qovuşması oldu. Beləliklə Azərbaycan özünün gələcəyini
Avropaya tam inteqrasiya ilə bağladı.
Heydər Əliyevin xarici siyasətini təlılil edərkən diqqəti
cəlb edən əsas məqam ondan ibarətdir ki, o, gördüyü işlərin
əsas qayəsini təkcə Azərbaycan xalqı və dövləti .üçün deyil,
eyni zamanda bütün region xalqlarının mənafeyi naminə,
onların sülh və təhlükəsizlik şəraitində yaşayıb- inkişaf
etməsi, bölgəni dünyanın siyasi-hərbi problemlərdən uzaq bir
guşəsinə çevirmək təşkil edirdi.Bu da onun ümumbəşəri
dəyərlərə malik bir şəxs olduğunu sübut edir.
Bu gün də Azərbaycan dövləti, onun lideri İlham
Əliyev də Ümummilli Lider Heydər Əliyevin bizlərə miras
qoyduğu siyasətə sadiq qalmaqla onu uğurla davam etdirir.
Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün bütün
vasitələrdən istifadə edilir.
•
•
Omrüniin böyük bir hissəsini xalqına, Vətəninə bağlayan
bu dahi şəxsiyyət haqqında hələ bundan sonra da çox deyiləcək,
yazılacaqdır. Çünki o, Azərbaycan tarixində Heydər Əliyev
dövrü adlı böyük bir mərhələnin başlanğıcını qoyıııuş və
perspektivini müəyyənləşdirmişdir. Bu gün reallaşdırılan
Heydər Əliyev ideyaları xalqımızı tərəqqiyə, ölkəmizi gələcək
inkişafa aparan yolun, milli ideologiyamızın aim xəttini təşkil
edir.
E LB R U S İSA YEV
ф
Naxçıvan Dövlət Universiteti
BÖYÜK İPƏK YOLU ÜZƏRİNDƏ NAXÇIVAN
ŞƏHƏRLƏRİ
Böyük İpək Yolu və qollarının keçdiyi Azərbaycan
şəhərləri arasında
Naxçıvan, Ordubad, Azad, Culfa və
Qarabağlar şəhərlərinin özünəməxsus yeri vardır. Şərqlə Qərb
arasında ticarət yollan ayrıcında yerləşmiş Naxçıvandan
irana, Hindistana, Orta Asiyaya, Çinə uzanan karvan yolu
127
Naxçıvanın iqtisadi və mədəni inkişafında əhəmiyyətli rol
oynamışdır. Tarixi mənbələrdə Böyük İpək Yolunun bir qolu
da Elcbatandan ayrılıb Albaniya ərazisinə keçdiyi, Qədim
Qəbələ, Bərdə və Naxçıvandan dolanaraq yenidən Bağdada
əsas yola qovuşduğu göstərilir. Yaxın Şərqin başqa orta əsr
şəhərlərində olduğu kimi bu şəhərdə də sənətkarlıq və ticarət
təsərrüfatın başqa sahələri ilə əlaqədar şəkildə inkişaf edirdi.
Naxçıvanda istehsal olunan kənd təsərrüfatı məhsulları və
şəhər sənətkarları tərəfindən hazırlanan müxtəlif növ
əşyaların müəyyən qismi şəhər əhalisinin istehlakına sərf
olunurdusa, bir hissəsi də bazara çıxarılır və başqa yerlərə
ixrac edilirdi. Naxçıvandan ölkənin digər şəhərlərinə və
Yaxın Şərq ölkələrinə duz, mis, pambıq, taxıl, quru meyvə,
balıq
və
s.
aparılırdı.
Naxçıvan
ustaları
tərəfindən
hazırlanmış müxtəlif məmulatlar, zərif parçalar, zinət
əşyaları, ağacdan qayrılmış incə naxışlı qablar, saxsı əşyalar
xarici bazarlara çıxarılırdı. Yaxın Şərq ölkələrindən öz
növbəsində buraya müxtəlif əmtəələr gətirilirdi. Həmin
əmtəələr içərisində ədviyyat, müxtəlif ipək parçalar, şirli saxsı
qablar, fayans, seladon, metal əşyalar, silahlar və s. var idi (1,
s.55).
Naxçıvan ərazisi beynəlxalq ticarət yollarının kəsişdiyi
mühüm məntəqə idi. Təbrizdən Qara dəniz şəhərlərinə gedən
ən qısa yol Naxçıvan ərazisindən keçirdi. Eyni zamanda
Təbrizdən Qara dəniz vasitəsilə Avropaya gedən yol
Naxçıvandan keçirdi. Bu ən münasib və qısa yollardan biri
sayılırdı. Naxçıvandan və Culfa tərəfindən Araz çayı üzərində
salınan körpülər bu yolu xeyli rahatlaşdırırdı (2, s.33). Ticarət
əsasən şəhərlərdə aparıldığı üçün karvan yolları da bu
şəhərlərdən keçirdi. Bunlardan ən mühümü Şamaxı-Qarabağ-
Naxçıvan-İrəvan və Türkiyəyə gedən yol; Təbriz-Mərənd-
•
•
Naxçıvan-Irəvan-Ərzurum-Istanbul yolu; Əylis-Naxçıvan-
İrəvan-Kars-Ərzurum-T okat-İzmir-İstanbul-Venesiya
yolu
idi (3, s.28). Orta əsr ərəb səyyahı və coğrafiyaşünaslarından
IbnXordadbeh və Əbu əl-Fərəc Qudama Naxçıvandan Dəbilə
qədər olan məsafəni 20 fərsəng. əl-Istəxri, ibn Havqəl, Əl-
128
Müqəddəsi və Əl-İdrisi isə dörd mənzil olduğunu göstərirlər.
Buradan göründüyü kimi Naxçıvandan Dəbilə olan karvan
yolunda hər «mənzil» beş lərsəııgə bərabər idi. Naxçıvan həm
də Mərənd, Xoy, Təbriz, Marağa, Urmiya, Səlmas,
Xarrakan, Dəbil və s. şəhərləri birləşdirən tranzit-ticarət yolu
üzərində yerləşmişdir. Naxçıvandan Mərəndə məsafə 20
fərsəng, Xoya 25 fərsəng, Səlmas 32 fərsəng, Urmiyaya 46
fərsəng, Marağaya 76 fərsəng, Dəbilə 20 fərsəng idi (1, s.58).
Orta əsr ticarət yollarının keçdiyi Naxçıvan ərazisində
Ordubad şəhəri .ticarət-iqtisadi cəhətdən mühüm əhəmiyyətə
malik bir şəhər idi. Dəniz səviyyəsindən 950 metr
yüksəklikdə, Naxçıvan şəhərindən 88 km cənub-şərqdə
yerləşən, qədim zamanlardan Naxçıvan əhalisi .tərəfindən
«yerin
cənnəti»
adlandırılan
Ordubad
orta
əsrlər
Azərbaycanının əhəmiyyətli sənətkarlıq, ticarət, elm və
mədəniyyət mərkəzi kimi şöhrətlənmişdir (4, s.4).
Xanlıqlar dövründə də Ordubad şəhəri ticarətdə
mühüm rol oynamışdır. Ordubad şəhərində 35 topdansatış
dükanı fəaliyyət göstərirdi. Ordubad bazarında 85 dükan var
idi ki, onlardan 30-da ipək və pambıq parçalar, mahud, çay,
qənd, kofe və s. satılırdı. İxrac olunan mallar əsasən daxildə
istehsal olunan pambıq, çəltik., dəri, güncüt yağı, yun, quru
meyvə və s-dən ibarət idi (5, s.109).
Ordubad şəhərinin ixrac etdiyi mallar Zaqafqaziyadan
xeyli
uzaqlara
göndərilirdi.
Ordubaddan
Moskvaya,
Nijneqorod yarmarkasına xam və boyadılmış ipək aparılırdı
(6, s.96). Ordubad həm də Azərbaycanda qədim tarixə malik
olan ipəkçiliyin yaıyldığı ilk ərazilərdən biri olmuşdur.
İpəkçiliyin bu ərazidə geniş yayılmasının və inkişafının
başlıca faktorları bu ərazidə münbit hava şəraitinin olması və
40-60
gün
ərzində
barama
qurdlarının
düzgün
qidalandırılmasıdır. Eyni zamanda ipəkçiliyin inkişafında
iqtisadi amillərin rolu da böyükdür. Çünki bu dövrdə ipək
sürətlə inkişaf edərək digər məhsullarla müqayisədə ən
qiymətli mala çevrilmişdir (7, s.47).
Orta əsrlərdə Ciılfa şəhəri beynəlxalq ticarətin iri
129
Dostları ilə paylaş: |