Günəşə,
Aya
və
təbiət
qüvvələrinə
sitayiş
etdiyini,
məhsuldarlığın təmin olunması ilə bağlı müəyyən ayinlərin
keçirdiyini deməyə əsas verir (6, s. 30-34). Eneolit və Erkən
Time dövrünə aid ev ziyarətgahları, Erkən Tunc dövrünə aid
müxtəlif heyvan fiqurları və sitayiş əşyalarının aşkar
olunması dini təsəvvürlərin insanların həyatında mühüm rol
oynadığını göstərir (3,s. 28; 6, s. 19-46; 15, s. 38-40; 16, s. 35-
125). Erkən Tunc dövründə maldarlığın insanların həyatında
mühüm rol oynaması, o cümlədən iribuynuzlu heyvanlardan
qoşqu qüvvəsi kimi istifadə olunması öküz kultunun geniş
yayılmasına səbəb olmuş, sitayiş əşyaları öküz buynuzu, ya
da öküz başı formasında hazırlanmışdır.
Orta Tunc dövründə təsviri sənətin inkişafı (4, s. 43-
90; 14, s. 102-110, 171) qədim insanların ideoloji təsəvvürlə
rinin d£.ha aydın ifadəsi üçün şərait yaratmışdır. Təsviri sənət
nümunələrində dünyanın vertikal və qorizontal quruluşu ilə
bağlı təsəvvürlər öz əksini tapmışdır (6, s. 61-71). Dünya
vertikal olaraq üç yerə bölünmüş və həyat ağacı şəklində
təsəvvür edilmişdir. Türk mifologiyasında, o cümlədən
Azərbaycan türklərində dünyanın quruluşu vertikal olaraq üç
yerə bölündüyü
kimi,
qorizontal
olaraq
dörd
yerə
bölünmüşdür (8, s.65). Bu bölgü bəzən beşlik şəkilində -
dünyanın
mərkəzi
və
onun
dörd tərəfi
şəklində
düşünülmüşdür. Boyalı qabların xarici səthinin üç qurşağa
bölünərək naxışlanması, həyat ağacı təsvirləri, Qızılburun
nekropolundan aşkar olunan beş çıxıntılı başlığı olan
sancaqlar və digər faktlar bu ideoloji
təsəvvürlərin
mövcudluğunu təsdiq edir. Maaday Qara dağın başındakı
dörd qayın ağacından nənni asaraq yeni doğulmuş uşağını
oraya qoyur. Burada dağ yerin mərkəzi, qayın ağacları isə
dünyanın dörd tərəfini simvolizə edir. Qaym ağacları uşağı
dünyanın dörd tərəfindən, Qaradağ isə göydən gələn bəladan
qorumalı idi. Yerüstü məkanın dörd hissəli strukturu
haqqındakı təsəvvürlər, habelə onun dörd tərəfinin hər
birinin qoruyucu Tanrısı olması haqqındakı inanclar türk
xalqlarının mifologiyası üçün xarakterikdir. Bu qoruyucu
64
Tanrılar
bəzən
zoomorf
və
antopom orf
obrazlarla
verilmişdir. Qədim mədəniyyət nümunələrində xaçşəkilli
işarələrin yaranması bıı ideologiya ilə bağlı olmuşdur. İlk
nümunələrinə Şumer mədəniyyətində rastlanan bu tip
xaçşəkilli təsvirlər Naxçıvanın e.ə. IV-I minilliyə aid
mədəniyyət nümunələrində geniş şəkildə əks olunmuşdur.
Qədim insanların təsəvvürünə görə bu dünya və o biri
dünya arasında daima mübarizə gedir, Göy aləmi və orda
məskun olan Tanrılar bu mübarizəni nizamlayır və dünyada
ədalətin təntənəsini qoruyur. Heyvanların mübarizəsi səhnəsi,
heyvanbaşlı bilərziklər, xaçşəkilli işarələr, müxtəlif heyvan
təsvirləri
və
digər
sənət
nümunələrinin
öyrənilməsi
Naxçıvanın
qədim
sakinlərinin
mifologiyası -ilə
türk
xalqlarının mifologiyası arasında genetik bağlılıq olduğunu
təsdiq edir (8, s. 76-104).
Naxçıvanın qədim sakinlərinin ideoloji təsəvvürlərini
əks etdirən maraqlı sənət əsərlərinin bir qrupu ilanbaşlı
bilərziklə və boyunbağılarla təmsil olunmuşdur, ilanbaşlı
bilərziklər praktiki
olaraq
insanları
bəd
qüvvələrdən
qorumalı, onların həyatını təmin etməli idi. ilan təsvirlərinə
həmçinin boyalı qablar üzərində də rastlanmışdır. Şərurdan
aşkar olunmuş tunc möhürün üzərində dağ keçisi və onu
halqa şəklində əhatə edən ilan təsviri verilmişdir. Bu tip
təsvirlər dünyanı binar oppozisiya. şəklində, həyatın
hər
zaman ölümlə əvəz edilə biləcəyini ifadə etmişdir.
Qədim insanlar həyatın o biri dünyada davam etdiyinə
inandıqları üçün axirət dünyasında insanların həyatım təmin
etmək üçün müxtəlif ayinlər icra etmişlər. Yuxarıda qeyd
etdiyimiz kimi, Neolit və Eneolit dövründə ölülərin oxra ilə
boyanması adəti mövcud olmuşdur. Tunc dövründə isə
qəbirlərin üzərində kurqan düzəltmə, onların kromlexlərlə
əhatə
edilməsi
adəti
mövcud
olmuşdur.
Nəhəcir
nekropolunda ikiqat kromlexlə əhatə olunmuş qəbirə də
rastlanmışdır. Qəbirlərin üzərində kurqan düzəltmə və
onların kromlexlərlə əhatə olunması qədim əkinçi-maldar
tayfaların Günəşə inamı ilə bağlı olmuşdur (12, s. 46). Kolanı
6:5
nekropolunda daş qutu tipli qəbirlərin birinin divarında
Günəş Tanrısını simvolizə edən təsvirin olması Günəşlə bağlı
inancların geniş yayıldığını təsdiq edən dəlillərdən biridir (10,
s. 205-207). Qədim türklərin inamına görə cəmiyyətin seçilmiş
üzvləri öldükdən sonra onların ruhu Göyə çəkilərək Günəşə
qovuşurmuş.
'Naxçıvanda məskənləşən qədim tayfaların ideoloji
görüşlərinin xarakterik cəhətlərindən biri balıqla bağlı
inanclardır. Balıqqulağı keçirilmiş sırğalar və boyunbağılar
qədim geyimlərin ayrılmaz hissəsi olmuşdur(7, s. 44; 9, s. 217-
227).
Sarıdərə nekropolundan
aşkar
olunmuş
bəzək
əşyalarının birinin üzərində yarıbalıq-yarıinsan mifoloji
varlıq təsvir edilmişdir (7, s. 61). Balıq təsvirlərinə
Gəmiqayada da rastlanmışdır. Qədim dövrdə Naxçıvanda
qəbirlərə balıqqulağı qoymaq adəti də mövcud olmuşdur.
Balığa sitayiş Su Tanrısı ilə bağlı inancları əks etdirmişdir.
Qədim Şərq sənətində, o cümlədən skiflərdə polimorf
varlıqların xtonik xarakteri balıq quyruğu ilə ifadə edilmişdir.
Sənət nümunələrinin tədqiqi Naxçıvanın qədim
tayfalarının bitkin mifoloji təfəkkür tərzinə yiyələndiyini
göstərir. Qədim sənət əsərlərində, etnoqrafik materiallarda,
folklor
nümunələrində əks
olunan
təsəvvürlərə
insanların yaşadığı dünyanın yuxarısında və aşağısında da bir
dünya vardır. Tanrılar, xeyirxah qüvvələr Göydə, o biri
dünya insanların yaşadığı dünyanın altında, yaxud onların
ətrafındadır. Bir-birinə qarşı qoyulan bu dünya və o biri
dünyadakı proseslər qarşılıqlı əlaqədədir. Ölüm həyatın
dəyişilməz
şərtidir.
Canlıların
daima
intibahının
və
təzələnməsinin rəhnidir. Göyün, Yerin və o biri dünyanın
sahibi mifoloji obrazlarla verilmişdir. Bu varlıqlarla əlaqə
yaradılması, dua edilməsi, qurban kəsilməsi və digər ayinlərin
icra edilməsi onların həyatındakı uğurların əsas təminatıdır.
Arxeoloji sənət nümunələrindəki müxtəlif motivli təsvirlər də
bu inanclarla bağlı olmuşdur.
gorə
66
Dostları ilə paylaş: |