Rusiyası dövründə Azərbaycan, xüsusilə də onun ayrılmaz
parçası olan Naxçıvan, eyni zamanda Ermənistan Rusiyanın
maraq dairəsi içərisindəydi. Rusiya Azərbaycan, dolayısıyla
da Türkiyə arasında Ermənistanı yaradaraq həm türk
dünyasının bir- biriylə əlaqəsini kəsmək, həm də Türkiyə
üzərində üstünlük qazanaraq Ermənistan lehinə torpaq
iddialarını irəli sürmək və beləliklə, zəif Türkiyə dövləti
üzərindən Yaxın Şərqə və isti dənizlərə açılmaq kimi gizli
niyyətlərinə çatmaq istəyirdi. Heç təsadüfi deyildir ki, XX
əsrin 40- cı illərində Ermənistanın Hai- Tahd (ermənilərin
davası) ideologiyası içərisində yer alan «türk işğalı altındakı
Ermənistanı», yəni ermənilər tərəfindən uydurulan Qərbi
Ermənistanı xilas etməyi, eyni zamanda Ermənistandakı
Azərbaycan
türklərini
yaşadıqları
yerlərdən
qovmağı
hədəfləyən tələb və təklifləri Moskva tərəfindən də bəyənilmiş
və bu tələblər «Anavətəııə dönüş layihələri» çərçivəsində
həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdi. Daha
doğrusu, bu layihənin arxasında sırf Moskva özü dayanırdı.
Sovet Rusiyasının əsl məqsədi Türkiyəni təsir dairəsinə almaq
idi və bu istiqamətdə ermənilərdən öz məqsədləri üçün
istifadə edirdi. «Anavətənə dönüş layihəsi» çərçivəsində Sovet
Ermənistanına gətiriləcək ermənilərdən Türkiyəyə qarşı
istifadə olunacaqdı. Çünki Moskva Türkiyəyə hücum etməyə
hazırlaşırdı və vaxtı gəlincə erməniləri ön planda tutacaqdı.10
Rusiyanın bu siyasəti, Moskvanın Yaxın Şərqə sahib olmaq
istəklərinin manifestini təşkil edirdi. Bu siyasət isə, öz
növbəsində həm İngiltərə, həm də dünya gücü olan ABŞ-ın
da dövlət maraqlarına zidd idi. ABŞ Sovetlərin bu siyasətinə
qarşı Trumen Doktrinasıyla öz münasibətini ortaya qoydu.
ABŞ - m araya girməsi və Türkiyənin 1952- ci ildə NATO- ya
daxil olması ilə Rusiyanın Türkiyə əleyhinə apardığı məlum
siyasətin qarşısı alınmış oldu.11
Rusiyanın məlum siyasəti hər nə qədər üzdə
görünməsə də, bu gün də davam edir. Moskva öz
siyasətlərinə çatmaq üçün ermənilərdən əl çəkmək niyyətində
deyil. Ermənistan isə Rusiyanın bu siyasəti davam etdiyi
'70
müddət ərzində Azərbaycan torpaqlarını ələ keçirmək
niyyətindədir.
Bu
gün
Ermənistan
müəyyən
səbəblərə
görə,
Türkiyəyə
qarşı
hücumun
tətbiq
edilməsinin
doğru
olmadığını (Türkiyə qarşısında zəif qalması səbəbi ilə) və
hətta bunun təhlükəli olduğunu anladığı üçün yığışıb qalmış
kini və nifrəti ucbatından müdafiəsiz qalan digər ti'ırksoylu
dövlət olan Azərbaycana hücum etməyi daha məqsədəuyğun
hesab etmişdir. Çünki Türkiyəyə qarşı torpaq, təzminat,
soyqırım
iddialarının
qəbulu
imkansız
olduğu
üçün
Moskvanın dəstəyi ilə Azərbaycanın bəzi torpaqlarını işğal
etmək tamamilə gerçək görünürdü. Rusiyanın Türkiyəyə
qarşı məlum siyasətindən istifadə edən Ermənistan, indiki
mərhələdə Türkiyə ilə Azərbaycanın əlaqəsini qopararaq
Naxçıvana sahib olmağı, beləliklə Türkiyənin dəstəyindən
məhrum
olacaq
Azərbaycan
torpaqlarını
Hai- Tahd
ideologiyasına uyğun olaraq qlobal sistemin də dəstəyi ilə ələ
keçirməyi, zaman içərisində əgər Türkiyə zəifləyərsə iddia
edilən Qərbi Ermənistanı öz torpaqlarına birləşdirməyi
hədəfiəməkdədir. Bu aspektdən yola çıxan Ermənistan,
«Böyük
Ermənistan»
ideyasını
gerçəkləşdirmək
niyyətindədir. Bu ideyalarını gerçəkləşdirmək üçün ermənilər
məsələyə Naxçıvandan başlamaq niyyətindədirlər. Nəyə görə
Naxçıvan ? Bizcə, yuxarıda deyilən fikirlər bunu bir daha
sübut edir. Bu da bir həqiqətdir ki, Ermənistan Azərbaycanın
işğalına Naxçıvandan deyil, Qarabağdan başladı. Daha
doğrusu Naxçıvandan başlamağa cəsarətləri çatmadı. Heç
təsadüfi deyildir ki, radikal millətçi fikirləri ilə tanınan
Daşnaq ideoloqlarından Zoıi Balayan da özünü erməni xalqı
qarşısında günahkar hesab edərək məsələni Naxçıvandan
başlamağa cəsarətləri çatmadığını təsdiq etməkdədir. Litvada
çıxan «SM- seqodnya» qəzetinin müxbiri A. Geroyanm
«Dağlıq Qarabağ hadisələrinin liderlərindən biri olaraq
öldürülənlər və qaçqınlar qarşısında özünüzü günahkar
olaraq görürsiinüzmü ?» sualına Zori Balayan bu cavabı
vermişdi: «Mən bu işi başlatdığım üçün deyil, xalqımı gec
•
71
ayağa qaldırdığım üçün özümü günahkar hiss edirəm.
Məsələni Naxçıvandan başlatmağa gücüm çatmadı.»12
Tam açıqlığı ilə deyilmiş bu fikirlər sübut edir ki,
Naxçıvan
məsələsi
ermənilərin
gündəliyindədir.
Onlar
Naxçıvan həsrətindədirlər və Naxçıvanın işğalı məsələsi
Ermənistanın baş planlarından biridir. Ermənilər 1987- ci ildə
ABŞ - da nəşr olunan «Armenian Weekly» qəzetində «birgə
rəsmi təbliğ» (communique) dərc etdirib Naxçıvan da daxil
olmaqla ərazi iddialarına başlamışdılar.13
Ermənilər bu gün də Naxçıvanı
Ermənistanla
birləşdirməyi əməli vəzifə kimi qarşıya qoyub geniş
kompaniya başladıblar. Ermənistan 1921- ci ildə Rusiya və
Türkiyə arasında imzalanmış müqavilələrin ləğv edilməsini
tələb edir. 16 mart 2004- cü ildə (Ermənistan Yazıçılar
İttifaqı) EYİ binasında keçirilən və Moskva müqaviləsinin
83- cü ildönümünə həsr olunmuş konfransda edilən çıxışlarda
bildirilib ki, Ermənistan üçün ədalətsiz olan, 1921- ci ildə
Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan Moskva
müqaviləsinin ləğv edilməsi Dağlıq Qarabağ münaqişəsinin
dinc yolla nizamlanması prosesini sürətləndirə bilər. Bu
müqavilə nəticəsində qədim erməni torpaqları Qars, Ərdəhan,
Bitlis və başqa ərazilər Türkiyəyə, Naxçıvan isə Azərbaycana
verilib: itirilən torpaqların ümumi sahəsi 80 min km2 olub.
Mümkün olduğu qədər Naxçıvanın geri qaytarılmasına
çalışmalıyıq. Daha sonra Ermənistan parlamenti Rusiyanın
Dövlət Dumasına, Türkiyənin Böyük Millət Məclisinə və
BMT- yə müraciət imzalayıb. Müraciətdə Naxçıvanın əzəli və
qədim
erməni
torpağı
olduğu bildirilmiş,
«Naxçıvan
problemi» həll edilməyincə Dağlıq Qarabağ münaqişəsinin də
bir nəticə verməyəcəyi vurğulanmışdır.14
Bütün bu faktların dərindən elmi təhlili belə bir
nəticəyə gəlmək imkanı verir ki, Naxçıvana qarşı ərazi
iddialarının əsl mahiyyəti başqadır. Bu mahiyyəti dərk etmək
üçün aşağıdakı faktorlar nəzərə alınmalıdır:
72
Dostları ilə paylaş: |