ikinci qızılbaş ordusu
Şeyx Heydər tərəfindən
yaradıldı. Lakin fərqli cəhət
bundan ibarət idi ki, onların
çalmalarında 12 qırmızı zolaq
vardı. Yəni Allah, onun
Rəsulu və 12 imam uğrunda mübarizə aparmaq. Bu məsələ
Şah İsmayılın
zamanında
daha
kəskin şəkil alır.
Azərbaycanla bərabər Anadolunun
demək olar ki, hər
yerində eyni məqsədə qulluq eyləyən Səfəvi- Bektaşi və
şiəlikdən bəhrələnən dərvişlər yayılmışdı. Bu isə Osmanlı
dövləti üçün
böyük təhlükə idi. Beləliklə Osmanlı
imperiyasında sünnü olmayan bütün müsəlmanlar ələvi-
qızılbaş - bektaşi adlandırıldı və onlara qarşı kəskin mübarizə
başlandı. Xüsusən Sultan Səlim zamanında qızılbaşlıq,
ələvilik əliallahilik, dinsizlik, allahsızlıq kimi təbliğ olunurdu.
Hz. Əlini, Əhli- Beyti sevən hər bir kəs ələvi- qızılbaş
adlandırıldı. Bu ad altında şiəlik- cəfəriliklə qəti əlaqəsi
olmayan Əliallahilər (Haşa Hz. Əlini Allah sayanlar) də
birləşdirildilər. Qızılbaş ifadəsi təhqir mənasında işlədilirdi.
Avropa və rus tarixçiləri, siyasət adamları bundan öz
məqsədləri üçün istifadə etməyə, daxili münasibətləri daha da
kəskinləşdirməyə çalışırdılar. Məhz bu yolla Osmanlı- Səfəvi
düşmənçiliyi yaratmaq, beləliklə Avropanı, bütövlükdə
xristian dünyasını müsəlman- türk istilasından xilas etmək
mümkün idi. Onlar bundan
məharətlə istifadə etməklə
istədiklərinə nail oldular. Bu prinsip sonrakı dövrdə də
Türkiyəni daxildən zəiflətməyə
xidmət etmişdir. Heç
təsadüfü deyil ki, 1807- ci ildə Napaleon öz səfirindən
Türkiyə
ilə bağlı məlumat istəyərkən
səfir yazmışdır:
«Türklər əsla məğlub edilməzlər. Onları məğlub etməyin yolu
ələvi- sünnü kimi bölmək, parçalamaqdır» (1, s. 20). Bu
təkcə siyasətçilərin, dövlət adamlarının deyil, tarixçilərin də
qarşısında dayanan miihüm vəzifə idi. Tarixdə qızılbaşlıqla
bağlı ən kəskin mövqe tutanlardan biri V.A. Qordlevski
olmuşdur. Anadoluda tədqiqat aparan müəllif açıc- aşkar
ələvi (qızılbaş) - sünnü qarşıdurması yaratmağa çalışmış, ən
kiçik
məsələləri
qabardaraq
düşmənçilik
həddinə
çatdırmışdır. Bunlar azmış kimi müəllif
qızılbaşların,
51
xüsusən Kars və ətrafmdakıların soyca erməni olduqlarını,
lakin şiəlik- qızılbaşlıqla bağlı olaraq
assimilyasiya
edildiklərini sübut etməyə çalışır. Bununla bağlı ayrıca yazı
nəşr etdirdiyimizdən məsələnin üzərində geniş dayanma
yacağıq (7, s. 12). Amma bir fikri xüsusi vurğulamaqla onun
hansı mövqe tutduğunu göstərmək olar. Guya qızılbaşların
ona verdiyi məlumata görə «onlarla ermənilər arasında fərq
tük qədərdir» (8, s. 252). Bu az imiş kimi müəllif Doğu
Anadoluda geniş yayılmış və fevral ayında keçirilən
(Naxçıvandakı kimi) Xızır- İlyasla bağlı mərasimi ermənilərlə
əlaqələndirir (8, s. 244-245).
Çox təəssüflə qeyd edilməlidir ki, Azərbaycan
tarixşünaslığında da bəzi müəlliflər Səfəvilər, qızılbaşlar və
Şah ismayılla bağlı müəyyən məsələlərdə bu qaynaqlara
önəm verirlər, onları əsas mənbə kimi göstərirlər. Onlar isə
ələviliyi- əliallahlıq sayırlar, bidətçi hesab edirlər. Lakin əldə
olan çox sayda Ədəbiyyat materiallarına əsaslanaraq demək
olar ki, əliallahiliklə əsl ələviliyin, şiə- qızılbaşlığın, xüsusən
özlərini Cəfəri hesab edənlərin heç bir əlaqəsi yoxdur. Bu bir
faktır ki, indi də Türkiyədə Əlisiz ələvilər, az miqdarda
əliallahilər, ateis ələvilər və s. bu kimi qruplar mövcuddur.
Doğrudan da bunlar bidətçiliklə, allahsızlıqla məşğuldurlar.
Məsələn, Əlisiz ələvilər iddia edirlər ki, ələvi sözü Hz. Əli ilə
bağlı deyil, bu alovidir. Yəni odla bağlıdır. Özlərini
zərdüştlüklə əlaqələndirirlər. Deməli, bunun əsl ələviliyə
aidiyyatı yoxdur. Digər qrup - əliallahilər isə hələ Hz. Əlinin
zamanında ortaya çıxmışdır.Tarixi mənbələrə görə Hz. Əli
onlara ən ağır cəza vermişdir (5, s. 20).
Lakin bunlardan fərqli olaraq Cəfəri adlanan şiə-
qızılbaş- ələvilər islamda ayrıca məzhəb, təriqətdir. Ələviliyin
mahiyyətini bilməyənlər onu Əliallahilərlə qarışdırırlar.
Y.A.Belyayevin məlumatından belə çıxır ki, bütün ələvilər
Əliallahidir (3, s. 82). Müəllif yazır ki, ələvi təriqəti Əlini
Allah kimi tanımaqdır (3, s. 82). Çox təəssüf ki, Y. A.
Belyayev
bu fikrində özündən əvvəlki tendensiyaya
söykənmişdir. Bu gün Türkiyədə Ələvilik, onun mahiyyəti ilə
52
bağlı çox sayda ədəbiyyat materiallar vardır. İndi ələviliyin-
şiəliyin mahiyyəti daha dəriridən araşdırılaraq bizim də
qatıldığımız bir neçə toplantıda islami birlik, bütün
məzhəbləri Quran və Əhli- Beyt ətrafında birləşdirmək
başlıca şərt olmuşdur. Bizim bu məsələni önə çəkməyimizin
başlıca səbəbi budur ki, tarixdə bizə də şiə- qızılbaş- ələvi
deyilmişdir. Bir cəhətə xüsusi diqqət verilməlidir ki, bir çox
ədəbiyyatda ələvi- qızılbaş sözləri sinonim kimi verilmişdir.
Tarixi mənbələrdə çox vaxt Səfəvi imperiyası- Qızılbaş
imperiyası, əhalisi isə qızılbaş adlandırılır. Uzun illər
Naxçıvan əhalisi haqqında da bu ifadə işlənmişdir: şiə-
qızılbaş. «Naxçıvan sancağının müfəssəl dəftəri» kitabında
boş qalmış kəndlərin bir qismi ilə bağlı yazılır ki, bu kəndin
əhalisi pis əməlli qızılbaş (şiə) olduğu üçün qaçıb getmiş və
boş qaldığı üçün dəftərdə məzrə olaraq qeydə alındı (11, s.
291). Bu tarixi mənbədədir. Lakin bizim topladığımız
materiallarda əhalinin özünü ələvi- qızılbaş adlandırmasına
rast gəlməmişik. Özləri haqqında daha çox Əli şiəsi, Cəfəri,
ümumiyyətlə müsəlman deyirlər. Hətta yaşlılar Azərbaycan
dili haqqında da «müsəlman (yerli deyimdə müsürman dili)»
ifadəsi işlətmişdir». Naxçıvanda bədniyyət, ümumi qanunlara
tabe olmayan, dava- dalaş törədənlər haqqında deyilən
«Əliallahı, tumantökən»ifadəsi əliallahiliyə münasibəti aydın
şəkildə göstərir.
Ümumiyyətlə Ələviliyin mahiyyətinə gəlincə söz «Əli
evi», yəni Əhli Beytlə bağlılıqla əlaqləndirilir. Bu baxımdan
ələviliyi bir neçə hissəyə ayırmaq olar:
1.
Soyca Əhli- Beytə bağlananlar. 2. Hərbi- siyasi
məsələlərdə, döyüşlərdə Hz. Əli tərəfindən çıxış edənlər. 3.
Yaşamda, ibadətdə, iman və təqvada Hz.Əli yoluna- yəni
ona söykənən məzhəb və təriqətə uyanlar.
___
Deməli I. P. Petruşevski, V.A. Qordlevski, Y.A.
Belyayev və başqalarının dediyi kimi, Ələvilik- qızılbaşlıq
Əlini Allah (Haşa !) saymaq deyil. Onu ayrıca təriqət
adlandırmaq da yanlışdır. Unudurlar ki, təriqətə görə xüsusi
zikr forması, «Əsma yolu», «Sufilik», «Təkcə (Xəlvətiyyə)»,
53
Dostları ilə paylaş: |