ayrı bir daşa yazılaraq əvvəlki yerinə qoyulmuşdur. Bu hadisə
1776- cı ildə olmuşdur (4, s. 25).
Ədəbiyyat
1. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Azərnəşr, Bakı, 1996
2. Передняя Азия в документах (Серия памяти Ю. Н. Марра).
Книга Ы, Нахичеванские рукописные документы, ХВЫЫЫ -
ХЬТХ вв. Издателство Грузинского филиала Академии Наук
СССР. Тифлис, 1936
3. Seyidbəyli E. Naxçıvan torpaq mülkiyyətinə aid XVII- XVIII
əsr Kəngərli arxeoqrafik sənədləri. Bakı, Elm, 2001.
4. Səfərli H. F. Duaların Allaha çatdığı yer- Əshabi Kəhf. Bakı,
2002
5. Государственный Исторический Архив Республики'Армении,
фонд 89, опись 1, дело 26, лист 255
N Ə Z A K Ə T ƏSƏDOVA
Naxçıvan Muxtar Respublikası
Dövlət Tarix Muzeyi
NAXÇIVAN QƏZASININ İQTİSADİ-MƏDƏNİ
HƏYATINDA KƏNGƏRLİLƏRİN ROLU
Qədim türk tayfalarından olan Kəngərlilər son
əsrlərdə Azərbaycanın, o cümlədən, Naxçıvanın hərbi-siyasi
tarixində mühüm rol oynamışlar.
M uxtar
Respublika
Dövlət
Tarix
Muzeyinin
fondlarında qorunub saxlanılan nadir sənədlər içərisində
XVIII əsrin sonu XX əsrin ilk onilliklərinə aid ərəb, fars, rus
dillərində yazılmış qəbalə, hibənamə. iqrarnamə, vəlcalətnamə
və şəhadətnamələrin, həmçinin, Zaqafqaziya idarəçiliyi
dövrünə məxsus sənədlərin araşdırılması ilə Kəngərlilər
haqqında bir sıra maraqlı məlumatlara rast gəlinir, qaranlıq
məsələlərə aydınlıq gətirilir. Məlum olur ki, hərbi-siyasi
fəaliyyətləri ilə xüsusi nüfuz və mənsəb sahibləri olan
79
Kəngərlilər, eyni zamanda xanlıqlar dövründə Naxçıvan
qəzasında və İrəvan Quberniyası ərazisində geniş torpaq və
əkin sahələrinə hüquqi sahibkarlıq etmiş, əkinçiliyin,
bağçılığm, bostançılığm inkişafına xüsusi səy göstərmiş,
həmin dövrdə iqtisadi-mədəni həyatın yüksəlişində əsas
aparıcı qüvvələrdən biri olmuşlar. Siyasi-hərbi və iqtisadi-
mədəni sahələrdə aparıcı tayfalar kimi Kəngərlilərin yüksək
nüfuzunu hiss edən Çar Rusiyası və Zaqafqaziya İdarəçiliyi
xüsusi dairələr tərəfindən tayfa üzərinə ciddi nəzarət qoymuş
və əlaltı mənbələr vasitəsilə məlumatlar toplaması üçün
inanılmış idarələrə məxfi tapşırıqlar verilmişdir.
Məxfi sənədlərdən birində deyilir: «Kəngərlinski nəsli
haqqında məlumat toplamağı yuxarı komandanlıq hər adama
tapşırmamalıdır» (1).
Dövrün
siyasi
dairələrinin
diqqət
mərkəzində
saxlanılan Kəngərli tayfalarının say tərkibi haqqında da
məlumatlar əldə edilmişdir. Fond sənədlərinin birində, daha
doğrusu, Zaqafqaziya ölkəsi Baş Dəftərxana İdarəsinin 39
nömrəli 10 yanvar 1851-ci il tarixli sənədində bildirilir: «15
dekabr
1850-ci
il tarixdə
olan
iclas
jurnalından
(protokolundan) çıxarış. İrəvan Quberniyasının 9 dekabr
1837-ci il tarixli 8551 nömrəli təqdim etdiyi məlumatından
görünür ki, Kəngərli nəsli (tayfası) 1403 ailədən ibarətdir. O
cümlədən, 1055 ailə kəndlərdə, 348 ailə isə Naxçıvanda
yaşayır.(2)
XVIII
əsrin sonlarından XX əsrin 40-cı illərinədək
daha çox siyasi-hərbi fəaliyyətləri ilə tarixin yaddaşında qalan
Kəngərlilər, eyni zamanda Naxçıvanın iqtisadi-mədəni
həyatında da mühüm əhəmiyyət kəsb edən işlər görmüş,
Naxçıvan qəzasında, Ordubadda, Şərur-Dərələyəz qəzasında
kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi üçün ayrı-
ayrı
istehsal sahələrinin
yaradılmasına xüsusi
diqqət
yetirmişlər. Kəngərlilər həmin sahələrdən əldə edilən gəlirlər
hesabma qəzanın mədaxil büdcəsi hesabına yüksək faizlə
vergilər ödəmiş və şəxsi büdcələrinə toplanılan vəsaitlərin bir
hissəsini xeyriyyəçilik işlərinə sərf etmişdilər.
Qəzada
80
hamamlar,
məscid
və
mədrəsələr,
köşklər
tikdirmiş,
karvansaralar
və
körpülər
saldırmış,
xüsusilə
qız
məktəblərinin təşkilinə böyük yardımlar göstərmişdilər.
Araşdırılmış sənədlərdən aydın olur ki, bağçılığın və
əkinçiliyin
təşkilini
Kəngərlilər öz nüfuz dairələrində
saxlamışlar.
Hicri 1202-ci il məhərrəm ayında ( miladi 1787- ci il 13
sentyabr) yazılmış təyin (təyinat) kağızında Ordubadın Dırnıs
çayı kənarında geniş torpaq sahələrini əhatə edən meyvə
bağlarının və əkin yerlərinin Lütfəli Sultan Kəngərliyə
məxsusluğu bildirilir. (3) Həmçinin, Allahverdi Dizəsində
(Culfa ərazisi) və ona bitişik ərazilərdə Lütfəli Sultanova
məxsus torpaq və əkin sahələri olduğu qeyd olunur. (4)
Həmin ərazilərdə salınmış bağlarda 15 növdən çox meyvə
aeacları becərilirdi. Əkin sahələrində isə on nadir kənd
O
təsərrüfatı məhsulları: noxud, lobya, maş, mərcimək əkilirdi.
Fond sənədlərində Lütfəli Sultan oğlu Novruz ağanın
Şıxmahmuclda bağçılığın salınması və toxum səpilməsi üçün
əlverişli əkin sahələrinin olması bildirilir. (5) Naxçıvanın
Əlixan məhəlləsində Məmməd bəy Kəngərlinin, (6) Topçu
Süleyman bəy Kəngərlinin geniş alanda yararlı torpaq
sahələri olması faktı da sənədlərdə öz əksini tapmışdır. (7)
Hicri 1205-ci il zillıiccəl-həram ayında (13 sentyabr
1790-cı il) fars dilində yazılmış qəbalədən Naxçıvana bitişik
Dərələyəzdə Şeyxəli xan Tağı xan oğlu Kəngərliyə məxsus
geniş ərazilərdə sulu və demyə torpaqların mövcud olması
məlum olur.(8)
Bu torpaqlarda isə kənd
təsərrüfatı
məhsullarının digər növləri: arpa, buğda, çəltik, darı və s.
əkilirdi. Fond sənədlərinin araşdırılmasından görünür ki,
ümumiyyətlə kənd təsərrüfatında əsas aparıcı sahələrdən biri
kimi taxılçılığın və əkinçiliyin ildən-ilə genişləndirilməsinə
xüsusi diqqət yetirən Kəngərlilər bu sahələrdən yüksək
məhsuldarlıq əldə edilməsinə nail olmuşdular.
Zaqafqaziya ölkəsi Baş Dəftərxana İdarəsinin 10
yanvar 1851 -ci il tarixli 39 nömrəli sənədində bildirilir:
«Kəndlərdə yaşayan 133 ailəni çıxmaqla, Kəngərlilər bütün
81
Dostları ilə paylaş: |