da özümə yox, xalqıma həsr etmişəm". Məhz Heydər Əliyevin
fitri liderlik istedadı sayəsində Azərbaycanda dövlətçilik
özünü təkcə siyasi-hüquqi hadisə kimi deyil, konkret olaraq
milli-mənəvi gerçəklik kimi təsdiq edə bildi.
Artıq XX əsrin sonunda beynəlxalq miqyasda baş
vermiş iri miqyaslı hadisələr, iki dünya sistemi arasındakı
mübarizədə siyasi və hərbi balansın pozulması nəticəsində
dünyanın ən böyük güc mərkəzi olan SSRİ-nin sıradan
çıxması nəticəsində dünyada yeni nizamın formalaşdığı bir
dövrdə hər bir xalq öz gələcək inkişaf istiqamətini dəqiq
müəyyənləşdirmək üçün yollar aradığı bir vaxtda Azərbaycan
problemlərin məngənəsində sıxılırdı.
Məhz onun siyasi bacarığı nəticəsində Azərbaycan
özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacardı.
Heydər Əliyevin zəkası sayəsində Azərbaycanın beynəlxalq
aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı.O, bütün
çətinliklərə sinə gərərək, xalqı öz arxasınca aparmağa
və
müstəqil dövlətçiliyimizi ardıcıl sivil inkişaf yoluna çıxarmağa
qadir
olduğunu
sübut
etdi.
Hətta
"Azərbaycan
dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də,
bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər
dəqiqə, hər gün şəhid olmağa hazıram"-deyə Heydər Əliyev
bunu açıq bəyan etdi.
Dünya siyasəti meydanında cərəyan edən proseslərə
təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, siyasi
çəkisi və nüfuzu ilə seçilmişdir.
Heydər Əliyevin çevik siyasəti nəticəsində artıq 1994-
cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft
müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi ilə Heydər
Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının
əsasını təşkil edən neft strategiyasını yaratdı və onun həyata
keçirilməsi üçün ardıcıl işlər görməyə başladı. Bu layihənin
gerçəkləşməsi iqtisadi maraqların təmin olunması ilə yanaşı,
regionda sülhün daha da bərqərar olunmasına imkan yaratdı.
SSRİ dağılsa da hələ də onun acı nəticələri olan etnik
münaqişələrin, separatizmin mövcud olması bütün regionda
124
sülhü və əmin-amanlığı böyük təhlükə altına qoymuşdur. Bu
isə özünün sabit və əmin-amanlıq dövrünü yaşayan
Avropanı ona coğrafi baxımdan daha yaxın olan Qafqazın
qaynar və narahat bölgə kimi inkişafdan kənarda qaldığı
üçün olduqca narahat edir.
Regionda
etnik
münaqişələrin
olması
sülh
və
təhlükəsizlik üçün böyük problemlər yaratdığından Qafqaz
dövlətləri və xalqlarını dünya dövlətləri arasında iqtisadi və
mədəni inteqrasiya proseslərindən uzaqlaşdırır.Bu isə ümumi
inkişafı ləngidir, regionda sülhün və təhlükəsizliyin bərqərar
olmasım çətinləşdirir.
Lakin regionun əlverişli mövqeyi ona bölgədə və
dünyada sülh və inteqrasiya prosesində dominantlıq,
aparıcılıq, liderlik mövqeyi qazandırır. Bu mövqedən səmərəli
və beynəlxalq hüquq normalarına uyğun şəkildə istifadə edən
Azərbaycan
rəhbərliyi
regionda
sülh
və
inteqrasiya
proseslərinin
sürətləndirilməsi
məqsədilə
bir
sıra
iri
beynəlxalq layihələrin işlənib hazırlanması və gerçəkləşməsinə
başlamışdır.
Belə ki, "Böyük İpək Yolu"nun bərpası, Avropa-
Qalqaz-Asiya nəqliyyat dəhlizinin-'TRASEKA" proqramının
həyata keçirilməsi, Xəzərin enerji ehtiyatlarından birgə
istifadəyə
dair
"Əsrin
müqaviləsi"
adını
almış
neft
müqavilələri, "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft kəməri,
"Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələrinin əsas məqsədi
regionun, o cümlədən Azərbaycanın. Gürcüstanın milli
təhlükəsizliyi, xalqların rifahı, iqtisadi, mədəni inteqrasiyası,
regional əməkdaşlığın sürətləndirilməsi, bölgə üçün vacib
olan sülhün, əmin-amanlığın, sabitliyin möhkəmlənməsinə
birbaşa xidmət etmiş oldu.
Qafqazı vahid iqtisadi qurumda birləşdirmək "... öz
tarixləri ilə fəxr edən və gələcəyə inamla baxan insanların
yaşadıqları dinc, tərəqqi edən regiona çevirmək..." ideyası ilə
yaşayan Heydər Əliyev 1999-cu ilin dekabr ayında ATƏT-in
İstanbul sammitində
"Qafqazda sülh, təhlükəsizlik və
əməkdaşlıq paktı"nm yaradılması təklifi ilə çıxış etmişdi.
Sammitdə Qafqazda sülhün çağdaş dünyanın maraqlarına
tam uyğun olduğu, habelə regionda sülhün, təhlükəsizliyin
təminatında mühüm amil olması xüsusi vurğulanmış və
iştirakçı dövlətlərin başçıları tərəfindən müdafiə olunmuşdur.
Azərbaycanın XXI əsr neft strategiyasının memarı
olan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
Transqafqaz
nəqliyyat
qovşağında
Xəzərin
enerji
ehtiyatlarının Qərbə nəqlini əsas tutan "BTC" və "BTƏ" neft
və qaz kəmərləri layihələrinin reallaşması Cənubi Qafqaz
dövlətlərinin, ilk növbədə Azərbaycanın, Türkiyənin və
Gürcüstanın dövlət və milli təhlükəsizliyi, iqtisadi yüksəlişi,
bütövlükdə regional və beynəlxalq inteqrasiya üçün çox
böyük əhəmiyyət kəsb etdiyi bu gün bütün dünya tərəfindən
etiraf edilir.
Bölgədə, ilk növbədə isə Azərbaycanda sosial-iqtisadi
tərəqqinin hərtərəfli inkişafına əlverişli şərait yaratmaq
məqsədi ilə Heydər Əliyev təkcə iqtisadi-siyasi amillərlə
yanaşı, dünyada baş verən qlobal siyasi proseslərdən də
ümummilli məqsədlərə çatmaq üçün istifadə etməyə çalışırdı.
Belə ki, 20 sentyabr 2001-ci ildə dünyanın siyasi həyatında
baş verən qlobal terror dalğası nəticəsində yaranmış
beynəlxalq antiterror koalisiyasına Azərbaycan dövləti də
dərhal qoşuldu. Onsuzda erməni terrorundan ən çox əziyyət
çəkən Azərbaycan bunun fəsadlarını öz üzərində hələ ABŞ-
dan çox öncə hiss etmişdi, illərlə terrorun təkcə Azərbaycan
üçün yox, dünyanın bütün xalqları üçün ən dəhşətli bəla
olduğunu açıq bəyan edən Heydər Əliyev, beynəlxalq
ictimaiyyətin terrorla mübarizə çağırışına da öz əməli işi ilə
dəstək verdi. Azərbaycanın silahlı qüvvələri beynəlxalq sülh
məramlı qüvvələrin tərkibində Kosovo, Əfqanıstan və İraqda
öz sülhpərvər missiyasını uğurla yerinə yetirir.
Ümummilli
lider
Heydər
Əliyevin
ardıcıl
və
məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun
ən mühüm uğurlarından biri də 2001-ci ildə Azərbaycanın
Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə
126
Dostları ilə paylaş: |