«Miısərna yolu» və s. əsas şərtdir. Qızılbaşların yəni sadə
camaatın ibadəti şiə (Cəfəri) məzhəbinə əsaslanır. Bir məsələ
də xüsusi qeyd olunmalıdır ki, bəzi müəlliflər sübut etməyə
çalışırlar ki, qızılbaşlar təkcə Hz. €)lini deyil, həmçinin Şah
İsmayılı da
Allah (Haşa) kimi təqdim edirlər. Bunun
qaynağını isə
Xətayinin yaradıcılığında axtarırlar. Çox
təəssüf ki, eyni fikirlər bəzi Azərbaycan müəlliflərinin
səfəvilərlə bağlı əsərlərində də mövcuddur. Biz bu sahədə
geniş bəhs etməyəcək, Şah Xətayidən
kiçik nümunə
verməklə kifayətlənəcəyik.
* Ba ismi- ilahi! fərdi- yəzdan,
Rəhmani rəhimi heyyi- sübhan
Hər karını, ey dil ibtida qıl,
Çün əhdə bəli dedin, vəfa qıl,
Ta hər işin yetə kəmalə,
Şükür eylə Cəlili- Zülcəlalə.
Virid eylə sənayi- Mustafani,
Zikr eylə kəmali Mürtəzan ifadələrini və ya
Xətayiyəm, şəha, əksüklü quləm,
Qapında bir kəminə kəmtərəm mən.
Xətayi nəyinki Allahın, Rəsulun, Hz. Əlinin qulu
O özünü Hz. Əlinin silahdaşı, qulamı. Qənbərin qulu sayır
Fikrü zikrim hərdəm ol Sultani- aləmdir məni
|
•
Bu Xətayi xəstə anın Qənbərinə bir qulam
Xətainin
əsərlərini oxuyan hər kəs tez- tez belə
ifadələrə rast gəlir. Düşünürsən, belə olduqda bu bidətçilik,
allahlıq fikirləri
haradan
qaynaqlanır. Bəlkə Nəsimini
anlamayanlar ona dinsiz dedikləri kimi, Xətayiyə də bu
damğanı yapışdırırlar. Bizcə bu
bilgisizlikdən, islamda
insanın kamillik mərhələsinə yüksəlməsindən, hal əhlindən,
54
təsovvüfdən, əhlullahdan-emullaha yüksəlməyi anlamamaq-
dan qaynaq-lanır. Xətayi demişkən:
Nəfəsi əhli- dilin gövhəri- candır bilənə,
Nitqimiz qüdrəti- həq, ruhi- rəvandır bilənə
Mərilfət gövhərinin kaninə mədən ola gör,
Gştə bu gəncü hünər elmi- nihandır bələnə.
Şərbəti- həqqdən içən eşq əri azad olur,
Eylə sərməst olanın küfri imandır bələnə.
Yazının həcmini və məsələyə dönə- dönə qayıtmalı
olacağımızı nəzərə alaraq aşağıdakı nəticəyə gəlirik.
1. Ələvilik- şiəlik- qızılbaşlıq məsələləri tarixilik və inam
baxımından hərtərəfli təhlil edilməlidir.
2. Orta əsr mənəvi mədəniyyətimizi, inamlar sisteminin
araşdırarkən islam fəlsəfəsinə, təsəvvüfə ciddi diqqət
yetirilməlidir. Əks təqdirdə böyük yanlışlığa yol
veriləcəkdir.
3. Araşdırmalar zamanı hər hansı sünnü- şiə, ələvi-
qızılbaş və s. ilə islami bölücülüyə yol verilməmə
lidir. Bu məsələdə mövcud olan ədəbiyyatlara çox
ehtiyatlı və tənqidi yanaşılmalıdır. Məsələlər islamçı
lıq, türkçülük və millilik baxımından öyrənilməlidir.
Tədqiqatda ən çox yol verilməz hal problemə mənsub
olduğu
məzhəbə və ya şəxsi
rəğbətinə
uyğun
yanaşmaqdır. Sonda Hz. Əli fə.s) nin bir fikrini
vermək yerinə düşərdi. «Mənin ucbatımdan iki qrup
cəhənnəm odunda yanacaq, biri məni layiq olduğum
dan yuxarı qaldıranlar, digəri mənim haqqımı yen-
dirənlər». Yəni hər şey haqqa və fakta söykənməlidir.
Ədəbiyyat:
1. Ahmet Er. Alevilik sünnilik yapay bir lıadiscüir. Genç
Erenler dergisi, 1998, sayı 30.
2. Azərbaycan Sovet Ensiklopediyası, III cild.
3. Y. A. Belyayev. Müsəlman təriqətləri. Bakı, 1991.
55
4. Большая Советская Энциклопедия, том 14.
5. Gülpmarlı A. İslamda təriqətlər və məzhəblər haqqında
100 sııal və cavab, Əhli Beyt məktəbi nəşriyyatı, 1999.
6. Haydar Kaya. Alevi, Bettaşi. Erkani, evradı ve edebiyyatı.
İstanbul, 1996.
7. Kadirzade Hacı. Kadir. Rus alimi
akad.
V.A.
Kordlevskinin Bektaşilikle ilgili araştırmaları üzerine bir
açıqlama. Türk kültürü Elacı Bektaş Araştırma Merkezi
Hacı Bektaş Veli Sempozyumu Bildirileri, Ankara, 1999.
8. Гордлевский В. А. Из религиозных искании в Малой
Азии Кызылбаши. Изб. соч. том 1.
9. Гордлевский В. А. Из религиозной жизни кызылбашей
Малой Азии. Изб. соч. том 1. Москва, 1960.
10. Mustafa A sm Koşkal. İslam tarihi. Medine devri, cild 10.
11. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 1997.
12. Şah İsmayıl Xətayi. Keçmə namərd körpüsündən. Şerlər
və poemalar. Bakı, 1988.
HA Cl FƏXRƏDDİN SƏ FƏ RLİ
Naxçıvan Dövlət Universiteti
NAXÇIVAN İMAMZADƏSİNİN KİTABƏLƏRİ
Naxçıvan Muxtar Respublikası ərazisindəki ziyarət
gahların içərisində «imamzadə»lər xüsusi yer tutur. Hazırda
Naxçıvanda «imamzadə» adı ilə tanınan üç müqəddəs yer -
ziyarətgah vardır. Yerli əhali tərəfindən birbaşa şiə imam
larının övladları ilə əlaqələndirilən bu qəbil ziyarətgahlar üzə
rində digər müqəddəs yerlərdən fərqli olaraq orta əsr sənət
karlarının əli ilə möhtəşəm tarix-memarlıq abidələri - türbələr
ucaldılmışdır. Zəmanəmizədək nisbətən salamat vəziyyətdə
gəlib çatmış bu abidələrin bəziləri memarlıq baxımından
qismən tədqiq edilsələr də, demək olar ki, onlar lazımi
səviyyədə öyrənilməmiş, dövrün tələblərinə uyğun olaraq
56
sovet hakimiyyəti illərində diqqətdən kənarda qalmışlar.
Əsasən oxşar memarlıq - konstruktiv quruluşa malik
olan bu abidələr ərazidəki digər ziyarətgah - pirlərdən fərqli
olaraq «imamzadə» adlamdırılırlar. Ərəbcə «imam», farsca
«zadə» sözlərinin birləşməsindən əmələ gələn bu söz «imam
övladı», «imam nəslindən olan» mənasım verir. El arasında
yayılan fikirlərdən də göründüyü kimi, bu komplekslərdə
olan qəbirlərdə uyuyan şəxslər şiə imamlarının övladları
olmuşlar.
Tarixdən məlumdur ki, şiə imamları Abbasi xəlifələri
tərəfindən daim təqib olunmuş, bu səbəbdən də onların
övladları təqibdən yaxa qurtarmaq üçün qaçıb müxtəlif
ölkələrə, o cümlədən Azərbaycana və onun ayrılmaz tərkib
hissəi olan Naxçıvan bölgəsinə pənah gətirmişlər. Onlar
burada yaşamış və yerli əhali arasında böyük nüfuza malik
olmuşlar. Vəfat etdikdən sonra yaşadıqları yerdə də dəfn
olunan bu adamların qəbirləri əhali tərəfindən ziyarətgaha
çevrilmişlər.
Naxçıvan ərazisində və ona yaxın yerlərdə, vaxtı ilə
Azərbaycan torpaqları olan digər yaşayış məskənlərindəki
imamzadələr xalq tərəfindən imam Museyi-Kazimin övladları
ilə
əlaqələndirilir.
Məsələn,
Şərur
ərazisindəki
Parçı
imamzadəsi
onun
övladlarından
İbrahimlə,
Babək
rayonundakı Nehrəm imamzadəsi Seyyid Əqillə, Ordubad
rayonunun Düylün kəndindəki pir Seyyid Səffänla, taleyi
daim Naxçıvanla bağlı olan Mehri rayonundakı (indi
Ermənistan Respublikasının tərkibindədir) Buğuçar piri
Seyyid Əhmədlə əlaqələndirilir.
Şiələrin yeddinci imamı Museyi-Kazim hicri-qəməri
təqvimilə 183-cü ildə (miladi təqvimilə 799-800-cü ildə) xəlifə
Harun ər-Rəşid zamanında zəhərlənib öldürüldükdən sonra
onun övladları təqib olunmuş və onlar canlarını qurtarmaq
üçün didərgin düşüb müxtəlif yerlərə qaçmışlar. Məsələn,
onun qızı Hökümə xanım Heybət adlı nökəri ilə birlikdə
qaçıb Azərbaycana gəlmiş və orada yaşamışlar. Vəfat
etdikdən sonra orada da dəfn olunmuş, qəbrinin üstündə
57
Dostları ilə paylaş: |