənməsi
layihələrində Böyük Britaniyanın “ BP” və “Şell” şirkətləri
iştirak edir. 1999-cu ilin fevralında BP-nin 30 faiz payı olan
“Dan ulduzu”, “Əşrəfi” perspektiv strukturları üzrə saziş ləğv
olunmuşdur. 2000-ci ilin iyulunda isə Remko şirkəti “Əsrin
müqaviləsindəki” 2,08 faiz payını ABŞ-ın “Amerada Hess”
şirkətinə 150 milyon dollara satması haqqında razılaşmışdır.
2001-ci ilin iyunun 22-də isə Remko şirkəti “Muradxanlı-
Cəfəıii-Zərdab” bloku üzrə işlərin dayandırılması haqqında
ARDNŞ ilə saziş imzalamışdır.
Böyük Britaniyanın “Lazmo” şirkəti “Monument Oyl
and Qaz” şirkətini aldıqdan sonra 2000-ci ilin martında
“İnam” perspektivli strukturu üzrə bağlanmış müqavilə-
lərdəki 12,5 faiz payını, bunun ardınca isə Rusiyanın
“Mərkəzi Yanacaq Şirkəti” həmin layihədəki 12,5 faiz payını
“Şell” şirkətinə satmışdır.
• •
Ümumilikdə
dünya
iqtisadiyyatının
neftdən
bu
dərəcədə asılı olduğu bir zamanda Böyük Britaniyanın Yaxın
Şərq neftinə alternativ ola biləcək Xəzər regionunun
karbohidrogen
ehtiyatlarına olan marağı 2003-cü ilin
aprelində Birləşmiş Krallığın energetika üzrə dövlət naziri
165
Brayan Uilsonun çıxışında tam əks olunmuşdur. Nazir öz
ölkəsinin Azərbaycanın neft və qazma, o cümlədən Rusiya və
Qazaxıstan da daxil olmaqla digər Xəzəryanı dövlətlərin
karbohidrogen ehtiyatlarına ehtiyacı olduğunu bildirmişdir.
O, Şimal dənizində hasilatın saxlanılmasına olan bütün
cəhdlərə baxmayaraq, ölkənin enerjidaşıyıcıları ilə təminatı
vəziyyətinin gərgin olduğunu və Böyük Britaniyanın xaricdən
neft və qaz idxalına ciddi ehtiyac hiss etdiyini vurğulamışdır.
B.Uilson Birləşmiş Krallığın Şimal dənizindəki yataqların
hesabına özünü 2010-cu ilə qədər təmin edə biləcəyini qeyd
edərək, bundan sonra Хэг;эг hövzəsinin B.Britaniyanın
enerjidaşıyıcılarına olan ehtiyacının ödənilməsində əsas rol
oynayacağını bildirmişdir.8
Göründüyü kimi, Böyük Britaniyanın Xəzərin enerji
sektoru ilə bağlı siyasətində Azərbaycan xüsusi yer tutur.
Azərbaycan dövləti məsələnin bu cəhətini nəzərə alaraq,
Böyük Britaniya ilə əməkdaşlığa ciddi əhəmiyyət verir və
ölkəmizin real iqtisadi inkişafını təmin etmək məqsədilə
Britaniya şirkətləri ilə bağlanan müqavilələrdə respublikanın
pay bölgüsünün nəzərə alınmasım daim diqqət mərkəzində
saxlayır.
Ədəbiyyat::
1.
Aliev N. «The history of oil in Azerbaijan», Azerbaijan
International, California, (spring. 1994), p. 22.
2.
Mir-Babayev M. «Foreign Investment in Azerbaijan’s Oil»,
Azerbaijan international (12.2), (summer, 2004), p. 82.
3.
Məmmədli E. Azərbaycan-Böyük Britaniya münasibətləri.
Bakı 2003. s. 15.
4.
Mir-Babayev M. «Foreign investment in Azerbaijan’s Oil»,
Azerbaijan international, (summer, 2004), p. 84.
5.
Azərbaycan neftinin dünəni, bu günü və sabahı. Bakı 1997.
s. 115-116.
6.
Mir-Babayev M. «Foreign investment in Azerbaijan’s Oil»,
Azerbaijan international (12.2), (summer, 2004), p. 85.
166
Dostları ilə paylaş: |