qaydalara görə orada tələbə yığıncaqlarının keçirilməsinə
görə cinayət məsuliyyəti müəyyən olunurdu.
Bu qərarlar bütün
tələbələr kimi azərbaycanlı
tələbələrin ictimai-siyasi fəaliyyətinə mənfi təsir göstərmiş,
onlara qarşı təqiblər güclənmişdi. Buna baxmayaraq onlar
mədəni-maarifçilik fəaliyyətlərini davam etdirir, müxtəlif
mərkəzlərdə,
klublarda,
siyasi
dərnəklərdə,
xüsusən
müsəlman həmyerliləri cəmiyyətlərində yaxından iştirak edir,
öz vətənlərində gedən siyasi, mədəni proseslərlə daim
%
maraqlanırdılar.
Ədəbiyyat
1. «Odlar yurdu» qəzeti, 1989, mav, №14.
2. ARDTA, f 389, siy 6, iş 113, v.295 - 298.
3. «Odlar yurdu», 1990, aprel, № 8 - 9.
4. Ахундов H.Периодическое печать Азербайджана (1832-1910),
Б., 1987, с. 118.
5.
ARDTA,
f 389,
siy
6,
iş
113, V.102- 109.
iş
126, v.211.
iş
189.
v.23. iş 167, v.79-81.
6. Yenə orada, iş 311, v. 186 - 190.
7. Нариманов H. Избранные, произведение. В грех томах, т.1,
(1890- 1917), Баку, 1988, с. 9.
8. Yenə orada, s. 56.
9. Əhmədov T. Nəriman Nərimanov, В., 1988, s. 75.
10. Narimanov N. göstərilən əsəri, s. 352.
11. İstorii Azerbaydcana, t.ll, B.,1960,s.593 - 594; «Həyat» qəzeti,
1906, 7 fevral. Əhmədov T. göstərilən əsəri, s. 94.
12. Rəsulzadə M.Ə. Milli Azərbavcan hərəkatının xarakteri,
r
«Azərbaycan yurd bilgisi» məcmuəsi, 1934, № 29.
13. «Odlar yurdu, 1989, avqust, № 16.
14. Газиев M. Х<изнь и деятельность М.Азизбекова, Б., 1956. с. 38.
121
E LŞƏ N H Ü SEYN O V
A zər bay can Respublikası Gənclər,
idman və Turizm Nazirliyi
RAFİQ RƏ H İM O V
Naxçıvan Dövlət Universiteti
SÜLH AMİLİ HEYDƏR ƏLİYEVİN XARİCİ
SİYASƏTİNİN ƏSASIDIR
Kəssə hər kim tökülən qan izini
qurtaran dahi odur yer iizünii...
Hüseyn Cavid
Müasir Azərbaycanın beynəlxalq əlaqələri, onun
müstəqil dövlət kimi dünya birliyində tanınmasında müstəsna
xidmətləri olan şəxsiyyət - Heydər Əliyevin adı, əməli
fəaliyyəti, konkretləşdirdiyi işlərlə bağlıdır.
H.Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində
yeni Azərbaycanın, bugünkü uğurlarının əsasını qoymuş və
gələcəyə aparan yolunu müəyyən etmişdir.
Heydər Əliyevin xarici siyasətinin əsasını təşkil edən
sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə
və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və
qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir.
Müstəqil
Azərbaycan
dövlətinin
xarici
siyasəti
özünəməxsus xüsusiyyətləri ilə seçilir. Belə ki, Azərbaycanın
xarici siyasətinin mahiyyətinə və xüsusiyyətlərinə toxunan
Heydər Əliyev qeyd etmişdir ki, "....bizim xarici siyasətimiz
sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi
bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin eyni
zamanda respublikanın suverenliyini, müstəqilliyini və ərazi
bütövlüyünü nəyin bahasına olursa-olsun xarici siyasət
vasitəsilə təmin elməyə çalışacağıq".
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbay
canın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsir etmə
122
imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət
kursunda mövcud reallıqları nəzərə alan və ölkənin
mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər
edildi.
İlk
növbədə
müstəqil
Azərbaycan
dövlətinin
beynəlxalq münasibətlər müstəvisində yeri, Avropa ölkələri
və ABŞ-la, keçmiş Sovet respublikaları və Rusiya ilə,
müsəlman dünyası və İranla, türkdilli dövlətlər və Türkiyə ilə,
Cənubi Asiya dövlətləri və Heydər Əliyev 1993-cü il oktyabr
ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi
andiçmə
mərasimindəki
çıxışında
qeyd
etmişdir
ki,
Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri
Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə
bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda
böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci
növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə
yönəldilməlidir.Vəzifə
dünyanın
bütün
dövlətləri
ilə
bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan
Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək
üçün,
həm
də
respublikanın
iqtisadiyyatını,
elmini,
mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə
etməkdən ibarətdir.
Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra
bütün sahələrdə hökm sürmüş ətalətə, özbaşınalığa, xaosa və
özfəaliyyətə son qoyuldu. Azərbaycanın tarixdə əldə etdiyi ən
əvəzsiz
nailiyyəti
olan
istiqlaliyyətini
məhv
olmaq
təhlükəsindən xilas etdi. Xüsusilə də, xarici siyasətdə mövcud
olan çoxsaylı problemlər nəticəsində ölkənin dünya ilə
inteqrasiyası çətinləşmiş,
Ermənistanın
hərbi
təcəvüzü
nəticəsində milyondan artıq qaçqın və məcburi köçkünün
olduğu ağır iqtisadi, siyasi və hərbi vəziyyətlə yanaşı,
Azərbaycanın informasiya blokadasında olması özünün ən
kulminasiya nöqtəsinə çatmışdı. Belə bir məsuliyyətli vaxtda
heçnədən çəkinmədən xalqın, dövlətin mənafeyi naminə hər
cür məşəqqətə dözən Heydər Əliyev bu barədə deyəcəkdir ki,
"Mən çox böyük sınaqlardan çıxmış bir adamam və həyatımı
123
Dostları ilə paylaş: |