konsepsiya tərəfdarlarından olan L.S.Vıqotski şəxsiyyəti hər
şeydən əvvəl, fəaliyyətdə olan varlıq kimi araşdırır və belə bir
mühakimə yürüdür ki, şəxsiyyətin dərk olunmasına imkan
yaradan müəyyən edici amil məhz, "fəaliyyət" kateqoriyasının
təhlilidir. Çünki şəxsiyyətin məqsədi, vəzifələri, davranışı və
hərəkətləri yalnız onun fəaliyyətində üzə çıxır. Beləliklə,
şəxsiyyət insanın biososial başlanğıcının son və yekunlaşdırıcı
funksiyası kimi çıxış edir. Şəxsiyyət inteqrativ başlanğıca
malik fenomen plmaq etibarilə insanda üç əlamətin-bioloji,
sosial və psixoloji komponentlərin məcmuu kimi səciyyələnir.
"Şəxsiyyət onu təşkil edən üç başlıca cəhətin: biogenetik
qabiliyyətin, sosial amillərin (mühit, şərait, normalar) və
onun psixososial əsasının məcmuudur (4,s. 360-364).
"Şəxsiyyət"
anlayışını
təşkil
edən
cəhətlərin
məcmuunun
müəyyənləşdirildməsi
iki
mühüm cəhətə
malikdir:
Əvvəla
şəxsiyyətin
sosial
əhəmiyyətini
səciyyələndirir. Şəxsiyyət insani fərddir, münasibətlərin və
şüurlu fəaliyyətin fəal, məqsədyönlü subyektidir. İkinci cəhət
insanın sosial-psixoloji simasının kifayət qədər
sabit
təzahürünü göstərir. Burada şəxsiyyət fərdləri səciyyələndirən
daimi və müəyyən sosial əhəmiyyətli amillərin məcmuu kimi
çıxış edir.
Bəzən elmi ədəbiyyatda şəxsiyyətinin xüsusiyyətinin
müxtəlif növlərinin öyrənilməsi bir-birindən təcrid olunmuş
halda aparılır, hətta bir sıra hallarda onlar bir-birinə qarşı
qoyulur. Nəticədə nəzəri idrakın inkişafı üçün təbii hal hesab
olunan şəxsiyyətin müxtəlif səpkilərinin sadəcə seçilib
ayrılması deyil, onların bir-birindən təcrid edilməsi və
şəxsiyyətin varlığının ayrı-ayrı cəhətlərinin fetişləşdirilməsi
baş verir (6,s.l88).
İnsanın məcmu fəaliyyəti haqqında idea müasir
dövrdə şəxsiyyətin fəlsəfi araşdırılmasında aşağıdakı üç
mühüm nəticəyə gətirib çıxarır:
1)
şəxsiyyətin inkişafının köklərini təkcə insan
şüurunun subyektiv təzahürlərində, onun tələbatlarında və
143
ona xarici mühitin təsirində deyil, məqsədyönlü, çoxtərəfli
fəaliyyət prosesində axtarmağın zəruriliyini əsaslandırır.
Göstərir ki, insan öz fəaliyyətində subyektiv və obyektiv
momentləri
birləşdirərək,
bütünlükdə
təbiəti
yüksək
səviyyədə insaniləşdirməyə qadirdir. İnsanın fəaliyyəti nə
dərəcədə çox universaldırsa, o insan kimi bir o qədər də çox
spesifik olur.
2)
insanın
fəaliyyət sisteminin
öyrənilməsi
bu
fəaliyyətin yaradıcı və məqsədyönlü xarakterini üzə çıxarır.
Bununla da nəzəri fikir insanın nə üçün yaşadığını və
çalışdığını anlamaq imkanı əldə edir (3,s.l97).
3) bu mövqedən aparılan təhlil insanın dünyasını
yalnız tələbatların ödənilməsinə muncəı* edən baxışların bir
tərəfliliyini aradan qaldırmağa kömək edir.
Şəxsiyyətin
problemlərinin
tədqiqində
fəlsəfi
metodologiyanın
mühüm
bir
prinsipi
aşağıdakından
ibarətdir: anlayışı ilə məzmunca ona yaxın olan insan
orqanizmi,
fərd
və
fərdiyyət
anlayışları
arasındakı
münasibətləri araşdırarkən zahiri, sxematik əlaqələri əsas
götürmək yolverilməzdir. Əks halda stereotip təfəkkürdən
doğan nöqsanlar labüd surətdə özünü göstərir. Halbuki,
fəlsəfi ədəbiyyatda bəzən sözügedən anlayışları yalnız dairə və
sxemlərlə izah etmək cəhdlərinə rast gəlinir (l,s.54). Keçid
dövrü şəxsiyyət tipinin sosial-fəlsəfi təhlili həm də onun sosial
rolunda baş verən əsaslı dəyişiklikləri nəzərə almağı tələb
edir. Çünki məhz şəxsiyyətin sosial rolu onun konkret
şəraitdə davranışı üsullarını şərtləndirir, beləliklə də onun
əhatəsində
olan
insanların
bu .* barədə
ümidlərini
formalaşdırır. Şəxsiyyətin sosial rolu sabit deyildir, daim
yeniləşməkdə olan sosial şəraitin təsiri altında dəyişilir. Sosial
rolun digər bir xüsusiyyəti bundadır ki, o özündə həm tipik və
ümumiləşmiş, həm də individual, fərdi tərəfləri əhatə edir (5,s.
112
).
Müasir şəxsiyyətin çox mühüm keyfiyyətini onun
tərəfindən dəyərlərin yenidən mənalandırması prosesinin
144
həyata keçirilməsi təşkil edir. Dəyərlər sisteminin və dəyərlər
oriyentasiyasındakı dəyişikliklərin böyük rolu bundadır ki,
insanın daxili aləmi
məhz onların vasitəsilə bütövlükdə
cəmiyyətlə, habelə buradakı ayrı-ayrı sosial qruplar ilə
əlaqələr yaradır. Bununla əlaqədar qeyd edək ki, keçid
dövründə baş verən bir sıra proseslər, xüsusilə də bazar
münasibətlərinin
və
azad
sahibkarlığın
formalaşması
gedişində
şəxsiyyətin
dəyərlər
sistemində
çox
ciddi
dəyişikliklər baş verir. Bunları səciyyələndirərkən E.From
hazırda şəxsiyyətin yeni - «bazar» tipinin formalaşdığını qeyd
edir.
Belə şəxsiyyət üçün gəlir əldə etmək,
uğurla
sövdələşmələrə daxil olmaq məqsədi ön plana keçir. Nəticədə
şəxsiyyətin ənənəvi mənəvi dəyərlərinin təsir dairəsi zəifləyir,
onların yerini maddi mülahizələri ifadə edən dəyərlər tutur
(7,s.27).
Keçid dövrü şəxsiyyətinin sosial simasının çox mühüm
yeni
keyfiyyətini
onun
fəallığının
qeyri-adi
dərəcədə
yüksəlməsi
təşkil edir.
Bu proses milli dövlətçiliyin
yaradılması və möhkəmləndirilməsi, ölkənin siyasi həyatının
sabitləşməsi, siyasi sferada fikir plüralizminin bərqərar
olması, azad sahibkarlığa və işgüzar rəqabətə geniş meydan
verilməsi, mənəvi həyatda demokratikləşmənin genişlənməsi,
şəxsiyyətin sərbəst yaradıcılığı üçün zəruri olan mühitin təmin
edilməsinin nəticəsi kimi çıxış edir.
Müasir şəxsiyyətin həyat və fəaliyyəti prinsipcə yeni
şəraitdə baş verir, bu indiki şəxsiyyət tipini keçmiş tarixi
tiplərdən fərqləndirən özünəməxsus cəhətləri nəzərə almağı
tələb edir. Şəxsiyyətin
müasir tipinin formalaşdığı şərait
özünün qlobal miqyasda və əsaslı sürətdə yeniləşməsi ilə
səciyyələnir. Bu keyfiyyət yeniliyi sosial həyatda aşağıdakı
əsas amillərdə ifadə olunur: müstəqillik əldə olunduqdan
sonra digər postsovet respublikalarında olduğu kimi,
Azərbaycanda da totalitar rejimin qalıqlarının aradan
qaldırılmasına və açıq cəmiyyətə keçidi səciyyələndirən
strateji xarakterli əsaslı dəyişikliklərin baş verməsi, ictimai
145
Dostları ilə paylaş: |