öyrədənlərin demək olar ki, əksəriyyəti bu institutun keçmiş
aspirantları və doktorantlarıdır - iqtisadçı alimlərdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat
elmi tədqiqat İnstitutunun yetişdirmələrindən 4 nəfəri
akademiyanın həqiqi üzvü, 9 nəfəri isə müxbir üzvüdür.
Cəmiyyətimizin bir keyfiyyət halından digər keyfiyyət
halına - inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə
keçməsi ilə əlaqədar olaraq bu mötəbər elmi məbəddə
aparılan elmi-tədqiqat və araşdırmaların elmi-nəzəri və
metodoloji- praktiki əhəmiyyəti daha da artmışdır.
İstehsalın intensivləşdirilməsi, məhsuldar qüvvələrin
səmərəli yerləşdirilməsi, aqrar sənaye kompleksinin faydalı-
lığının artırılması və s. kimi məsələ və problemlərin tədqiqi
institutda aparılmış elmi-tədqiqat və araşdırmaların bir
hşissəsini təşkil edir. Müasir dövrdə institut ictimai'istehsalın
və iqtisadi nəzəriyyənin ən prioritet sahə və sferalarının
araşdırmaya cəlb edilməsində, tədqiqat obyektinə çevril
məsində daha çox əhəmiyyət kəsb edir.
Daşınma və nəqliyyat, maliyyə, əməyin iqtisadiyyatı,
demoqrafiya və s. məsələlər üzrə tədqiqatlar institutda aparı
lan elmi araşdırma işlərinin yeni istiqamətləri sayılır.
Ölkəmizdə birinci dəfə olaraq bu tədqiqat müəssisəsinin
təşəbbüsü ilə iqtisadi hadisə və proseslərin araşdırılmasında
riyazi metodlardan və modellərdən istifadə edilməsi həyata
keçirilmişdir.
Bu elmi-təsisatın araşdırma və tədqiqat
obyektində tarixçilərlə birlikdə Azərbaycanın xalq təsərrüfatı
tarixi öyrənilməyə başlanmış, iqtisadi təlimlər tarixi işlənib
hazırlanmışdır.
Fəaliyyət göstərdiyi müddət ərzində institutda 350-dən
artıq monoqrafiya və iqtisad səciyyəli digər əsərlər çap
olunmuşdur. İnstitutun fəaliyyəti çoxcəhətlidir, elmi-tədqiqat
və onun nəticələrinin tədbiqi, yüksək ixtisaslı elmi pedoqoji
kadrların hazırlanması, respublikada iqtisad elmləri üzrə elmi
araşdırma və tədqiqatların əlaqələndirilməsi, beynəlxalq elmi
əlaqələr və s. bu kimi işlər institutun fəaliyyətinin ayrı-ayrı
istiqamətlərini təşkil edir.
Azərbaycan Respublikası Prezidenti
İ.H.Əliyevin
«Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının
sürətləndlirilməsi tədbirləri haqqında» 24 noyabr 2003-cü il
tarixli və «Azərbaycan Respublikası regionlarının sosial
47
iqtisadi inkişafının Dövlət Proqramı (2004-2008-ci illər)» 11
fevral 2004-cü il tarixli fərmanlarından irəli gələn vəzifələri
reallaşdırmaq və həyata keçirmək məqsədilə institut tədqiqat
işlərinin istiqamətini xeyli dəyişdirmiş, araşdırmalara yeni
problemlər cəlb etmişdir.
48
B Ö L M Ə L Ə R
I.
tarix
elmləri
H A C I QADIR Q ƏD IRZAD Ə
A MBA Naxçıvan Bölməsi Tarix,
m
Etnoqrafiya və Arxeologiya institutu
QIZILBAŞLIĞIN MAHİYYƏTİNƏ DAİR
Azərbaycan milli dövlətçiliyində, düşüncə tərzində
qızılbaşlığın özünəməxsus yeri vardır. Qızılbaşlıqla bağlı
araşdırmalar Azərbaycanla yanaşı Türkiyədə və digər
ölkələrdə də aparılır. Çox təəssüflə qeyd olunmalıdır ki, hansı
səviyyədə tədqiq olunmasına baxmayaraq qızılbaşlığın tarixi,
onun mahiyyəti elmi cəhətdən tam öyrənilməmişdir. Məsələyə
bir neçə yöndən yanaşmışlar və bütün yanaşmalarda da
müəyyən yanlışlığa yol verilmişdir. Bu isə daha çox siyasi
amillərlə, Osmanlı- Səfəvi münasibətləri ilə bağlı olmuşdur.
Ən başlıcası isə qızılbaşlıq ələviliklə, hətta əliallahiliklə
qarışdırılmışdır. Bunun başlıca səbəbi tarixin müəyyən
mərhələlərində qızılbaşlığa şiəliyə əsaslanan hərbi- siyasi
birlik kimi baxılması olmuşdur. Bir sıra müəlliflər isə
qızılbaşlığı türk tayfalarının etnik birliyi kimi təqdim edirlər.
Bu fikir də yanlışdır. Mənbələrə əsaslanaraq demək olar ki,
qızılbaşlıq şiəliyin zahiri əlamətlərə görə seçilməsidir. Daha
doğrusu baş geyimi ilə bağlıdır. Yayılma arealına baxdıqda
qızılbaşlıq
dünyanın
müxtəlif etnosları
arasında
da
mövcuddur: ərəblər, İraq türkmənləri, Anadolu türkləri,
kürdlər, talışlar, albanlar, makedoniyalılar və s. Lakin ən
geniş yayıldığı ərazi tarixi Azərbaycan və Anadoludur.
Deməli qızılbaşlıq etnos deyil.
Etnik məsələlər və inamlar sistemi ilə
yanaşı
qızılbaşlığın tarixilə də bağlı ya.nlış fikirlər mövcuddur. Daha
çox rus alimləri V.A. Qordlevski, E.P. Petruşevski, Y.A.
Belyayev, həmçinin bir sıra türkiyə qaynaqlarına əsaslanan
müəlliflər qızılbaşlığın XV əsrin II yarısında yarandığını,
işğalçı, bir sıra halda allahsız, bidətçi toplıı olduğunu
söyləyirlər. Bu özünü daha çox V.A. Qordlevskinin
əsərlərində göstərir.
«Bolğşaə Sovetskaə Enüiklopediə» da qızılbaşlıqdan
bəhs edilərək yazılır ki, Kiçik Asiya və Azərbaycanda
türklərin köçəri tayfa birliyi olan qızılbaşlar (qızılbaş adını
XV əsrin II yarısında almışlar) qonşuluqda olan qeyri
müsəlman ölkələrinə yürüşlər edirlər (4, s. 192- 193).
ASE- də də eyni fikir nisbətən genişləndirilmiş şəkildə
verilmiş və yazılmışdır ki, qızılbaşlıq Azərbaycanda, Kiçik
Asiyada və Suriyada yaranmış türkdilli tayfa ittifaqıdır (2, s.
159). Göründüyü kimi hər iki mənbədə bu ancaq türklərlə
bağlı tayfa birliyi kimi təqdim olunur və formalaşma tarixi
XV əsr göstərilir.
mənbələrə
söykənərək
demək
olar
ki,
qızılbaşlığın tarixi islamın Mədinə dövrünə aiddir, ilk qızılbaş
Uhud müharibəsində başına qırmızı bağlayıb, son damla
qanına qədər Allah və Rəsulu uğrurıda döyüşüb, bədənini
Peyğəmbərə
atılan oxlara sipər edib, şəhid olan Əbu
Diiccanədir (10, s. 118-119., 6, s. 10).
628- ci ildə Hz. Əli başına qırmızı bağlayıb: «Allah və
Rəsulu uğrunda
ölmək var qalanı almadan
dönmək
yoxdur»- deyib təkbaşına Xeybər qalasına hücum edir və
böyük zəfər qazanaraq islam tarixində ikinci qızılbaş olur
(6, s. 11- 12). Deməli, ilk qızılbaşlıq fərdi hünərdən, haqq
uğrunda savaşdan başlamışdır.
İslam tarixində
ilk qızılbaş ordusu
Süffeyn
döyüşündə Hz. Əli tərəfindən yaradılmışdır. Döyüşdən əvvəl
Hz. Əliyə xəbər verilir ki, Müaviyə
Osmanın intiqamını
almaq üçün ordusundakıların başına qara bağlatmışdır. Hz.
Əli göstəriş verir ki, biz haqq uğrunda savaşdığımız üçün hər
kəs başına qırmızı bağlasın (6, s. 13- 14)
Tarixi
50
Dostları ilə paylaş: |