məşğul olduğu müalicə üsulu. Bu daha çox peşəkarlıq və
müəyyən təcrübə tələb edirdi. Müalicənin ümumi üsullarını
bilməyənlər (gənc nəsi) yaşlılardan
soruşaraq
öyrənir,
beləcə müalicə üsulu nəsidən- ııəslə ötürülərək yaşadılırdı.
Lakin ayrı- ayrı sahələr üzrə müalicə aparmaq nəsli xarakter
daşıyırdı. Yəni müalicə üsulu sir kimi
qorunub saxlanır,
atadan- oğula, anadan- qıza
öyrədilirdi. Peşəkar ara
hakimliyi də bir neçə yerə ayrılır: 1. Mama, türkü mama.
Bunlar güclü təcrübəyə malik olan sonsuzluğu, qadın və
uşaq xəstəliklərini müalicə edən, doğuma köməklik göstərən
qadınlar idi. Mamalar da peşəkarlığına görə 2 yerə
ayrılırdı:
1. Doğuma
köməklik
göstərən
və müəyyən
yüngül
xəstəlikləri müalicə edənlər.
2. Müalicə ilə
məşğul
olanlar, xüsusi
dərmanlar
hazırlamağı
bacaranlar. 2.Çöpçülük, daha çox
kiçik
uşaqların burnunda qalan müxtəlif qida qalıntılarının, yad
cismlərin üfürülərək çıxarılması. 3.
Sınıqçılıq, müxtəlif
formalı sınıqları, çıxıq və əzikləri müalicə edənlər.
4. Dəlləklik- Cərrahlıq, arxeoloji materiallara
və yazılı
məlumatlara əsaslanaraq demək olar ki, cərrahlıq çox qədim
tarixə malikdir. Xalq arasında ümumi adla- dəllək, tanınan
belə adamlar yüngül əməliyyatlar aparmış, yaraları müalicə
etmişlər. Bəzən belə düşünülür ki, dəlləklik ancaq kişi sənəti
olmuşdur. Lakin müalicə mənasında dəlləklik yəni cərrahlıq
qadınlara da aiddir. Məs: «Dəllək Fatma, dəllək Lala və s.»
Xalq arasında dəllək ifadəsi çoxbilmiş mənasında da işlədilir.
Xalq müalicəsi böyük təcrübəyə əsaslanırdı. İndi də biri
xəstələnəndə yaşlılara müraciət edərək deyirlər: «Siz dünya
görmüş adamsınız, bilərsiniz». Bu müalicə üsulunun yaran
ması insan xəstəliklərinin meydana çıxması ilə bağlı olmuş-
dur. insan xəstələndikdə ona çarə axtarılmağa başlanmış
bəzən təsadüf, bəzən isə uzunmüddətli təcrübələr nəticəsində
bitkinin çiçəklərinin, yarpaqlarının, toxumlarının, meyvələri
nin müalicəvi xüsusiyyətlərini tapmışlar. İlin isti fəslində
(yayda, yazda) bu bitkilər toplanır, qurudulur sonra isə
91
istifadə
edilirdi. Əgər bitki
vaxtında toplanmasa, onun
tərkibi dəyişir və təsiri azalırdı. Bitkilərin
saxlanması
qaydasını da bilmək çox vacibdir.
Dərman bitkilərindən istifadə etmənin müxtəlif
üsulları vardır. Məs: dəmləmə, yaranın və ya ağrıyan yerin
üstünə
bağlama, dağlama, təpilmə,
müəyyən
qarışığın
hazırlanıb yaraya sürtülməsi, qoturda və səpmədə dərman
bitkilərindən hazırlanan su ilə xəstənin çimizdirilməsi və s.
Hər bir insan
qəbul etdiyi qidanın fayda və zərərlərini
bilməlidir. Təbii vasitələlərlə müalicə aparılarkən xəstəliyin
əlamətləri dəqiq müəyyən edilir, sonra ona uyğun dərman
hazırlanırdı. Müalicə həkim tərəfindən və ya onun məsləhəti
və nəzarəti
altında
aparılırdı. Belə olduqda müalicənin
nəticəsi daha səmərəli olurdu. Dərmanın hazırlanması üçün
lazım olan bitkiləri onu tanıyan, bilən adam toplayır və
xüsusi yerlərdə saxlayırdı. Bu müalicə vasitəsi ilə bir sıra
xəstəliklərdən qurtarmaq mümkündür. Dərman bitkilərindən
hansının faydalı olub olmamasını
müəyyən ləşdirmək o
qədər də asan olmamışdır. Bu proses uzun zaman davam
etmiş, əldə edilmiş təcrübə xalq yaddaşında günümüzədək
qorunub saxlanmışdır. Hər şeydən öncə bitkinin təsir vasitəsi
öyrənilirdi. Bitki vardı kökü, çiçəyi, yarpaqları ayrı- ayrılıqda
• •
işlədilirdi. Bir deyimə diqqət yetirək: «Oldürgənə dəymək
qandır, külü qotura dərmandır». Bu ifadə türkəçarəçilərin
bitkilərə ümumiyyətlə,
istafadə etdikləri
dərmana nə
dərəcədə dərindən bələd olduqlarını göstərir. Xalq təbabəti
sayəsindəki təcrübəyə əsaslanaraq hər hansı bir xəstəlikdə
nədən və necə istifadə etməyi öyrənmək olar.
Xalq təbabətində ana südünün bir sıra xəstəliklərə
dərman olduğu
göstərilir.
«Kitabi Dədə
Qorqud»
dastanında Dirsə xan oğlu Buğac bəy boyunda ana südünün
məlhəm olduğu qeyd edilmişdir. Buğac yaralandıqda boz
atlı Xızır (ə.s) onun yarasım üç kərə sığallayıb: «Sana bu
yaradan, qorxma, oğlan, ölüm yoxdur. Tağ çiçəgi anan
südüilə sənin yarana məlhəmdir»2 dedi. Buradan ana südü
ilə Buğacın yarasının sağaldığı, həm də ana südünün bəzi
92
xəstəliklərdə dərman kimi istifadə edildiyi aydın olur. Ana
südündən qulaq, göz ağrılarında da geniş şəkildə istifadə
olunur. Ana südü yeni doğulan uşaqlar üçün də çox vacib
qidadır. «Qurani- Kərim»də buyurulur:... Uşaqlarınızı iki
yaşma qədər ana südü ilə böyüdün 3.
Yuxarıdakılara yekun vuraraq
demək olar ki,
türkəçarə müalicə üsulu etnosun soyadı ilə bağlı olmaqla
çox qədim tarixə malikdir. Türkəçarə müalicəsi ilə bağlı
başlıca
vəzifələrdən
biri
onun
təcili
toplanıb
sistemləşdirilməsi və elmi təbabətdə
istifadə
edilməsidir.
Unutmaq olmaz ki, həmin müalicə üsulunun bilicilərinin sayı
gündən- günə azalmaqdadır.
Ədəbiyyat
1. H.Q.Qədirzadə: Ailə və məişətlə bağlı adətlər inamlar,
etnogenelik əlaqələr Bakı, Elm, 2003, s. 262
2. Kilabi-Dədə Qorqud Bakı, Yazıçı, 1988, s.39
3. Qurani- Kərim. Bəqərə surəsi, ayə 233
•
•
4. Erzurum. 1 u ibrahim Hakкı Marifctname istanbul, 1997
A R İF ƏSƏDOV
А МЕЛ Naxçıvan Bölməsi Tarix,
•
Etnoqrafiya və Arxeologiya institutu
NAXÇIVAN MR ƏRAZİSİNDƏKİ MADDİ-
MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏSİ
TARİXİNDƏN
Muxtar Respublikanın əlverişli coğrafi mövqeyi,
burda olan təbii mağaralar, zəngin bitgi örtüyü, su ehtiyatları
ilk insanların məskunlaşmasına şərait yaratmışdır. Arxeoloji
qazıntılar zamanı maddi-mədənivyət abidələrindən tapılan
zəngin materiallar ulu əcdadlarımızın Paleolit dövründən bu
ərazidə yaşadığını sübut edir (l, s. 6).
XVII-XIX əsrlərdə Naxçıvanda olan xarici səyyahlar
bu ərazidə tarixi abidələrin olduğunu xatırlamışlar. Qədim
93
Dostları ilə paylaş: |