Güman varki, Nəhəcir ərazisində də təbərzin tipli alətlərdən
istifadə
olunmuşdur.
Təbərzin
tipli
silahlara
bütün
Zaqafqaziya ərazisində çox rast gəlindiyindən arxeoloji
ədəbiyyatda «Zaqafqaziya təbərzini» termininin yaranmasına
səbəb olmuşdur. Bu tipdə naxışlanmış qablara II Kiiltəpə
yaşayış yerində də rast gəlinib(3, s. 98).
Basma naxışlı qablara təkcə Naxçıvan ərazisində
deyil(4, s. 85), Qarabağ zonası abidələrində də(5, s. 97)
təsadüf olunmuşdur.
Basma üsulla naxışlanmış qablara Zaqafqaziyanın digər
ərazisində də rast gəlinmişdir. Bu tip qablar Trialeti
mədəniyyətinin yayıldığı ərazidərdə də aşkar olunmuşdur (8,
s. 10). '
Nəhəcir Orta Tunc dövrünün keramikasının əsas
ornament xüsusiyyətlərindən biri də qabarıq və batıq
zolaqlardan ibarət naxışlardır. Müxtəlif formalı qabların bu
tip ornamentlərlə naxışlanması onların estetik gözəlliyini
daha da artırmışdır.
Nəhəcir ərazisində sınıq dalğalı xətlərlə naxışlanmış
keramika məlumatları daha çoxdur. O.Həbibullayev bu
xətləri axar suyun simvolu kimi göstərmişdir(6, s. 272). Suyun
əkinçi -m aldar tayfaların həyatında mühüm rol oynadığını
nəzərə alaraq bunun qənaətbəxş fikir olduğunu söyləmək
olar.
Nəhəcir nekroplundakı çəhrayı rəngli qabların birinin
üzəri qəhvəyi rəngli dalğalı və düz xətlərlə naxışlanmışdır.
Boya ilə örtülmədən birbaşa qabın narıncı səthinə çəkilmiş
ornament boyalı qabların ən qədim nümunəsi hesab edilir (2,
s. 94).
Nəhəcir Orta Tunc dövrü boyalı keramikasının bənzərləri
Muxtar Respublikasında Yaycı (7, s. 98), Şahtaxtı (9, s. 46)
Sarıdərə və digər yaşayış məskənlərində də rast gəlinmişdir.
Nəhəcir keramikasındakı forma oxşarlığı ilə yanaşı
ornament eyniyyəti Naxçıvan Muxtar Respublikasının digər
yaşayış yerləri ilə iqtisadi və mədəni bağlılığın olduğunu
göstərir. Nəhəcir keramikasında Naxçıvan boyalı qablarının
100
ilkin mərhələsi üçün xarakterik olan bütün xüsusiyyətlər
vardır(l, s. 108).
Nəhəcirdəıı aşkar olunmuş, Naxçıvanın digər yaşayış
yerlərində də geniş yayılmış monoxrom boyalı qabların
müxtəlif istehsal mərhələlərindən keçdiyi lədqiqatçıdar
tərəfindən müəyyən edilmiş, monoxrom boyalı qabların
Naxçıvandan Cənubi Qafqazın digər regionlarına yayıldığı
qeyd edilmişdiı*(l,s. 4). Nəhəcir monoxrom boyalı qablarının
Naxçıvanın digər yaşayış yerlərində də aşkar edilmiş qablarla
bənzərliyi Nəhəcir dulusçuluq mərkəzinin Naxçıvan boyalı
qablarının əsas istehsal ocaqlarından biri
və bu ərazidə
yayılan boyalı qablar mədəniyyətinin tərkib hissəsi olduğunu
təsdiq edir.
Ədəbiyyat
1. Baxşəliyev V.B. Naxçıvanın qədim xalqlarının mənəvi
mədəniyyəti. Bakı, Elm 2004
2. Seyidov A.Q.,
Baxşəliyev
V.B.
Nəhəcirdə arxeologi
araşdırmalar. Bakı, 2002
3. Сеидов
А.Г.
Памятники
Куро-Аракской
культуры
Нахичевани. Баку, 1993
4. Baxşəliyev V.B. Erkən dəmir dövrü mədəniyyəti. Bakı, 2002
5. Алиев Ei.r. Культура эпохи средней бронзы Азербайджана.
Баку, 1991
6. Абибуллаев О.А. Энеолит и бронза
на территории
Нахичеванской АССР. Баку, 1982
7. Belli О., Baxşeliyev V. Nahçıvan bölgesinde orta ve son tunc
çağı çanak- çömlek kiiltürü. İstambul, 2001
8. Кушнарева K.X.. Южный Кафказ в ЫХ-ХЫЫ тыс.л.до. н.э..
Санкт- Петербург, 1993
9. Ağayev Q.H. Şahtaxtı son tunc və dəmir dövründə. Bakı,
2002
101
f
F İ Z U Lİ i B R A H İ M Z A D Ə
• •
Naxçıvan Ozol Universiteti
•
•
BEHBUD ŞAXTAXTINSKININ PUBLİSİSTİK
FƏAL1İYYƏTİ
XX əsrin əvvəllərində Azərbaycan xalqının tarixi
taleyində mühüm rol oynamış şəxsiyyətlərdən biri də
Azərbaycan Respublikası Xalq Ədliyyə Komissarı və Xalq
Komissarları Soveti sədrinin müavini vəzifəsinədək yüksələn,
Naxçıvan SSR Fövqəladə Komissarı və Xalq Komissarları
Sovetinin Sədri kimi vəzifələrdə işləyən, Moskva (1921, mart)
müqaviləsində Azərbaycanı təmsil edən və Qars (1921,
oktyabr) müqaviləsini imzalayan Behbud Şaxtaxtiııskidir.1
Behbud Şaxtaxtinski görkəmli dövlət xadimi və
diplomat olmaqla bərabər jumalistlik fəaliyyəti ilə də məşğul
olmuş, bir müddət ’’Balaban-’ (1907) jurnalına redaktorluq
etmiş2 və müxtəlif mövzularda yazdığı publisist məqalələri ilə
dövrün mətbu orqanları olan ’’Zakavkazye” , ’’Nicat” ,
’’Azərbaycan” , ’’Kommunist” və s. qəzetlərində çıxış edərək,
dövlətin, millətin və xalqın taleyi məsələləri ilə bağlı öz
maraqlı mülahizələrini bildirmişdir.
Məlumdur ki, XX əsrin əvvəllərində ’’Sakartvello”
(Gürcüstan) adlanan gürcü inqilabçı-federalist-sosialistlər
partiyasının orqanı kimi nəşr olunan ’’Zakavkazye” (1906-
1914) qəzeti o dövrdə ümumən Zaqafqaziyada nəşr olunan
rusdilli mətbuat orqanları sırasında ən mütərəqqi yol tutan
qəzet olmuşdur. Xüsusilə, Azərbaycanın ictimai-siyasi və
ədəbi -mədəni fikrini ’’Zakavkazye” qəzeti qədər demokratik
mövqedən ardıcıl şəkildə təbliğ edən ikinci bir rusdilli
mətbuat orqanının adını çəkmək çətindir.3
’’Zakafkazye”
qəzetinin
Azərbaycan
həyatı
ilə
əlaqədar
məfkurəvi
istiqamətini düzgün müəyyənləşdirmək üçün özünün siyasi və
publisist məqalələri ilə bütün Zaqafqaziyada böyük şöhrət
qazanmış
Behbud
Şaxtaxtinskinin
həmin
qəzetdəki
102
Dostları ilə paylaş: |