mərkəzlərindən biri kimi şöhrətlənmişdir. Mühüm ticarət
yollarının keçdiyi Culfa şəhəri XV əsrədək kənd olmuş, bu
zamandan etibarən onun iqtisadi yüksəlişi başlamışdır (8,
s.237).
Bəzi mənbələrdə Culfa sözünün orta əsrlərdə fəaliyyət
göstərən tacir təşkilatının adı ilə bağlı olduğunu göstərilməsi,
bu ərazidə ticarətin mühüm rol oynadığını, hətta şəhərin
salınmasının ticarətlə bağlı olmasını söyləməyə bizə əsas verir.
Avropa ilə bir çox Yaxın Şərq ölkələrini birləşdirən və Böyük
İpək Yoluna xidmət edən ən mühüm yollardan biri də məhz
Təbriz-Mərənd-Culfa-Naxçıvan yolu idi (2, s.33). Bıı yol
vasitəsilə
Culfa
tacirləri
Qərbi
Avropanın
Venesiya,
Amsterdam, Marsel şəhərləri, habelə Suriya, Türkiyə və
Hindistanda alver edirdilər. XVI əsrin II yarısından
başlayaraq karvan yollarının üzərində yerləşən Culfa
şəhərinin əhəmiyyəti daha da artır. 1581-ci ildə Culfaya
gəlmiş .ingilis taciri Nyuberi xəbər verir ki, şəhərdə evlərin
sayı 3 minə, əhali isə 15-20 min ııəfərə çatırdı. 10 il sonra
şəhərdən keçib gedən digər ingilis taciri və səyyahı Kartvrayt
burada 2000 ev və 10 min nəfər əhali olduğunu yazır.
Mühüm ticarət əhəmiyyəti olan Culfa ipək və digər
mallarla ticarətin mərkəzi hesab edilirdi. T.e.d. O.Əfəndiyev
ingilis
səyyahı
E.Edvardsm söylədiklərinə əsaslanaraq
göstərir ki, XVI əsrin 60-cı illərində Culfa tacirləri Suriya
limanı olan Hələbə 500 tay ipək gətirir və əvəzində yalnız 18
min parça Venetsiya maddəsi (qarazəy) aparırdılar. 1590-
1613-ctı illərə dair Venetsiya arxivinin məlumatlarına görə
Suriyadan yalnız Venetsiyaya 23724 tay ipək gətirilmişdi (9,
s.211). Göründüyü kimi Culfa şəhəri orta əsrlər dövründə
nəinki Yaxın Şərq, eləcə də Avropanın inkişaf etmiş ticarət
şəhərləri ilə geniş iqtisadi əlaqələrə malik olmuş və bu yolla
da dövlət xəzinəsinin mühüm gəlir mənbələrindən birinə
çevrilmişdir.
Qədim və orta əsrlər dövründə beynəlxalq karvan
yolları üzərində mühüm məntəqə sayılan yurd yerlərindən
biri də, adı yalnız mənbələrdə qeyd olunan Azad (Əsədabad)
130
şəhəridir. Vaxtilə Azad şəhərinin yerinin müəyyənləşdirilməsi
müəyyən mübahisələrə səbəb olsa da sonrakı araşdırmalar bu
şəhərin Ordubad şəhəri ilə Culfa şəhəri arasında yerləşdiyi
sübut edilmişdir. T.e.d. H.Səfərlinin aşkar etdiyi bir neçə
epiqrafık sənəd, qəbir daşı üzərindəki yazı Azad şəhərinin
yerinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir.
Belə bir nəticəyə gəlinmişdir ki. Azad şəhəri indiki Aşağı
Azadkəndinin
yerində
qəbristanlığın
yaxınlığında
yerləşmişdir. Şəhər inkişaf etmiş ticarət və sənətkarlıq
mərkəzi olduğundan ətraf ərazi uzun müddət Kiranla
(hazırda Naxçıvan-Ordubad şose yolunun sol tərəfində
xarabalıqları qalan Aşağı Aza kəndindən təxminən 6-7 km
şimalda yerləşən orta əsr şəhəri Gilan-Xaraba Gilan) birlikdə
onun adı ilə Azad-Gilan adlanmışdır (10, s.10). Bu şəhər XI-
XII əsrlərdə Yaxın və Orta Şərqin böyük ticarət və
sənətkarlıq mərkəzi kimi şöhrət tapmışdı. Rusiya və oradan
da Qərbə gedən mühüm ticarət yolları bu şəhərdən keçirdi.
Gilançay üzərində bu günə kimi qalmış nəhəng körpü
deyilənlərə bir daha sübut etməkdədir.
Karvan-ticarət yolları üzərində mühüm əhəmiyyət
kəsb edən Azad şəhəri haqqında bir sıra səyyah və
coğrafiyaşünasların
əsərlərində
rast
gəlmək
olar.
Coğrafiyaşünas Həmdullah Qəzvini «Nüzhət əl-qülub»
əsərində Azad şəhərinin adını çəkərək qeyd edir ki, Azad bol,
taxıl, üzüm, pambıq məhsulları ilə şöhrət tapmış kiçik
şəhərdir. Buranın şərabı çox məşhurdur. Əhalisi ağbənizdir
(11, s.2).
Azad şəhəri haqqında səyyah J.B.Tavernye yazır: İki
gün orada qaldıq, çox gözəl şəhərdir. İstirahət üçün
yararlıdır. 4 karvansara vardır. Hər evin həyətində bir bulaq
axır. Suyun çoxluğu bu ərazini məhsuldar etmişdir. Xüsusilə
oranın əla şərabı vardır. Bütün dünyada marena (boyaq otu,
qızıl boya) verən yeganə şəhərdir. Həmin boyaqotu vasitəsilə
iran və Hisdistanda xeyli ticarət edirlər. Marena elə bir bitki
köküdür ki, torpaqda yayılır və şirin biyana bənzəyir.
Dabbaqlıqda ondan istifadə edirlər, həmin kökdən qırmızı
131
boya alırlar. O, elə qırmızı boyadır ki, Hindistanda və Böyük
Monqol
ölkəsində
toxunan
parçalara
bəzək
verir.
Karvanların
əksəriyyətinin
yükləri
həmin
marenadan
ibarətdir (12, s.8). Göründüyü kimi əsas karvan yollarının
keçdiyi bu ərazidə yerləşən Azad şəhəri orta əsrlər zamanı
mühüm
ticarət
və
sənətkarlıq
mərkəzi
kimi
şöhrət
qazanmışdır.
Qədim yaşayış məskəni Qarabağlar şəhəri öz məşhur
bazarları, karvansaraları, türbələri və qiymətli məhsulları ilə
Naxçıvanın mühüm ticarət şəhəri olmuşdur. XVIII əsrin
• •
məşhur türk səyyahı Olviya Çələbi Naxçıvan torpağındala
çox qədim şəhər olan Qarabağların tarixindən, abidələrindən,
təbii şəraitindən, təsərrüfatından bəhs edərək göstərir:
Qarabağlar şəhəri 50 min nəfər əhalisi, 10 minə qədər evi, 40-
a qədər minarəsi, 70 məscidi, karvansaraları, bazarları,
hamamları, meyvə bağları, üzümlükləri, yaxşı havası və suyu
olan bol nemətli bir yaşayış məntəqəsidir (13, s.118).
Fikrimizcə çoxlu karvansara və bazara malik olması şəhərin
orta əsr ticarətində əhəmiyyətli rol oynadığını sübut edən
mühüm faktdır. Qarabağlar şəhəri Ordubad-Naxçıvan-
Sədərək ticarət yolu üzərində salınmış mühüm ticarət,
sənətkarlıq və mədəniyyət şəhəri olmuşdur. Şəhər haqqında
Tavernye yazır: Karvan Arpa çayından keçir. Bu çay Araz
çayına tökülür. Bir liv uzaqlaşıb, cənubda yerləşən körpüdən
keçmək lazımdır. Oradan Fəkəııd qalasına doğru gedib
gecələyirlər. Birinci gün həmin düzənlikdən keçdikdən sonra
Qarabağlar adlı bir karvansaraya çatırlar. 1664-cü il son
səfərimdə həmin Qarabağlar karvansarası yenicə tikilib
istifadəyə verilmişdir. Karvansaradan Naxçıvana bir günlük
yolundan da az məsafə var idi (12, s.8).
Göründüyü kimi Böyük İpək Yolunun düyün
nöqtəsində yerləşən Naxçıvan ərazisi hər zaman diqqət
mərkəzində olmuş və dünyanın bir çox ölkələri, o cümlədən
uzaq Qərb dövlətləri ilə geniş əlaqələr qurmuşdur.
132
Dostları ilə paylaş: |