xoşbəxt şəhid, yüksək Allahın (rəhmətinə) getmiş Ba (nu)
Şahbikə fani dünyadan əbədi dünyaya köçdü. Doqquz yüz
altıncı il».
Hicri-qəməri təqvimilə 906-cı il miladi ilə 1500-cü ilə
müvafiqdir.
2004-cü ildə imamzadə ətrafında bərpa və abadlıq
işləri aparılärkən torpağın altından boz rəngli daşdan
hazırlanmış başqa bir sənduqə tipli xatirə abidəsi də aşkar
edilmişdir. Ölçüsü 139 x 29 x 23 sm olan və ortadan iki yerə
bölünmüş sənduqənin səthi təbii qüvvələrin təsirindən güclü
aşındığı üçün orada heç bir kitabə və ya təsvir izi
qalmamışdır. Ancaq abidənin sağ yanındakı kitabə müəyyən
dərəcə aşınsa da orada həkk olunan mətni qismən oxumaq
mümkün olmuşdur. Kitabənin mətni belədir: «Onun (qəbrin)
sahibi salelıə (qadın) ... Bayəzid qızı fani dünyadan əbədi
dünyaya köçdü».
Kitabənin tarix yazılan hissəsi güclü aşındığından
dövrünü dəqiq müəyyən etmək mümkün deyildir. Ancaq onu
ölçüsü, forması, hazırlandığı material, xətt xüsusiyyətləri və
digər oxşar cəhətlərinə əsasən Ba[nu] Şahbikəyə aid xatirə
abidəsi ilə eyni dövrə - XVI yüzilliyin əvvəllərinə aid etmək
olar.
Hər iki abidənin oxşar cəhətlərini müqayisə edərək
onların eyni usta tərəfindən bir mərkəzdə hazırlandığını
söyləmək mümkündür.
Bu abidələr göstərir ki, hələ memarlıq kompleksi
yaradılmamışdan qabaq da türbədəki qəbrin ətrafında onun
xatirinə
dəfn
mərasimləri
keçirilmiş,
tədricən
böyük
qəbristanlıq yaranmışdır. Orada son vaxtlara kimi dəfn
mərasimləri keçirilmişdir. Təəssüf ki, görkəmli rəssam, 1922-
ci ildə vaxtsız vəfat etmiş Bəhruz Kəngərlinin və görkəmli
maarifpərvər M.T.Sidqinin qəbirləri istisna olmaqla həmin
qəbristanlıqdan heç bir iz qalmamışdır.
Tədqiqatçılar təsdiq edirlər ki, orta əsrlər zamanı
imamzadələrin funksiyası təkcə ziyarətgah - pir olmaqla
məhdudlaşmamış, onlar həm də ərazidə fəaliyyət göstərən
61
sufi təriqətləri üzvlərinin yığıncaq və ibadət yeri olmuşlar.
Belə komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud
olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu
ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik
məscid, təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini
kompleksin yaranmasından ibarətdir (2, s. 191).
Bu fikri təsdiq edən ən sanballı qaynaqlardan biri
Nehrəm imamzadəsinin günbəzinin daxilində, kaşı üzərində
sufilərə - Bəktaşi dərvişlərinə məxsus «Nad Əliyyən» - «Əlini
çağır» duasının yazılmasıdır. Bu duanın imamzadənin daxili
divarında qeyd olunmasının orada yaşayan dərvişlərlə bağlı
olmasına heç bir şübhə yoxdur, imamzadələrdə sufi təriqəti
üzvlərinin yaşaması və fəaliyyət göstərməsini belə bir fakt da
təsdiq edir ki, ərazimizdə XVII-XVIII yüzilliklərdə inşa
olunmuş xanəgahlar yoxdur. Görünür yaşamaq və ideyalarını
yaymaq üçün içərisində şiə imamları ilə bağlı qəbirlər olan
imamzadələrdən istifadə edən dərvişlər xanəgahlar tikməyə
ehtiyac duymamış, bu səbəbdən də XVII-XVIII yüzilliklərdə
ərazimizdə xanəgahlar inşa edilməmişdir. Bunun əvəzində isə
imamzadələr yanında dərvişlərin yaşaması üçün təkyələr inşa
edilmişdir. Zikr və ibadətlərini ziyarət obyekti olan qəbir
yerləşmiş türbədə həyata keçirən təriqət mənsubları həmin
təkyələrdə gecələmişlər.
Ə d ə b i y y a t :
1.
ASE II cild. Bakı: ASE Baş redaksiyası, 1977, 592 s.
2.
Salamzadə Ə.V., Məmmmədzadə K.M. Azərbaycan
memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm,
1985,268 s.
3.
Азимбеков И. Мусульманские надписи Тифлиса,
Эривани и Нах.ССР Известия «Азкомстарис»а, вып. 4
(тетрадь 2). Баку, 1929, с. 295-311
4.
Выдержки из «Записок о мусульманских надписях на
Кавказе»,
М.Н.Ханьшова,
опубликованных
в
«Азиатском журнале», август, 1862, г. Пер. с франц. яз.
62
5.
Э.К.Спитницкой. Научный Архив Института Истории
Национальная Академии Haw. Азербайджана. Инв. №
1076
Сысоев В.М. Нахичевань на Араксе и древности Нах.
ССР (отчет о поездке летом 1926 г.) Известия “Азком-
старис”а, вып. 4 (тетрадь 2). Баку, 1929, с. 87-121
VƏLİ В A X Ş Ə L İY E V
A M E A
Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya institutu
NAXÇIVANIN QƏDİM TAYFALARININ
İD EO LO Jİ GÖRÜŞLƏRİ
V
•
*
§
Xalqımızın qədim tarixi haqqında dəyərli mənbə olan
maddi-mədəniyyət nümunələrinin folklor nümunələri və
etnoqrafik materiallarla müqayisəli şəkildə öyrənilməsi
Vətənimizin qədim sakinlərinin ideoloji təsəvvürlərini, o
cümlədən mifologiyasını öyrənməyə imkan vermişdir. Maddi-
mədəniyyət nümunələrində dünyanın və insanın yaranışı,
dünyanın quruluşu ilə bağlı təsəvvürlər əks olunmuşdur. Bu
təsəvvürlər
etnoqrafik
materiallarda
və
Azərbaycan
folklorunda aydın şəkildə əks olunmuş, indiyədək qorunub
saxlanmışdır (8, s. 60-75; 6, s. 189-196; 13, s. 7-79).
Arxeoloji
araşdırmalar
Azərbaycanda
mifoloji
təsəvvürlərin Paleolit dövründə meydana çıxdığını təsdiq edir.
Bu dövrdə axirət dünyasına inam, təbiət qüvvələrinə, ulu
əcdada sitayiş, totem və ovsun kimi dini təsəvvürlər meydana
çıxmışdır (1, s.23). Naxçıvan əhalisinin qədim dini təsəvvürlə
rini öyrənmək üçün ən qədim tapıntılar hələlik Neolit
dövrünə Eiiddir . Neolit və Eneolit dövrünə aid qəbir
abidələrinin tədqiqi qədim insanlarda mifoloji düşüncə
tərzinin formalaşdığını təs;diq edir (3, s. 28, s. 39-54). Gil
qablar üzərindəki təsvirlər və dəfn adətləri qədim insanların
Dostları ilə paylaş: |