Azərbaycan türklərində də ata yüksək ehtiram bəslənmişdir.
Şifahi və yazılı ədəbiyyat nümunələrində dastan və nağıllarda
isə minik
atına münasibət daha
önəmli
olmuşdur.
H.Q.Qədirzadə atla bağlı qədim türk dastan və nağıllarına,
həmçinin toplanmış etnoqrafik materiallara əsaslanaraq qeyd
edir ki, atla bağlı inanclar türk xalqlarına digər xalqlardan
deyil, əksinə türklərdən, xüsusən Azərbaycan türklərindən
dünyanın bir sıra xalqlarına yayılmışdır.6
Türklər bütün heyvanlar arasında ən çox ata üstünlük
vermişlər. At türklər arasında misilsiz hörmət və məhəbbətə
malik olmuşdur. Qədim türkləri atsız təsəvvür etmək
mümkün deyildir. Ata olan yüksək ehtiram türk dastan və
nağıllarının demək olar ki, əksəriyyətində göstərilmişdir. Bu
təsvirlər şübhəsiz ki, islamaqədərki dövrün inanclarını,
mifologiyasım göstərir. İslam dini qəbul edildikdən sonra da,
hətta günümüzə qədər islam inancları ilə bərabər insanlar
qədim türk adət və ənənələrini, inamlarım yaşatmaqdadırlar.
Orta əsrlər dövrünü xarakterizə edən daş qoç fiqurlarının
üzərində qədim inancları yaşadan təsvirlərlə yanaşı həm də
islamı ideyalarla bağlı kəlamlar vardır. Bir qoç abidəsinin
üzərində (115 x 148 x 48 sm) olan insan və qılınc təsviri ilə
bərabər həm də «Allah, Məhəmməd, Əli» kəlmələri
yazılmışdır. Bu fiqurun isə ayaqları bitişik vəziyyətdə,
buynuzları burulmuş, başı uzunsov, ağzı qapalı, quyruğu
yastı halda düzəldilmiş dir.
Bu kitabə və təsvirlərin öyrənilməsi Azərbaycan
xalqının
dini,
ictimai-siyasi
dünyagörüşünün,
qədim
inanclarının,
həyat
tərzinin
öyrənilməsində
mühüm
əhəmiyyət kəsb edir.
Ədəbiyyat
1. Nəsir Rzayev. Əsrlərin səsi. Bakı, Azərnəşr, 1974, s. 67
2. Rasim Əfəndiyev. Danışan daşlar. Bakı, Gənçlik, 1980, s. 23
3. Nəsir Rzayev.Əcdadların izi ilə. Bakı, Azərnəşr, 1992, s. 82
4. Seyidəv M. Azərbaycan xalqının soy kökünü düşünərkən.Bakı,
1989, s.368
88
5. Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. Bakı,
Sabah nəşriyyatı, J994, s. 66
6. Kadirzade Kadir. Naxçıvanda eski türk inamları (Atla bağlı
inamlarımız və soy elakalarımız). V MTHKK Gelenck,
Görenek İnamlar Seİcsion bildirileri. Ankara, 1997, s. 248
TU RK AN Q ƏD IRZAD Ə
A M EA Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və A rxeologiya Insititııtu
TÜRKƏÇARƏ MÜALİCƏ ÜSULU
Qədim
tarixə
malik olan xalq
təbabəti
elmi
təbabətdən min illər əvvəl yaranmışdır. Əldə olan mənbələrə
əsaslanaraq
demək
olar ki,
xalq müalicə
üsulunda
türkəçarənin müxtəlif sahələri geniş yayılmışdır. Bunların bir
qismi
öz
əksini
ayrı-ayrı
ədəbiyyatlarda
tapmışdır.
Tədqiqatlar göstərir ki, keçmişdə xəstəliklərin müalicəsində
daha çox bitki mənşəli dərmanlara, uzunmüddətli təcrübəyə
əsaslanan üsullara geniş yer verilmişdir. Zaman keçdikcə
bitkilərlə
bərabər heyvanat
aləminin və mineralların
xüsusiyyətlərini dərindən öyrənən əcdadlarımız öz müalicə
üsullarında
onlardan da istifadə
etmişlər. Beləliklə
müalicədə bitki, heyvan və mineral
mənşəli maddələr
t
•
(dərmanlar) geniş yer tutmuşdur. (Məs: Üzərlik, kirpi əti, zəy
və s.) Topladığımız materiallar göstərir ki, Naxçıvanda
mineral bulaqlardan (xalq arasında şor su, qotur suyu və.
s )
müalicə
məqsədi ilə
istifadə xalq arasında geniş
yayılmışdır. Xalqın inamına
görə bu sular xəstəliklərdən
qorunmaq, onları
sovuşdurmaq
xüsusiyyətinə malikdir.
Həmin bulaqların bəziləri müqəddəs hesab edilir. Əgər hər
hansı xəstə bu bulağın
suyu ilə çimizdirilsə dərdləri
sovuşarmış. Naxçıvanda xalq arasında olan inama
görə
mineral bulaqların suyu ilin əsasən isti vaxtlarında- yazda,
yayda daha şəfaverici olur.1
89
Bir sıra xəstəliklər bəd nəzərlə əlaqələndirilir. Nəzər
dən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə olunur.
Üzərlik yandırma adətinin izləri qədim tarixə malikdir.
İnama görə
üzərliyi odda yandırıb
tüstüsü
xəstəyə
verildikdə onun baş ağrıları götürülür. Nizami «isgəndər-
namə» əsərində yazır.
Üzərlik yaxarlar göz dəyən üçün,
Od yaxıb yandırar dərdi büsbütün.
Üzərliyin kökünü döydükdən sonra sıxıb suyunu
çıxarır və arpa unu ilə qarışdırırdılar. Həmin qarışığı bir neçə
gün qotura sürtməklə xəstəliyi müalicə etmək mümkündür.
• •
Üzərlik maqik xüsusiyyətlərə də malikdir.
Üzərlik ağ üzərlik
Üzərlik göy üzərlik,
Müzkül işim düşübdür
Xətasın sov üzərlik.
Xalq təbabətinə dərindən bələd olan türkəçarəçiləı*- el
həkimləri bir çox halda qarışıq tərkibli dərmanlar hazırlamış,
onları sınaqdan keçirərək şəfaverici məlhəmlər düzəltmişlər.
Zaman- zaman onlar
bir sıra daxili xəstəlikləri də
bitkilərdən, meyvələrdən alınan cövhərlər və şirələrlə müalicə
etməyin
sirlərini
öyrənmişlər. Tədricən sadə tərkibli
dərmanlar daha mürəkkəb təsirli
müalicə vasitəsinə
çevrilmişdir. Xalqın arasında yetişən bilicilər- tiirkəçarəçilər
ara həkim-ləri kimi əhaliyə xidmət göstərmişlər. Naxçıvanda
da türkəçarə müalicə üsuluna böyük inam vardır. Adından
da
göründüyü
kimi, bu müalicə
üsulu əsasən
qədim
türklərlə bağlıdır. Sözün kökündə olan çarə, əlac, dərdə-
dəva, dərdləri sovuşdurmaq mənasında işlədilir. Türkəçarə
müalicəni 2 yerə bölmək olar. 1. Ümumi camaatın məşğul
olduğu müalicə üsulu, ailə müalicəsi. 2. Xüsusi adamların
90