iqtisadiyyatının, mədəniyyətinin müdafiə olunması üçün çıxış
yolları axtarmalı və tədbirlər görməlidir.
Qloballaşma prosesi geniş və əhatəli bir proses
olduğundan bütün dünya ölkələrini, o cümlədən Azərbaycanı
da əhatə edir. Azərbaycan Respublikası indi müxtəlif
problemlərlə bağlı bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir, müxtəlif layihələrdə iştirak edir.
Həmçinin Azərbaycan bir çox ölkələrlə istehsal və
ıl
ticarət əlaqələri saxlayır. Digər tərəfdən isə internet
xidmətləri digər xalqlarla əlaqələrin artmasına geniş imkanlar
yaradır.
Hələ 2000-ci ilin 7 sentyabrında Azərbaycan Respubli
kasının prezidenti Nyu-York şəhərində Minilliyin zirvə
toplantısındakı çıxışında demişdir ki, Azərbaycan qlobal
laşmanın inkişafına müsbət mənada öz tövhəsini verir.
Mənim ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə
malik öz coğrafi mövqeyindən, ehtiyatlarından və poten
sialından istifadə edərək, şərq ilə Qərb arasında zəngin tarixi
keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu
səmərəli surətdə həyata keçirir. Biz böyük ipək yolunun
bərpası, Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin
yaradılması və Xəzər hövzəsinin karbohidrogen eh tiy atla n ın
hasilatı və dünya bazarlarına nəqli üçün çox böyük səylər
göstəririk. Dünyanın bir çox regionunun dövlətlərinin azad
və mükəmməl inkişafı üçün bu layihələrin
həlledici
əhəmiyyəti var, bunlar fövqəlmilli əməkdaşlığa təkan verəcək
və qlobal şəraitin inkişafına müəyyən təsir göstərəcəkdir.
Qloballaşma prosesində yaranan
iqtisadiyyatların
və milli-mənəvi dəyərlərin inkişafını və
müasir dövrə uyğun formalaşmasını təmin edə bilər. Bu
prosesdə milli- mənəvi dəyərlərin saxlanması və inkişaf
etdirilməsi mümkündür, lakin bunun üçün mükəmməl
modelin yaradılması lazımdır.
Qloballaşmanı özünə bir bəşəri dəyər kimi yanaşaraq
onun imkanlarından bütün bəşəriyyətin xeyrinə istifadə
155
imkanlar milli
edilərsə cəmiyyəti hədələyən müharibə, ekoloji problemlər,
beynəlxalq terrorizm və s. kimi qlobal bəlalardan xilas olmaq
mümkündür.
Beləliklə, qloballaşma dedikdə məkan və zaman
çərçivəsində sosial əlaqə və təsisatların elə formada
genişlənməsi və dərinləşməsi başa düşülür ki. bir tərəfdən
insanların
gündəlik
fəaliyyətinə
Yer
kürəsinin
digər
hissələrində baş verən hadisələr daha çox təsir edir, digər
tərəfdən isə məhəlli hadisələr vacib qlobal nəticələr doğurur.
Ə d ə b i y y a t :
1. Allahyarova T. Qloballaşma dünyanın sosial energetikası kimi.
Qloballaşma və Azərbaycan Respublikası elmi-praktiki
konfransı. Bakı, «Adiloğlu», 2002, s.46.
2. Şükürov A.M. Fəlsəfə və qloballaşma. Bakı, «Adiloğlu», s.333.
3. Şükürov A.M. Qloballaşma: mahiyyəti və perspektivləri. Bakı,
«Adiloğlu», 2001, s.55.
AĞ ARZA R Ü ST Ə M O V
Naxçıvan Dövbt Universiteti.
BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ KƏND
ƏHALİSİNİN SOSİAL MÜDAFİƏSİNİN İQTİSADİ
MEXANİZMİNİN MAHİYYƏTİ VƏ ONUN ƏSAS
PRİNSİPLƏRİ
Əhalinin maddi rifah halının formalaşması qarşılıqlı
əlaqələrin və xüsusiyyətlərini özündə əks etdirir. Bu baxım
dan rifah halı öz göstəriciləri ilə meydana çıxır. Regional
iqtisadi şəraiti, istehsalın ixtisaslaşması, inkişaf səviyyəsi,
məhsuldar
qüvvələrin
yerləşməsi,
demoqratik
inkişaf
xüsusiyyətləri, əhalinin maddi rifah halının yüksəldirməsi
yollarının xüsusiyyətlərini yaratmış olur.
Əhalinin
yaşayış
həyat
səviyyəsi
rifah
halı
kateqoriyasının məzmununa daxildir.
156
Lakin bunlar mahiyyətcə üst-üsə düşmür. Əhalinin
maddi rifah halının maddi əsasmı istehsal olunmuş milli gəlir,
region daxilində istehsal olunan
milli gəlir, tam mənada
onun istehlak fonduna ayrılan hissəsi təşkil edir. Əhalinin
yaşayış həyat səviyyəsini, onların rifah halını müəyyən edərək
hər hansı bir göstəricidən istifadə olunması kifayət eləmir
burada kompleks göstəricilər sistemindən istifadə edilməsi
məqsədəuyğundur.
Fikirirnizcə respublikamızın ayrı-ayrı bölgələrinin
əhalisinin həyat səviyyəsi həmin regionun mənsub olduğu
kompleks şəraitdən asılı olaraq formalaşır.
Bu şəraitin müxtəlifliyi əhalinin həyat səviyyəsinin
fərqlənməsinə səbəb olur. Buna görə də hər hansı bölgənin
həyat səviyyəsinin kompleks tədqiqi aşağıdakı göstəricilər
sistemi ilə müəyyən olunur:
1.
Əhalinin gəlir və istehlakının səviyyəsini və quruluşunu
əks etdirən region göstəriciləri, istehsalın həcmi, sahə
quruluşu, ictimai əmək bölgüsü, respublika iqtisadiy
yatında onun rolu, əhalinin məşğuliyyət səviyyəsi və
quruluşu, istehsal mallarının və xidmətlərin qiymətləri,
təbii-iqlim şəraiti, regionlararası iqtisadi əlaqəlrin
səviyyəsi, sosial-iqtisadi inkişaf üçün ayrılan fondların
miqdarı;
2.
Respublika üzrə və onun təbii-iqtisadi bölgələrində əha
linin həyat səviyyəsinin, a.yrı-ayrı cəhətlərini xarakterizə
edən göstəricilər: əmək haqqının normal səviyyəsi,
istehlak üçün ehtiyatların həcmi, ictimai istehlak
fondlarının və şəxsi yardımçı təsərrüfatlardan və s.
mənbələrdən gələn gəlirlər, sosial transferlər, pərakəndə
əmtəə dövriyyəsinin həcmi, sosial infrastrukturun
inkişafı;
3.
Sosial qrumlar və onların daxilində ailələrin maddi
təminatına görə bölünən həyat səviyyəsi göstəriciləri.
Əhalinin həyat səviyyəsinin göstəricilərini iki qrupa
bölmək olar. Birinci qrupa istehsalın səviyyəsi və strukturunu
157
Dostları ilə paylaş: |