Ədəbiyyat:
1. Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B.Yusifovun
redaktəsilə, 1-ci cild, Bakı, 1994.
2. Azərbaycan Mifoloji Mətnləri. Bakı, 1988.
3. Абибуллаев О.А. Энеолит и бронза на территории
Нахичеванской АССР. Баку, 1982.
4.
Алиев
В. Г.
Культура
эпохи
средней
бронзы
Азербайджана. Баку, 1991.
5. Антонова Е.В. Обряды и верования первобытных
земледельцев Востока. М., 1990.
6.
Baxşəliycv V.B. Naxçıvanın qədim tayfalarının mənəvi
mədəniyyəti. Bakı, 2004.
7. Baxşəliyev V.B. Naxçıvanın Erkən Dəmir dövrü mədə
niyyəti. Bakı, 2002.
8. Baxşəliyev V.B. Gəıııiqaya təsvirləri. Bakı, 2002.
9. Бахшалиев В.Б. Могильник эпохи раннего железа на
территории древней
Нахичевани.
Советская
археология, 1991, № 4, с. 217-227.
10. Бахшалиев В.Б. Некоторые образцы изобразительного
искусства
из
могильника
Коланы.
Российская
археология, 1995, J\rq 3, с. 205-207.
11. Бахшалиев В.Б., Алиев В.Г. Об одном хозяйственно-
бытовом комплексе из Кюльтепе П. Доклады АН
Азерб.ССР, 1989, с. 56-60.
12. Baxşəliyev V.B., Seyidov A.Q. Naxçıvanın qədim tarixi.
Bakı, 1995.
13. Qədirzadə Q.İ. Əshabi-Kohf. Müqəddəslik, tarixilik və
inancların genezisi. Bakı, 2002.
14. Əliyev V.H. Azərbaycanda Tunc dövrünün boyalı qablar
mədəniyyəti. Bakı, 1977.
15. Əliyev V., Aşurov S. Maxta Tunc dövrü abidələri.
Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son
nəticələrinə həsr olunmuş elmi konfransın materialları.
Bakı, 1992, s.38-40.
16. Seyidov A.Q. Naxçıvan VII-1I minillikdə. Bakı, 2003.
67
E M İN A R İF (ŞIX Ə L İY E V )
A M E A Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və A rxeologiya institutu
ф
NAXÇIVANIN PROBLEMLİ ZONAYA
ÇEVRİLMƏSİNDƏ BÖYÜK DÖVLƏTLƏRİN
MARAQLARI
Ermənilər tərəfindən Azərbaycana, onun ayrılmaz parçası
olan Naxçıvana qarşı ərazi iddialarının əsl mahiyyəti kifayət
qədər aydınlaşdırılmamışdır. Məsələyə bu iddiaların sırf
Ermənistan tərəfindən irəli sürülməsi yönündən baxmaq
doğru olmaz. Bunlar müəyyən mənada, həqiqətə uyğun olsa
da, məsələnin əsl mahiyyətini bütünlüklə açmır.
Ermənilərə görə,
Naxçıvan
Ermənistanın
tarixi
ərazisidir. Çox münbit torpaqlara sahib olan Naxçıvanın
Ermənistanın
sərhədləri
daxilində
olmaması
ölkənin
iqtisadiyyatı baxımından çox böyük bir itki hesab edilir.1
Hələ
XX
əsrin
əvvəllərində
Azərbaycanda
yaranmış
vəziyyətdən istifadə edərək hadisələrə müdaxilə edən
ermənilər Naxçıvanda yaşayan azərbaycanlılara divan
tutmuş, onları bu ərazidən qovmağa və beləliklə Naxçıvana
sahib olmağa çalışmışlar. Ovanes Kazaçnuni yazırdı ki,
Ermənistan Şərur və Naxçıvansız yaşaya bilməzdi.2 Digər bir
iddiaya görə, Naxçıvansız, Şəruısuz, Axalkalasız, Lorisiz,
Qarabağsız bir Ermənistan yarımçıq qalmış bina kimiydi.3
Ermənilər beynəlxalq platformalarda, Paris Sülh
Konfransında da ard-arda Naxçıvanı tələb etmişdilər. Yeri
gəldiyi zaman siyasətə, yeri gəldiyi zaman da zora baş
vurmuş, ancaq heç birində uğur qazana bilməmişlər. Onlar
sərhədləri ətrafında yer alan türk bölgələrini istila etmək və
beləliklə, həm xəyali Ermənistan dövlətinə bir addım daha
yaxınlaşmaq, həm də Türkiyə- Azərbaycan koridorunu
bağlamaq istəyirdilər.4
68
Konfransda Azərbaycan vo Ermənistan arasında sərt
mübahisələr cərəyan edirdi. Xüsusilə Naxçıvan məsələsi
düyüm nöqtəsi idi. Azərbaycan heyəti Naxçıvan və Şərurun
öz torpağı olduğunu irəli sürür və bunu isbat etmək üçün
dəlillər göstərirdilər.5 Erməni heyəti isə saxta sənədlərlə
konfransa gələrək Azərbaycanı «məzlum» Ermənistana qarşı
çirkin əməllər bəsləməkdə, Qarabağ və Naxçıvandakı
müsəlmanların sayını şişirtməkdə ittiham edirdilər.6
Ermənilər Naxçıvan bölgəsini ələ keçirərək həm geniş
münbit torpaqlara sahib olmaq, həm də Türkiyənin
Azərbaycan və dolayısı ilə Orta Asiya ilə əlaqələrini
gücləndirən yeganə koridoru bağlamaq istəyirdilər. Ancaq
Türk Milli Mücadiləsinin liderləri Mustafa Kamal Paşa və
Kazım Qarabəkir Paşa Naxçıvanın strateji əhəmiyyətini çox
gözəl qavrayırdılar. Kazım Qarabəkir Paşaya görə, Naxçıvan
«Şərq Qapısı»,7 Mustafa Kamal Paşaya görə isə, «Türk
Qapısı» idi.8 XI ordu komandanı Cavid bəyə göndərdiyi
tel qrafda
Kazım Qarabəkir Paşa Naxçıvan haqqında
düşüncələrini belə açıqlayırdı: «...H ər baxımdan pərişan bir
vəziyyətdəyik. Yalnız Azərbaycana açıq olan Naxçıvan
pəncərəsi var. Onun bağlanmamasım istəyirəm...»9 Kazım
Qarabəkir Paşa Azərbaycana və dolayısıyla tiirk dünyasına
açılan
olan
yeganə dəhliz,
əhalisi
türklərdən
ibarət
Naxçıvanın əhəmiyyətini anlamış və bölgədə yerli əhalidən
milis dəstələri yaratmışdı. Naxçıvanın Türkiyə baxımından
digər bir əhəmiyyəti isə,Erm ənistana qarşı təşkil ediləcək
hücumda strateji bir mövqe xarakteri daşıması idi. Digər
tərəfdən Orta Asiyaya açılan qapı mövqeyində olması, türk
dünyasını bir- birinə bağlayan körpü vəzifəsini icra etməsi,
Ermənistan və İrana qarşı strateji bir üstünlük təşkil etməsi,
əhalinin
tamamilə
türk
olması
Naxçıvanı
Türkiyə
baxımından əhəmiyyətli bölgəyə çevirmişdi. Eyni zamanda,
Naxçıvan Sovet Rusiyası ilə münasibətlərdə bir mərkəz
halına gətirilmişdi. Rusiyanın da siyasətində Naxçıvanı
Türkiyənin himayəsinə verməmək üçün gizli niyyətlər hökm
sürürdü. İstər çar Rusiyası dövründə, istərsə də Sovet
69
Dostları ilə paylaş: |