və qoyun fiqurlarının oxşar cəhətləri olsa da hər biri
özünəməxsus orijinal bədii üslubda işlənmişdir.
Daş qoç və qoyun fiqurları Naxçıvan MR-in bir çox
rayon və kəndlərində qeydə alınmışdır. Bu qəbirüstü
heykəllərin bir qismi bölgədəki qəbristanlıqlardan gətrilərək
Naxçıvan şəhərində Möminə xatun məqbərəsi qarşısında
Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə yaradılan
açıq muzeydə mühafizə və nümayiş etdirilir. Hazırda açıq
muzeydə 72 qoç və qoyun fiquru, 12 sənduqə tipli xatirə
abidəsi nümayiş etdirilir. Onların içərisində diqqəti ən çox
cəlb edən üzərində müxtəlif kitabə və bədii təsvirlər həkk
olunan abidələrdir. Bu abidələrin üzərində təsvir olunan hər
bir işarənin özünə məxsus anlamı, məna çaları vardır. Bu
təsvirlərin əski türk inancları və adətləri ilə, eyni zamanda
islami inamlarla bağlı olduğu ehtimal edilir.
Buradakı bir qoç fiquru (145 x 65 x 45 sm) arxa
ayaqları yarım bükülü vəziyyətdə, başı kiçik ölçüdə, quyruğu
yastı, buynuzları burulmuş halda düzəldilmiş, ağzı az nəzərə
çarpdırılmışdır. Digər bir fiqurun (140 x 65 x 40 sm) ayaqları
bitişik, buynuzları burulmuş halda, başı bir qədər uzunsov
olub, ağız hissə bildirilməmişdir, quyruğu yastıdır.
3- cü
fiqur
(150 x 71 x 50 sm) altlıq üzərində, qıvrıq buynuzlu, başı bir
qədər girdə şəkillidir. Belində kəmər olan qoç fiqurunun
quyruğu yastıdır. Ayaqlar daşın bir qədər oyulması ilə nəzərə
çarpdırılmışdır. Bir fiqur (160 x 70 x 40 sm) altlıq üzərində
ayaqlar bir-birindən aralı şəkildə düzəldilmişdir ki. bu da
sənətkardan böyük ustalıq tələb edirdi. Buynuzları düz, başı
digərlərinə nisbətən kiçik ölçülüdür. Fiqurun quyruq hissəsi
maili şəkildədir. 5- ci fiqur (170 x 80 x 41 sm) yenə də altılıq
üzərində ayaqları bitişik, buynuzları burulmuş vəziyyətdə, alt
çənə bir qədər irəli çıxmış halda, qabaq ayaqları bitişik
şəkildə düzəldilmişdir.
Fiqurların öyrənilməsi göstərir ki, onların hər biri
orjinal bədii üsluba malikdir ki, bu da ustanın fərdi
yaradıcılıq qabiliyyətini göstərir. Qoç fiqurları üzərində olan
85
müxtəlif bədii təsvirlər özünəməxsus maraqlı tədqiqat obyekti
kimi diqqəti cəlb edən abidələrdəndiı*.
Burada olan bir fiqur (95 x 92 x 49 sm) iki ayağı üstə
başı yumru, buynuzlan burulmuş vəziyyətdə, quyruğu yastı,
ağzı az nəzərə çarpacaq formada düzəldilmişdir. Bu abidə
qırmızı daşdan hazırlanmışdır. Abidənin sol tərəfində iki
insan və insanlardan arxa tərəfdə taxçada su qabı həmçinin
quş təsviri işlənmişdir. Təsvirdəki, insanlardan biri taxtda
əyləşmiş və başında tac vardır. Bu onun hökmdar olmasını,
digər bir insanın isə əlində saz, onun qarşısında əyləşməsi
burada saz, söz yaradıcılığının, musiqi məclisinin olduğunu
göstərir.
Musiqi əski türklərin əsas sənət sahələrindən biri, saz
isə aşıqların ən qədim zamanlardan ilahi və dünyəvi şeirləri
ifa etdikləri qədim musiqi alətidir. Bu musiqi aləti dastan və
nağıllarımızdan da məlumdur. «Kitabi Dədə Qorqud»,
«Koroğlu», «Aşıq Qərib» və s. dastanlardan da göründüyü
kimi saz ən əziz musiqi aləti olmuş, müqəddəs hesab
edilmişdir.
Digər bir fiqur ayaqları bitişik vəziyyətdə, quyruq
hissəsi azca çıxıntılı halda düzəldilmişdir. Onun baş hissəsi
sındırılmışdır. Fiqur sarı daşdan hazırlanmışdır. Bu fiqurun
(107 x 152 x 85 sm) üzərində günəş, sünbül, qılınc təsviri
çəkilmişdir.
Günəşə
inam
Azərbaycanda
çox
qədim
zamanlardan geniş yayılmışdır. Sənətşünas N .Rzayev günəş
kultunun Azərbaycanın madii mədəniyyət abidələrində daha
çox işləndiyini göstərir və qeyd edir ki, günəş lcultu
Azərbaycanın
mənəvi
mədəniyyətinin
xarakterik
xüsusiyyətlərindən olmuşdur.2*
Günəş təsviri təkcə daş işləmə sənətində deyil, həm də
bəzək əşyalarında, xalçaçılıqda və digər əl işlərində də öz
əksini tapmışdır. Mirəli Seyidov apardığı araşdırmalara
dayanaraq qeyd edir ki, bir çox xalqlarda olduğu kimi
azərbaycanlılarda da Günəş Tanrısı- şüa, zoomorfık onğon
və insan kimi təsəvvür edilmişdir.4
36
Günəşə inam insanların həyatı, yaşama inancı ilə bağlı
hesab edilə bilər. Şübhəsiz ki, günəş işığı olmadan nə təbiət,
nə də insanlar yaşaya bilməzlər. Bu isə günəşli günlərin
insanların həyatında mühüm yer tutduğunu göstərir.
Fiqur üzərində digər bir təsvir quş təsviridir.
Tədqiqatçılar quş təsviri ilə bağlı inamlara arxeoloji
qazıntılarda rast gəlindiyini qeyd edirlər. Azərbaycan
folklorunda da quşların xeyirxahlığı insanlara kömək etməsi
ilə bağlı xeyli əfsanə vardır. Məsələn Nuh(ə.s.)la bağlı
əfsanələrdə qaranquş, göyərçin insanın yaxın dostu köməkçisi
kimi verilmişdir.5 Yaxud da nağıllarda tez-tez rast gəlinən
əfsanəvi Simurğ və Səməndər quşları xeyirxah qüvvələri
təmsil edir. Qəbir daşlarında öz əksini tapmış quş, təsvirləri
quşun qoruyucu funksyası göy aləminin təmsilçisi kimi
insanların ruhunun bəd qüvvələrdən mühafizə etməsi
inancları ilə bağlı olduğunu söyləməyə imkan verir.
Fiqurların bir neçəsinin üzərində ən çox qılınc təsviri
çəkilmişdir. Məlum olduğu kimi türklər qılınca və qalxana
hər zaman sahib olmuş və bu türklərin döyüşkənlik rəmzi
kimi dəyərləndirilmişdir.
istər dini ədəbiyyatlarda, istərsə də dastan və
nağıllarda qılınca ecazkar nəzərlə baxılmışdır. Məsələn Hz.
Əlinin Zülfüqarı, Koroğlunun Misri • qılıncı kimi möcüzəli
qılınclar haqqda məlumatlar vardır. Qədim türklərdə hər bir
döyüşçünün vətənini, namusunu qorumaq üçün qılıncı
olmuşdur. Qəbirlər üzərindəki təsvirlər arasında qılıncın daha
çox yer alması dəfn edilənin döyüşçü olduğunu söyləməyə
imkan verir.
Üçüncü bir fiqurun (113 x 142 x 60 sm) üzərində qılınc
və al təsviri işlənmişdir. Bu qoç fiqurunun ayaqlan bitişik,
buynuzları burulmuş, başı bir qədər uzunsov, ağzı isə qapalı
halda düzəldilmişdir. Üzərində kitabəsi vardır.
Qeyd edək ki, qədim türklərdə, o cümlədən də
Azərbaycan türklərində atla bağlı inanc və ata olan yüksək
ehtiram qəbirüstü daş abidələr üzərindəki təsvirlərdə də
özünü göstərməkdədir. Bütün türk xalqlarında olduğu kimi
Dostları ilə paylaş: |