qayıtdıqdan sonra da bir müddət bu ideologiyanın təbliğatı
ilə məşğul olmuşdular.
Azərbaycanda ilk sosial-demokrat təşkilatı olan
«Hümmət»in, onun eyniadlı orqanının yaradılmasında
M.Ə.Rəsulzadə,
M.H.Mövsumovla
yanaşı
Peterburq
___
•
Texnologiya institutunun məzunu M.H.Hacınski də əsas rol
oynamışdır (1). M.H.Hacınskiniıı öz siyasi fəaliyyətinə sosial-
demokrat kimi başlamasının əsas səbəbi məhz Peterburq
həmyerlilər cəmiyyətində marksist ideyaları ilə yaxından tanış
olması idi. Məhz M.H.Hacmskinin bilavasitə təsiri altında
onun kurs yoldaşı M.Əzizbəyov, Odessa Universitetinin tibb
fakültəsinin tələbəsi N.Nər iman ov və gələcəkdə Kazan
Universitetinin tibb fakültəsinin tələbəsi olacaq S.M.Əfən
diyev bu təşkilata üzv olmuşdular.
M.H.Hacınski institutu qurtardıqdan sonra Bakıya
qayıdır,
Rusiya
paytaxtında
Azərbaycan
həmyerlilər
cəmiyyətinin
işi
ilə Peterburq Universitetinin
hüquq
fakültəsinin tələbəsi Aslan bəy Səfıkürdski məşğul olmağa
başlayır. Gələcək Zaqafqaziya Seyminin və Azərbaycan XC
Parlamentinin ən fəal üzvlərindən biri A.Səfikürdskinin biı-
ziyalı və siyasi xadim kimi formalaşmasında Peterburqdäkı
tələbəlik həyatının mühüm rolu olmuşdur. Onunla yanaşı
həmin illərdə tələbə həmyerlilər cəmiyyətinin fəalları arasında
Bakı şəhər dumasının təqaüdçüləri, Mülki Mühəndislər
İnstitutunun tələbələri Mustafa və Musa Hacıqasımovlar (2),
Peterburq
Universiteti
hüquq
fakültəsinin
tələbələri
Ş.Rüstəmbəyov, Ə.Kərimov, Dağ Mədən İnstitutunun
tələbəsi Ağakərim Kərimov (3), Yol Mühəndisliyi İnstitutu
nun tələbəsi Xudadat bəy Məlikaslanov da var idilər.
112
X.Məlikaslanov institutda oxuduğu illərdə Peterburq
həmyerlilər cəmiyyətinin (ittifaqının) ən fəal üzvlərindən
olmaqla yanaşı, o zaman tələbələr arasında geniş yayılmağa
başlayan marksizm ilə yaxından maraqlanmağa başlamış və
1901-ci ildə RSDFP-уэ üzv olmuşdu.
1906-1911 -ci illərdə Peterburq Dağ Mədən Mühən-
dişləri institutunda təhsil almış Ağa Əminov da tələbələrin
həmyerlilər cəmiyyətinin işində yaxından iştirak etmişdir.
Lakin öz əksər tələbə həmyerlilərindən fərqli olaraq
A.Əminov sosial-demokrat hərəkatına devil, milli demokratik
-/
*
hərəkata meyl etmiş, vətənə qayıtdıqdan sonra Müsavat
partiyasının üzvü olmuş, Azərbaycan XC hökumətində
maliyyə naziri olmuşdu.
Onların təhsil aldığı illər Rusiyada siyasi hadisələrlə
zəngin bir dövr idi. Geniş fəhlə və kəndli hərəkatının zirvəsi
olan 1905-1907-ci illər inqilabında digər sosial təbəqələrlə
yanaşı, tələbə-gənclər də yaxından iştirak etmiş, inqilabın əsas
hərəkətverici qüvvələrindən olmuşdular. Paytaxtda və digər
şəhərlərdə keçirilən demokratik hərəkatda - nümayiş və
mitinqlərdə, tətillərdə tələbələrin iştirakı, onların daha da
radikallaşması ilə müşayət olunurdu.
Sosial-demokrat
ideyaların təsiri altında fəaliyyət göstərən tələbə hərəkatı sırf
universitet həyatı ilə bağlı tələblərlə yanaşı, ümumdemökratik
tələblər - monarxiyanın ləğvi, respublika təsisi, azad seçkilər
və s. irəli sürməyə başlamışdı. Tələbələr arasında tətillərin
miitəşəkkilliyini təmin etmək üçün Tələbə Şurası yaradılmış,
buraya azərbaycanlı tələbələr də daxil idilər. Tələbə
hərəkatında fəal iştirak etdiyinə görə Musa Hacıqasımov
institutdan qovulmuş və həbs edilmişdi. Musa Hacıqasımov,
113
N .Nərimanov kimi M.H.Hacmskinin vasitəsilə «Hümmət»
qəzetinə materiallar göndərirdi (4).
1905-ci il avqustun 11-də azərbaycanlı tələbələrin də
təhsil aldıqları iki institutda - Mülki Mühəndislər və Yol
Mühəndisləri İnstitutlarında tələbə yığıncaqları keçirilmiş və
siyasi tələblər - hökumətin istefası, Müəssislər Məclisinin
çağırılması, siyasi məhbusların azad edilməsi və s. tələblər
•
| •
••
••
1
••
t ••
irəli surulmuşdu.
Tələbə hərəkatının geniş vüsət aldığı şəhərlər arasında
Riqa, Odessa, Kiyev, Moskva şəhərləri də var idi.
1905-ci il avqustun 13-də Riqa Politexnik institutunda
oxuyan tələbələr ictimai həyatın demokratikləşməsi tələbi ilə
mitinq keçirmişdilər, institutda azərbaycanlıların da daxil
olduğu Qafqaz Həmyerlilər Cəmiyyəti fəaliyyət göstərirdi.
Bakı şəhər dumasının təqaüdçüsü Kərim bəy Məlikov və
_
•
_
Ibadulla Əmirov (5) da həmin cəmiyyətin fəallarından idilər.
Tələbə çıxışlarının genişləndiyi Kiyev şəhərində 1905-
ci ilin yanvarında keçirilmiş tətillərdə iştirak etdiyinə görə
Kiyev Politexnik İnstitutunun kimya fakültəsinin tələbəsi,
H.Z.Tağıyevin
fərdi
təqaüdçüsü
Hacı
bəy
Axundov
institutdan xaric edilmiş və təqaüddən məhrum olmuşdu. O,
Gəncəyə qayıdaraq Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü
kimi ictimai iş aparmış, yalnız 1908-ci ildə tələbəliyə bərpa
edilə bilmişdi (6).
Odessanın ali məktəblərində təhsil alan azərbaycanlı
tələbələr ümumrusiya tələbə hərəkatına qoşulmuşdular.
Azərbaycanlı tələbələrin təsis etdikləri həmyerlilər cəmiyyət
ləri arasında Odessa həmyerlilər təşkilatı öz fəallığı ilə
seçilirdi.
1902-ci
ildə
Odsssa
Universitetinin
hüquq
fakültəsinə daxil olmuş Nəsib bəy Yusifbəyli, həmin
114
Dostları ilə paylaş: |