Ə d ə b i y y a t
1. R.Məmmədov. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977
2. F.M.Əliyev. XVIII əsrin birinci yarısında Azərbaycanda
ticarət. Bakı, 1964
3. Z.Həsənaliyev. Avropa səyyahları. Səfəvi dövlətinin daxili və
xarici siyasəti haqqında. Tarix və onun problemləri. JV>3, Bakı,
2003
4. H.Səfərli. Ordubad şəhərinin epiqrafik abidələri. Bakı, 2004
5. F.Ağamalı. XVIII əsrin II yarısı - XIX əsrin əvvəllərində
Qüzcy Azərbaycan xanlıqlarının sosial-iqtisadi vəziyyəti. Bakı,
1999
6. F.M.Əliyev. XVIII əsrin ikinci yarısında Şimali Azərbaycan
şəhərləri. Bakı, 1960
7. Paşaev A. Qorod Ordubad v XIX - naçale XX vv. Baku, 1998
8. Эфендиев О. Азербайджанское государство Сефевидов. Баку,
1981
9. О.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993
10. Сафаров Ф.Я. Арабо - персоязычные надписи Нахичеванской
АССР (ХВЫ-ХЫХ вв.) как историко-культурные памятники.
Дисс.канд.ист.наук. Баку, 1987, с. 101-102; Yenə onun: Bir
daha Azad şəhəri haqqında. Ali Diplomatiya Kolleci. Naxçıvan
Bölməsi. İctimai Elmlər Məqalələr məcmuəsi, №1, Bakı, 1998
11. M.Nemət. Aza kəndi-Azad şəhəri haqqında. Elm və həyat. №2,
Bakı, 1990
12. S.M.Onullahi. Jan Battist Tavernye Naxçıvan haqqında. Bakı
Universitetinin Xəbərlərinin Xüsusi buraxılışı. №3, Bakı, 1999
13. E.Çelebi. Seyahetname. Ankara, 1998
NA DİR H Ü SE Y N B Ə Y L İ
Naxçıvan Dövlət Universiteti
NAXÇIVANDA SOVETLƏŞMƏYƏ QARŞI
MÜQAVİMƏT HƏRƏKATI
Bolşeviklər hakimiyyətə yiyələnən kimi, verdikləri
vədə xilaf çıxaraq, Azərbaycanda qırğınlar törətdi, talançılığa
başladılar. Onların bu hərəkətləri əhali arasında ciddi
narazılığa səbəb oldu. Xalqa qarşı yeridilən siyasi təzyiqlərin
başında Azərbaycanın hüquq-mühafizə və sovet təhlükəsizlik
133
qurumları dayanırdı. Azərbaycanın dövlət qurumlarında
ruslar və ermənilər əsas fiqurlardan idi. Zorakılıq və
özbaşınalıqlar qanuni bir hal hesab edilirdi.
N.Nərimanov 1920-ci j.1 sentyabrın 15-də Təşkilat və
Siyasi bürolarının birgə keçirdikləri iclasda çıxış edərək
bildirdi ki,
Fövqəladə Komissiyanın fəaliyyəti əksinqilabı
nəinki öldürmür, əksinə yeni əksinqilabçılar yaradır (1).
Kommunist rejiminin xalqa, onun milli həyatına qarşı
yeritdiyi zorakılıq siyasəti xalqın daxili hiddətinə və qə
zəbinə səbəb oldu. Nəticədə bolşevik- rus özbaşınalıqlarına
etiraz əlaməti olaraq, mayın 26-dan iyunun 20-dək Şəmkirdə,
Lənkəranda, Astarada, Qubada, Qusarda, Naxçıvanda,
Gəncədə, Ağdaşda, Göyçayda, Nuxada, Ağdamda, Şuşada,
Tərtərdə və Zaqatalada silahlı üsyanlar baş verdi (2).
Azərbaycanın, demək olar ki, bütün yerlərində
bolşevik diktatura
rejiminə qarşı müqavimət hərəkatı
yaranır, açıq silahlı çıxışlara gətirib çıxarırdı.
Bir- birinin ardınca baş verən üsyanlar və hadisələrə
qarşı bolşeviklər sərt tədbirlər görürdü. Üsyanların və kəndli
ixtişaşlarının genişlənməməsi üçün onlar ayrı- ayrı rayonlara
nümayəndələr göndərir və yerlərdəki vəziyyəti öyrənməyə,
fövqəladə hadisələrin qarşısını almağa çalışırdılar.
ilk illərdən Naxçıvanda
və ətraf kəndlərdə
sovet
hakimiyyətinə qarşı üsyanlar və etiraz aksiyaları başlandı.
1920-ci il iyunun 19-da S.Orconikidze V.Leninə və G.Çiçerinə
göndərdiyi məktubda yazırdı: «Qarabağda və Zəngəzurda
sovet hakimiyyəti elan edilmişdir. Göstərilən ərazilər
Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz tərkib
hissəsidir. Naxçııvan bir neçə aydır üsyançı müsəlmanların
əlindədir. Ümumiyyətlə, mənim fikrimcə, Azərbaycanın
nümayəndəsini
Moskvaya
çağırıb
onunla
birlikdə
Azərbaycana və Ermənistana aid mübahisəli məsələləri həll
etmək lazımdır» (3).
S.Orconikidzeniıı də məktubundan göründüyü kimi
20-ci illərin əvvəllərində Naxçıvanda da sovetləşməyə qarşı
müqavimət
hərəkatı
güclü
olmuşdur.
Belə
etiraz
134
aksiyalarından birincisi Cəhri kəndində həyata keçirildi. Belə
ki, XI Qızıl Ordunun Naxçıvandakı özbaşınalıqlarına,
talanlarına, əhali ilə sərt rəftarına etiraz əlaməti olaraq 1921-
ci ilin yanvar ayının 28-də cəhrililər qiyam qaldırdılar. «Bu
qiyamın başında türk zabitləri dururdular. Qiyamçılar dairə
inqilab komitəsini, torpaq komitəsini və ərzaq komitəsini
həbsə
ala
bildilər.
Onlar
Tirkeş
və
Qızıl-
Boğaz
məntəqələrində olan əksinqilabçı ünsürlərlə birləşib Naxçıvan
şəhəri üzərinə yeriməyi nəzərdə tuturdular» (4).
Üsyançılar az müddət də
olsa Cəhridə sovet
hakimiyyətini devirə bildilər. Onların planları daha geniş idi
və çalışırdılar ki, qiyamın coğrafiyası getdikcə genişlənsin,
qiyama bütövlükdə Naxçıvan da qoşulsun. Bu. məqsədlə
onlar Naxçıvanda olan türklərlə də danışıqlar aparmış və
razılaşmışdılar ki, etiraz aksiyaları başlandığı təqdirdə
osmanlı türkləri də onlara qoşulacaq və qüvvələrini
birləşdirərək
bolşevik
hakimiyyətinə
son
qoyacaqlar.
Qiyamın
daha
da
genişlənəcəyindən
qorxuya
düşən
bolşeviklər,
xüsusilə
də
Qızıl
Ordu
və
Fövqəladə
Komissiyanın gördüyü tədbirlər nəticəsində onun qarşısı
alındı və qiyam yatırıldı, onlarla qiyamçı həbs edildi.
Qiyamın yatırılması, müvəqqəti olaraq müqavimət
hərəkatını sakitləşdirsə də, onu bütövlükdə dayandıra
bilmədi. Naxçıvanın müxtəlif yerlərində qısa müddətli və
qeyri- kütləvi olsa da, etiraz aksiyaları baş verdi. Lakin Cəhri
hadisələrinin davamı 1921 -ci ilin fevral ayının 18-də Qaraçuq
və Tirkeş kəndlərində oldu. Bu dəfə aksiya iştirakçıları yalnız
osmanlı
türkləri
ilə
deyil,
eyni
zamanda
bolşevik
təqiblərindən qorunmaq üçün İranda mühacirətdə olan
dəstələrə də ümid bəsləyirdilər. Maraqlıdır ki, qiyam zamanı
sovet hərbi hissələrindən olan qüvvələrin də bir qismi
qiyamçıların tərəfinə keçmişdirlər. Bütün qüvvələrini səfərbər
edən sovet hərbi birləşmələri və xüsusi xidmət orqanları
Qaraçuq qiyamını yatıra bilsələr də, Tirkeşdə bunu bir
müddət edə bilmədilər. KQB-nin o zamankı məlumatında
deyilirdi: «Burada komanda heyətinin satqınlığı üzündən
135
Dostları ilə paylaş: |