universitetin tibb fakültəsində oxuyan Nəriman Nərimanov,
Xosrov bəy Sultanov və Şahmalıyev qardaşları onun üzvləri
idilər. N .Nərimanov Qafqaz Həmyerlilər Cəmiyyətinin sədri
olmuşdur. Eyni zamanda qrup nümayəndələri şurasının üzvü
olan N .Nərimanova polisdə açılmış dosyedə deyilirdi ki, o,
tibb fakültəsinin böyük auditoriyasında keçirilmiş tələbə
yığıncağında
iştirak
etmiş,
üzərinə
sədr
funksiyasını
götürmüş, qadağan edilmiş student qəzetinin oxunmasında
rolu olmuşdur (7).
%
Odessada oxuyan tələbələr oxuduqları ali məktəblərin
mədəni həyatında yaxından iştirak etməklə yanaşı, Azərbay
canla da daim əlaqə saxlayır, burada baş verən siyasi, mədəni
hadisələrlə maraqlanırdılar. N.Nərimanovun F.Köçərliyə
məktubundan bəlli olur ki, tələbələr onun kitablarını oxumuş
və onda olan yeni materialların və ana dilində olan kitabların
onlara göndərilməsini xahiş edirdi (8). N .Nərimanov ehtiyacı
olan tələbələri kitabla təmin etmək üçün «Nadir şah» dramını
tamaşaya qoymaq Fikrinə də düşmüşdü (9).
Bir qədər sonra ali təhsil almaq üçün Odessaya gedən
Həmid bəy Şahtaxtinski də universitetin hüquq fakültəsində
oxuduğu
müddətdə
tələbə
həmyerlilər
təşkilatının
rəhbərlərindən biri olur. 1907-1912-ci illərdən tələbəlik həyatı
onun siyasi dünyagörüşünün formalaşmasında mühüm rol
oynamış, sonralar o, Azərbaycan Cümhuriyyətinin ən parlaq
simalarından biri olmuşdur.
XX əsrin əvvəllərində Rusiyanın şəhərləri arasında
Kazan xüsusi yer tuturdu. Həmin dövrdə azərbaycanlı
tələbələr Tahir bəy Qazıyev, Rəhim bəy Tahirov Kazan
Universitetinin tibb fakültəsində oxuyarkən tələbə hərəkatına
qoşulmuş, Qafqaz həmyerlilər təşkilatının üzvü olmuşlar.
115
1906-cı ildə ailə vəziyyəti ilə əlaqədar Odessa Universitetinə
dəyişilən R.Tahirov orada da ən fəal azərbaycanlı tələbələr
dən olmuşdu. Həmin illərdə Movska Universitetində təhsil
alan azərbaycanlı tələbələr də şəhərdə baş verən inqilabi
hadisələrdə, tələbə hərəkatında iştirak etmiş, həmyerlilər
cəmiyyətinin
fəalları
olmuşdular.
İnqilabi
ideyaların
mərkəzinə çevrilmiş Moskva həyatı onların siyasi cəhətdən
formalaşmasında
mühüm
rol
oynamışdır.
Moskva
Universitetinin hüquq fakültəsində təhsil almış İsmayılxan
Ziyadxanovun, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin
ənənələrini davam etdirən yeni nəslin nümayəndələri
M.Saracalınski, D.Sultanov, I.Əliyev, Ə.Şahsuvarov ilk siyasi
mübarizə
təcrübələrini
məhz
burada
almış,
tələbə
yığıncaqlarında, küçə nümayişlərində iştirak etmişdilər.
1905-ci ilin əvvəllərindən Rusiyanın qabaqcıl təhsil
ocaqlarını tətillər dalğası bürüdü. Tələbə hərəkatı bu zaman
açıq antihökumət xarakteri almış, mütəşəkkilliyi, vahid
mərkəzdən idarə olunması ilə səciyyələnirdi. Azərbaycanlı
tələbələrin əksəriyyəti bu hərəkatda fəal iştirak edirdilər.
Tələbə hərəkatının genişlənməsi Rusiya hakimiyyətini
bəzi güzəştli addımlar atmağa məcbur etdi. 1905-ci il
avqustun 6-da Dövlət Dumasının çağırılması haqqında çar
reskripli imzaladıqdan bir müddət sonra 27 avqustda ali
təhsil müəssisələrinin idarə edilməsinin müvəqqəti qaydaları
haqqında fərman imzalandı.
Həmin fərmanla hökumət ali məktəblərin hüquqlarını,
muxtariyyət statusunu genişləndirməyə razılıq vermiş, ali
məktəb rektorları professor şurası tərəfindən seçilməli idi.
Lakin bu tədbirlər də tələbələrin siyasi hərəkatda
iştirakının qabağını ala bilmədi.
116
1905-ci il sentyabrın 3-də Vıborqda
13 tələbə
kollektivinin iştirakı ilə IV tələbə qurultayı oldu. Qurultayın
işində Ə.Əminov, M.Saracalmski və R.Tahirov da iştirak
etdilər. Tələbə yığıncaqları bütün şəhərləri bürüdü.
Sentyabrın 7-də Moskva Unitversitetində 4 min
tələbənin iştirakı ilə keçirilən yığıncaqda israfil Əmirov,
Ələkbər Şahsuvarov, Məlik bəy Sultanov, M.Saracalmski də
iştirak etdilər, sentyabrın 13-də Peterburq Universitetində
keçirilmiş
yığıncaqda
isə
M.Hacıqasımov,
A.Əminov,
Mustafa Haşımov, Ə.Kərimov və b. azərbaycanlı tələbələr
fəallıq göstərmişdilər.
Qeyd edək ki, tələbə yığıncaq və nümayişlərində ali
məktəb həyatının məsələləri, o cümlədən qəbulda sosial
məhdudiyyətlərin götürülməsi, ali məktəblərin idarə edilmə
sinin demokratikləşdirilməsi, tələbələr üçün məcburi ümumi
geyim formasının aradan götürülməsi, institut inspektor-
larmın ləğvi, universitetlərdə «açıq qapılar» prinsipinin
tətbiqi - milli, dini, cinsi, yaş və s. amillərə görə
məhdudiyyətlərin ləğvi və orta məktəbləri - realm məktəbləri,
müəllim seminariyaları, xalq məktəblərini qurtaranların
hamısına ali məktəblərə daxil olmaq imkanının verilməsi və s.
məsələlər də müzakirə edilirdi.
1905-ci ilin sonunda tələbə yığıncaqları açıq siyasi
xarakter daşıyan geniş xalq hərəkatına çevrildi. Moskva,
Xarkov, Kazan, Odessa şəhərlərində tələbələr inqilabi
hadisələrin əsas iştirakçılarına çevrilmişdilər. Oktyabrın 16-
da Odessada N .Nərimanov, N .Yusifbəyli,
Şahmalıyev
qardaşları, O.Ivriqinski fəhlələrin mitinqində, barrikada
döyüşlərində iştirak etmişdilər. N .Nərimanov isə rus inqilabı
haqqında referatla çıxış etmiş, Rusiya müsəlman xalqlarının
117
Dostları ilə paylaş: |