1. İddia edilən «Böyük Ermənistan dövləti»nin
gerçəkləşməsi üçün başlanğıc olaraq Naxçıvan
hədəf
seçilmişdir.
2.
TRACECA
(Transport Corridor
Europe -
Caucasus - Asia) yolu üzərində yerləşən, eyni zamanda körpü
vəzifəsini icra edən Naxçıvanın ortadan qaldırılaraq türk
dünyasının bir- biriylə əlaqələrinin kəsilməsi və beləliklə,
bütün dəstəklərdən məhrum edilən Azərbaycan torpaqlarının
işğal edilməsi planlaşdırılmışdır. Bu baxımdan 1921- ci il
Moskva və Qars müqavilələrinin ləğvi tələb edilməkdədir.
Belə bir vəziyyətdə bu müqavilələrin nə dərəcədə böyük
əhəmiyyət kəsb etdiyi ortaya çıxır.
3. Rusiya və böyük dövlətlərin, daha doğrusu «Qlobal
sistem»in
geosiyasi
və
geostrateji
baxımdan böyük
əhəmiyyətə malik olan Naxçıvana müdaxiləsi onların
mənafeyini erməni milli maraqlarıyla üst - üstə düşməsi ilə
bağlı olmuşdur.
Buradan da belə bir məqam ortaya çıxır: ermənilər
Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etsələr də, bu
iddiaların arxasında sırf Ermənistan dayanmır. Yəni bu
iddiaların arxasında üzdə Ermənistan görünsə də, pərdə
arxasında bu iddialara dəstək verən Rusiya və bu işdə
maraqlı olan böyük dövlətlər dayanır. Naxçıvanın problemli
zonaya çevrilməsi
böyük
dövlətlərin
də maraqlarına
uyğundur. Buna görə də məsələnin mahiyyətini anlamadan
Naxçıvanın tarixinin öyrənilməsi, gələcəyə doğru fəaliyyət
proqramlarının planlaşdırılması qeyri - mümkündür. Dövlət
tərəfindən Naxçıvana göstərilən qayğı və onun tarixinin dərk
edilərək dolğun yazılması tələbi bu prizmadan baxıldığında
böyük məna kəsb edir.
Ədəbiyyat:
1. Nassibian Akaby, Britain and the Armenian Question
1915 - 1923, New York, 1984, p. 156
2. Качазнуни Ованес. Дашнакцутюн больше нечего делать .
Баку, 1990, с. 18
73
3. Muciri Aleksandr. Birlik olsa idi, Sovet Gürcüstanı, 20
sentyabr 1990, №11, (9806)
4. ATASE, A. 5 / 2793, Kis. 324, D. 9- 4, F. 26
5. USA. NA. Paris Peace Confranse 184. 021 / 10
6. Kazemzadeh Firuz. The struggle for Transcaucasia (1917
- 1921), New York, 1951, p. 268
• •
• ^
7. Unüvar Veysel. Istiklal harbınde bolşeviklerle sekiz ay
(1920- 1921), İstanbul, 1948, s. 4
8. Mustafa Kemal Paşa, «Nahçıvan türk kapısıdır», Türk
Dünyası Tarih Dergisi, sayı: 64, s. 5
9. Ünüvar Veysel, İstiklal harbinde bolşeviklerle sekiz ay
(1920- 1921), İstanbul, 1948, s. 4
10. (Şahaliyev) Emin Arif, Kafkasya jeopolitiğinde Rusya,
İran, Türkiye rekabetleri ve ermeni faktörü, Ankara, 2004, s.
165
11. Foreign Relations of the Unitet States, VIII, p. 1310-
1311; Saray Mehmet, Sovyet tehdidi karşısmda Türkiyenin
NATO - ya girişi, Ankara, 2000, s. 92- 93
12. «СМ- сегодня» qəzeti, 5 fevral 1993
13.
Qasımov Abutalıb. XX əsrdə Naxçıvanda erməni -
Azərbaycan ziddiyyətləri, tərtibçi: Süleyman Məmmədov.
Azərbaycan tarixində Naxçıvan, Bakı, 1996, s. 70
14. Ekspress qəzeti, 17 mart 2004
M USA Q U LİYEV
A M E A Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya lnsititutu
ŞÜKRULLA XAN KƏNGƏRLİ İLƏ BAĞLI
ARAŞDIRMALAR
Naxçıvan xanlığı haqqında yazılan kitablarda adı az
çəkilən, həyat və fəaliyyəti
demək olar ki, öyrənilməyən
Kəngərli xanlarından biri do Şiikrulla xan Heydərqulu xan
oğlu Kəngərlidir. Bəzi mənbələrdə onun adını Şükiirəli kimi
yazsalar da, çox yerdə, o cümlədən Kərim xan
Zəndin
74
hakimiyyəti dövrünə aid sənədlərdə do Şükrulla xan kimi
qeyd edilmişdir.
Azərbaycan M EA- nın M. Füzuli adma Əlyazmalar
Insititııtunda
maraqlı bir sənəd saxlanılır. Bu sənədin
mətnini araşdırıcı - alim Elmira xanım SeyidbəyU də öz
kitabına daxil edib. Orada deyilir: «Şükrulla xan Heydərqulu
oğlu Kəngərli Kərim xan Zəndin 1768- ci il tarixli fərmanı
üzrə «Müstəqil xan», yəni hakim tituluna layiq görülməklə
yanaşı, bütün Kəngərli cəngavərlərinə, (süvarilərinə) sərkərdə
təyin olunduğu müddətdən etibarən tümən
hakimi kimi
şöhrət tapmışdır» (3, s. 8).
Amma nədənsə tarixçilər Naxçıvan xanlığının hərb
tarixində özünəməxsus
yeri olan, həmçinin Naxçıvanın
abadlaşmasında
ürəkaçan işlər görən Şükrulla xanı
unutmuşlar. Elə Fuad və Mirabdulla Əliyevlərin «Naxçıvan
xanlığı» kitabında da onun fəaliyyəti haqqında
çox qısa
məlumat verilib. Müəlliflərin bir qeydi isə daha çox maraq
doğurur: «... Naxçıvan taxtının
sahibsiz qalmasından və
hakim dairələrdəki qarışıqlıqdan istifadə edərək nüfuzlu
Naxçıvan feodallarından biri olan Şükürəli xan 1785- ci ildə
hakimiyyəti öz əlinə keçirdi.Naxçıvanda Şükürəli
xanın
hakimiyyəti
haqqında
Mərkəzi
Dövlət Hərbi Tarixi
Arxivində ( Moskva şəhəri ) 17 fevral
1785- ci il tarixli
sənəddən başqa hələlik digər sənəd əldə edilməmişdir (1, s.
57). Şükrulla xan hakimiyyətdə uzun müddət qala bilmədi.
İki ildən sonra o, Cəfərqulu xan tərəfindən devrildi». Bu
qeydlərdən fərqli olaraq tarixi sənədlərdə 1768, 1770, 1777- ci
illərdə Şükrulla xan Naxçıvanın hakimi kimi təqdim edilir.
Həmin sənədlərə istinadən demək olar ki, o, 1768- ci ildən
1787- ci ilə qədər Naxçıvan xanlığının hakimi olub (3, s. 84-
94). Ola bilsin ki, onun xanlıqdakı hakimiyyətində müəyyən
fasilələr olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu
istiqamətdə araşdırmalar aparılır.
Maraqlıdır ki, bütün sənədlərdə Şükrulla xan xanlığın
ən ali məqamlısı, «uca iqballı», xeyirxah hakim kimi qeyd
olunur. 1770- ci ilin 27 mayında Əlimərdan bəyin qızları
75
Dostları ilə paylaş: |