diyarın maddi-mədəniyyət nümunələrinə maraq Naxçıvan
xanlığının Rusiya imperiyası tərəfindən işğalından sonra
daha da artmışdır. Arxeoloji qazıntılar, elmi ekspedisiya adı
altında aparılan işlərin əsl mahiyyəti təbii sərvətlərimizi qarət
edən çar siyasətinin davamı idi. Bununla belə bölgədə olan
çar məmurları Naxçıvan abidələri haqqında müəyyən
məlumatlar da vermişlər. Şərqşünas alim, etnoqraf və
diplomat N.V.Xanıkov 1847-49-cu illərdə Qafqazda diplo
matik vəzifədə işlədiyi dövrdə qraf Vorontsovun göstərişi ilə
Naxçıvan ərazisində olan
maddi-mədəniyyət abidələri
haqqında məlumat vermişdir. (l,s.7)
1870-ci ildə К. A. Nikitin Naxçıvan duz mədənlərində
tədqiqat apararkən qədim
silah və əmək alətləri
aşkar
etmişdir (1, s. 8). Bundan qısa müddət sonra 1879--cu ildə I. S.
Rolyakov yenidən duz mədənlərində tədqiqat aparmış, 13
ədəd daş çəkic əldə etmişdir (2, s. 10).
1896-cı ildə N.V.Fyodorov Qızılburun bölgəsində
qazıntı işləri aparmışdır. O, əldə etdiyi zəngin materialları
Moskva Dövlət Tarix Muzeyinə göndərmişdir (3, s. 69). N.
V. Fyodorov qazıntılar zamanı əldə etdiyi yastı tiyəli tunc
xəncərlər, Ön Asiya tipli xəncər, daş toppuz, obsedian ox
uduqları, eynəkşəkilli tunc asma tipli bəzək əşyaları da
aparmışdır (2, s. 11).
1926-cı ildə akademik İ.İ.Meşşaninov Qızılburun
yaşayış yerində 7 daş qutu qəbir, A.A.Miller isə iki qəbir
tədqiq
etmişdir. Bu
qazıntılar zamanı
əldə
olunan
materialların bir hissəsi Azərbaycan Dövlət Tarix Muzeyinə,
digər hissəsi isə Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir
(3, s. 69-70).
30-cu illərdə Ə.Ələkbərov Şortəpə, Şahtaxtı, Oğlan-
qala və Nəhəcirdə tunc dövrü abidələrini aşkar edərək Nax
çıvan mədəniyyətinə aid xeyli material toplamışdır (4, s. 7).
II Dünya müharibəsindən sonra Naxçıvanın maddi-
mədəniyyətinin öyrənilməsinə diqqət bir qədər də artmışdır.
1951-64-cii illər- arasında O. H.FIəbubullayevin Kültəpə
yaşayış yerində
uzun
müddətli
arxeoloji
qazıntıları
Azərbaycan tarixinə bir sıra yeniliklər gətirmişdir.
V.H.Əliyevin 1968-76-cı illərdə II Kültəpədə apardığı
arxeoloji qazıntılar nəticəsində
III minilliyin sonu və II
minilliyin əvvəllində Naxçıvan ərazisində ilkin şəhərlərin
formalaşdığı müəyyənləşdirilmişdir.
94
1965-ci
ildə geoloqlar tərəfindən
üzə çıxarılan
Gəmiqaya abidələri arxeoloqlar tərəfindən tədqiq edilmiş,
ümummilli liderimiz H.Əliyevin sərəncam və göstərişlərindən
sonra bu abidə daha geniş şəkildə öyrənilmişdir. Abidə ilə
bağlı xeyli məqalə və monoqrafiyalar yazılaraq çap
edilmişdir.
Araz SES-in tikintisi ilə əlaqədar olaraq 1968-ci ildə
Araz arxeoloji ekspedisiyası yaradılmış, R.B.Göyüşovun
rəhbərliyi ilə 1968-70 illərdə su altında qalmaq təhlükəsi olan
Muncuqtəpə, Xarabaşəhər, Aslabad, Abbasabad yaşayış
yerlərində arxeoloji tədqiqatlar aparmışlar. Qazıntı zamanı
orla əsrlərə aid xeyli maddi-mədəniyyət nümunəsi aşkar
edilmişdir (5, s. 12).
1979-ci ildən başlayaraq Xarabagilan ərazisində
arxeoloji qazıntılar genişləndirilmişdir. Q. M. Aslanov, B. İ.
İbrahimov, S. M. Qaşqay tərəfindən qədim və orla əsrlər
dövrünə aid bir sıra yaşayış yerləri tədqiq edilmiş, zəngin
maddi- mədəniyyət nümunələri əldə olunmuşdur.
V. B. Baxşəliyevin 1988 - 1994 - cü illərdə apardığı
tədqiqatlar nəticəsində Muxtar Respublikasının arxeoloji
abidələri toplu halında hazırlanaraq çap edilmişdir.
Ə.K.Ələkbərov, O.H.Həbubullaycv, V.H.Əliyev, H.İ.
Qədirzadə, M. M. Hüseynov, Q.M.Aslanov, S.M.Qaşqay,
B.İ.İbrahimov, M.M.Seyidov, Q.H.Ağayev, V. B. Baxşəliyev,
N. Əliyev,
A.Q.Seyidov, S.H.Aşurov, N.Ə.Miiseyibli,
Ə.H.Bədəlov, Ə. İ. Novruzlu, Ə. Q.Cəfərov və digərlərinin
apardığı tədqiqatlar zamanı Naxçıvanın qədim mədəniy
yətinin öyrənilməsi üçün mühüm əhəmiyyətli olan maddi-
mədəniyyət nümunələri aşkar olunmuşdur.
Tədqiqatlar zamanı aşkar olunan I Maxta Kültəpəsi,
Aşağı Daşarx yaşayış yeri, Kolanı, Sarıdərə, Bayəhməd,
Qarabulac nekropolları tariximizin öyrənilməsi üçün xüsusilə
əhəmiyyətlidir. Naxçıvan ərazisində aşkar edilib, tədqiq
edilən abidələr qədim Şərq və Cənubi Qafqazda arxeoloji
mədəniyyətin formalaşması və dövrləşməsilə bağlı dəyərli
dəlillər yermişdir.
Ümummilli
liderimiz
H.Əliyev
Naxçıvanın
hər
daşının, hər qayasının tarixin canlı səhifəsi olduğunu qeyd
etmişdir. Məhz onun bu qədim diyarın tarixinə göstərdiyi
qayğı sayəsində ümümdünya arxeologiyasında mühüm yeri
95
olan Naxçıvan abidələrinin də tədqiqi
genişlənmiş, elmi
tədqiqat işləri sürətlənmişdir.
Ədəbiyyat
1. Göyuşov R. B. Azərbaycan arxeologiyası. Bakı, 1986
2. Абибуллаев О. А. Энолит и бронза на территории Нахи
чеванской АССР Баку, 1982
3. Seyidov A. Q., Baxşəliyev V. В., Novruzlu Ə. L, Babayev V.M.
Naxçıvanın və Babək bölgəsinin arxeoloji abidələri. Bakı, 1995
4. Алиев В. Г. Культура эпохи средней бронзы Азербайджана.
Баку, 1991
5. Baxşəliyev V. В.,Seyidov A. Q. Naxçıvanın qədim tarixi. Bakı,
1995
Z A K İR R Z A Y E V
A M E A Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya institutu
NƏHƏCİRİN ORTA TUNC DÖVRÜ KERAMİKASI
Eramızdan əvvəl 7-6 minilliklərdə meydana çıxan
dulusçuluq ən qədim sənət sahələrindən biri hesab edilir.
Neolit dövründə məişət əşyalarının istehsalı zamanı insan öz
fəaliyyətinin estetik tərəflərini düşünmüş, eneolit dövründə
isə incəsənətin inkşafında mühüm irəliləyiş olmuşdur. Eneolit
dövründə keramika istehsalına tələbatın artması
dulus
kürələrinin təkmilləşməsinə şərait yaratmışdır.
Sənətkarlığın
əsas
sahələrindən
olan
keramika
istehsalında sənətkarların insan
zövqünü ritmik element
lərdən olan ornamentlərlə ifadə etməyə cəhd göstərməsi
dulusçuluq və tətbiqi sənəti bir-birinə yaxınlaşdırmışdır.
Arxeoloji
araşdırmalar
zamanı
hər .
dövrün
ornamentlərində özünəməxsus stil və forma müxtəlifliyi
müəyyən olunmuşdur. Qədim dövrlərdə insanın yaşam
tərzində
hakim
mövqeyə
çevrilən
amillər
keramika
96