Xanımcan və Şərəf xanımların irsi əmlaklarına yiyələnmək
iddiası barəsində yazılmış bir vəkalətnamə çox maraq
doğurur və yuxarıda deyilənləri təsdiqləyir: «Rəhmətə getmiş
mərhum Əlimərdan bəyi Böyükxanım və Balaxanım ləqəbi
daşıyan izzətli və vəkalətli varisləri Xanımcan və Şərəf adlı
xanımlar mülklərini, kəndlərini və s.- i fərdi- təsərrüflərinə
almaq iddiası barəsində ən yüksək məqam sahibi Şükrulla
xanı özlərinə müdafiəçi götürüblər».
Qeyd edək ki, burada adı çəkilən Əlimərdan bəy
Naxçıvan hakimi Cəfərqulu xanın oğludur. Naxçıvanın
«Vəkili titulunu daşımışdır» sənədələrində ciddi araşdırmalar
aparılanda yəqin olur ki, Şükurulla xan Naxçıvan xanlığının
hakimi olduğu vaxtlarda çox uğurlar qazanmışdır. Bir arxiv
sənədində: «Şükrulla xan Kəngərli dövlət işlərində ən çox
fayda verən və xanlığın ən çox təşəkkürünü qazanan bir
hakim olmuşdur...».
Y.N.Marrın xatirəsinə həsr olunmuş «On Asiya
sənədlərdə» kitabının «Naxçıvanın əlyazma sənədləri» (XVII-
XIX əsrlər) adlanan birinci hissəsində göstərilir ki, Naxçıvan
uzun illər Səfəvi dövlətinin xidmətinə Kəngərli süvarilərindən
ibarət atlı dəstələri göndərib. Sənədlərdə atlı dəstələrinə
başçılıq edən sərkərdənin adları da göstərilib (2, s. 10-54).
Ancaq
Azərbaycan
MEA
Əlyazmalar
institutunun
«Arxeoqrafik və tarixi sənədlər» bölməsində mühafizə olunan
bir sənəddən araşdırıcı alim Elmira xanım Seyidboylinin əldə
etdiyi məlumata görə 1777- ci ildə Naçıvanda hakimlik iısuli-
idarəsinin Astrabad ölkəsinin bəylərbəyi Mürtəzaqulu xan
Kəngərlinin nəvəsi Şükrulla xanın şəxsiyətində cəmləşməsi (
Hibənamənin mətni içərisindən çıxarıb yuxarı hissəsində
salınmış qeyd belədir:Naxçıvan ölkəsinin hakimi Şükrulla
xan Kəngərli. Allah onun uca iqbalını daimi etsin) faktı belə
bir qənaət yaradır ki, o, (Şükrulla) Kəngərli tayfalarından
təşkil edilmiş atlı qoşun hissələrinin tərkibində təkmilləşdirmə
işi həyata keçirmək məqsədilə 1730- cı ildə həmin göstərişi
verib. Şükrulla xan özü isə 10 min Kəngərli atlı dəstəsinə
«Naxçıvan süvariləri»nin sərkərdəsi kimi başçılıq etmişdir.
Bu işdə ona əmiləri Vəliqulu xan və Abbasqulu xan kömək
etmişlər (3, s. 108). Sadalanan faktlara əsasən demək olar ki,
Şükrulla xan Naxçıvan xanlığının tədbirli hakimi olmaqla
yanaşı, həm də mahir bir hərbçi olmuşdur. Əminik ki,
gələcəkdə əldə ediləcək yeni arxiv sənədləri bunu tam
təsdiqləyəcək.
Şükrulla xanın doğum və ölüm tarixi hələlik
dəqiqləşdirilməyib. Məlumatlara əsasən demək olar ki, onun
nəsil davamçıları sonralar Zülfüqarov familiyasını daşımışlar.
Onun mülkləri və torpaqları Naxçıvanda Azadciranda və
Qarabağlar kəndində olmuşdur.
İrəvan Dövlət Arxivində onun nəsil davamçılarından
birinin- Zülfüqar xanın İrəvan bəy komissiyasına yazdığı
ərizə Zülfüqarxanovlarm Şükrulla xan nəslindən olduğunu
xəbər verir: Naxçıvan şəhər sakini Zülfüqar xan Şükrulla xan
oğlu 5 oktyabr tarixində Bəy Komissiyasına onunla eyni bir
əcdaddan törəmiş ailələrin siyahısını və şəcərəsini təqdim
edib. Zülfüqarxanov xahişnaməsində bildirib ki, onun
ulubabası Heydər qulu xan və onun oğlu Şükrulla xan
Naxçıvan qəzasını və Mehri sahəsini çıxmaqla Azadciran
(Azadciran
XIX
əsrdə
Naxçıvandan
şərqdə
yerləşən
torpaqların ərazisi Müəllif) dairəsini idarə ediblər. Onun
babası Zülfüqar xan Azadciran dairəsini idarə edib.
Göstərilən şəxslərdən və əmisi oğlu Abbasqulu xanın İranda
yaşayan vərəsələrindən başqa o heç kimi tanımır və babasının
adı ilə bağlı olan Zülfüqarxanov soyadı götürmək istəyir.
Təqdim olunmuş siyahıya əsasən göstərilən ailələrin tərkibi
aşağıdakı kimidir: 1. Zülfüqar xan 38 yaşında, arvadı
Ti'ıkəzban xanım 30 yaşında, oğlıı Humay xan 2 yaşında,
Şükrulla xan- 1 yaşında, qızları Kövhər xanım 8 yaşında,
Hacı Bəyim 5 yaşında; 2. Cahangir xan 24 yaşında və s. 3.
Əmir Aslan xan 15 yaşında. Siyahıda qeyd olunub ki, əvvəllər
onların Naxçıvan və Ordubad qəzalarında çoxlu kəndləri
olub, lakin həmin kəndlər kənar şəxslərə satılıb, indi isə
Naxçıvan qəzasının Şıxmahud kəndində 2 axça torpaqları
var. Şəcərədə köstərilir ki, xahiş edənin ulubabası Heydər
77
qulu xan olub, onun iso iki oğlu olub: Rəhim xan, hansının
ki, vərəsələri İrandadırlar və Şükrulla xan. Ərizə ilə müraciət
edən Zülfüqaı* xan Şükrulla xanın nəticəsi olub. 1859- cu ilin
kameral siyahısına görə Naxçıvan şəhəri üzrə xarı nəslindən
olan ailələrin siyahısına xahiş edənin atası Şükrulla xan və
onun 2 oğlu: Zülfüqar xan və Cahangir xan daxil edilirlər.
Üçüncüsü Əmir Aslan xanın isə siyahıda adı yoxdur.
Bunları dinləyərək və siyahı ilə şəcərəni nəzərdən
keçirərək iştirak edən üzvlər yekdiliklə bildirdilər ki, xahiş
edən Zülfüqar xan və qardaşları Cahangir xan və Əmir Aslan
xan həqiqətən də Heydər qulu xandan törəyiblər; xahiş
edənin digər əcdadları İran hökuməti dövründə bəy adından
istifadə ediblər, nə həmin vaxtlar nə də Rusiya hökuməti
dövründə onlardan heç biri, adından məhrum edilməyib.
İrəvan bəy komissiyası Təminatın 9, 14, 19, 21, 25- ci
maddələrinə əsasən bu barədə protokol tərtib etmək
niyyətindədir (5. Fond 89, Siyahı 1, iş 26, vərəq 255).
Bu sənəd 1859- cu ilə aiddir. İrəvan bəy komissiyası
şikayətçinin ərizəsinə müsbət cavab verib. Onların xan
nəslindən olduğunu təsdiqləyib. Sənəd Naxçıvan xanlığının
nəsil şəcərəsinin tərtibi zamanı çox dəqiqləşdirmələrə
köməklik etdi. Bir daha təsdiqləndi ki, Zülfüqarxanovlar və
Sovet dövründə Zülfüqarlı soyadlarım daşıyan şəxslər də
Kəngərli xanlarından Şükrulla xanın nəslindən olanlardır.
Atasının Naxçıvan çay üzərində saldığı körpünü o, yenidən
təmir etdirmişdir ki, həmin körpü indiyədək Şəkərabad kəndi
yaxınlığında durmaqdadır. Eləcə də o, dünyanın ən möcüzəli
ziyarət yerlərindən biri ola.n Əshabi- Kəhfə çox qayğı
göstərmişdir. Əshabi- Kəhf ziyarətgahında bir neçə kitabə
vardır.
Tədqiqatçı
Hacı
Fəxrəddin
Səfərlinin
araşdırmalarından məlum olur ki, kitabənin üzərində
«Qurani Kərim» in «Əl- kəhf» surəsinin 9, 10, 11, 12, 17 və
18- ci ayələri həkk edilmiş mərmər lövhə təbii aşınma
nəticəsində məhv olmaq təhlükəsində olduğu üçün Naxçıvan
ölkəsinin hakimi Şükrulla xanın qərarı ilə onun üzü təzədən
78
Dostları ilə paylaş: |