hüquqsuz vəziyyəti barədə fikirlər söyləmişdi (10). Noyabrın
6-da isə N.Nərimanov qaragüruhçular tərəfindən qətlə
yetirilmiş mitinqçilərin matəm mərasimini təşkil etmişdi.
ф
ilin sonunda inqilabi hərəkatın zəifləməsindən istifadə
edən çar hökuməti tələbə hərəkatının daha güclü olduğu ali
məktəblərdə dərsləri müvəqqəti dayandırmaq qərarına gəldi.
Hökumət 20 dekabr 1905-ci il tarixli qərarı ilə Kiyev
Politexnik İnstitutu istisna edilməklə, bütün ali məktəblərdə
1906-cı ilin sentyabrına qsdər məşğələlər dayandırıldı.
Bundan sonra azərbaycanlı tələbələr vətənə qayıdaraq
Azərbaycanda davam edən siyasi mübarizəyə qoşuldular.
Onlar Bakıda tələbə-müsəlmanlar arasında iş aparır, qəzet
səhifələrində çıxış edir, müxtəlif xeyriyyə tədbirlərində, kasıb
tələbələrə
yardım
göstərilməsində,
qarşılıqlı
yardım
kassalarının yaradılmasında kitabxanaların təşkilində iştirak
edirdilər.
M. B. Axundov,
M.Əzizbəyov,
H.Terequlov,
C.İsmayılov, N.Nərimanov və b. bu işlərdə daha fəal idilər.
N.Nərimanov «Nadanlıq». «Nadir şah» əsərlərini tamaşaya
qoymuş və pulu ehtiyacı olan tələbələrə kömək üçün vermişdi
(U).
Lakin artıq qeyd edildiyi kimi, tələbə hərəkatı sosial-
demokrat partiyasının təsiri altında idi. Azərbaycanın tələbə
gənclərindən bir çoxu bu firqəyə daxil idilər. Əgər Rusiyada
ali təhsil almış yaşlı nəslin nümayəndələri, mülkədar sinfindən
çıxmış ziyalılar (Ə.Topçubaşov, İ.Ziyadxanov, F.X.Xoyski,
X.B.Xasməmmədov və b.)
rus liberalizmini
müdafiə
edirdilərsə, gənc nəsil Rusiyanın radikal və inqilabçı
cərəyanlarına təmayül göstərirdi. M.Ə.Rəsulzadə qeyd edirdi
sadiq olmasa da, ən münasib müttəfiq hesab edirdilər.
118
Məmləkətimizi istila və istismar edən Rusiyaya qarşı
bəslədikləri kin sayəsində onlar pozğunçuluq hərəkətlərini, bu
işdə daha ifratçı fırqələrin taktikasını təbii ki, daha məqbul
hesab edir və bu taktikanı daha asanlıqla qəbul edirdilər (12).
1906-cı ilin sonlarında universitetlərdə məşğələlərin
bərpa
edilməsi,
azərbaycanlıların
öz
oxuduqları
ali
məktəblərə dönmələri ilə həmyerlilər cəmiyyətinin fəaliyyəti
də canlanmağa başlayır.
Həmin dövrdə Rusiya universitetlərinə azərbaycanlıla
rın yeni nümayəndələri daxil olur. Bunlar içərisində Odessa
Universitetinin tələbəsi H.Şahtaxtinski (13), Peterburq
Universitetinin hüquq fakültəsinin tələbəsi Camal bəy
Hacmski (Azərbaycan parlamentinin üzvü Mehdi bəy
Hacmskinin qardaşı, Qubalı imzası ilə tanınmış publisist),
Moskva Universitetinin tələbələri Zeynal bəy Səlimxanov,
Məmməd Yusif Cəfərov, Əkbər bəy Kazımbəyov, Kazan
Universitetinin tələbələri Əliabbas Qədimov, Mirhidayət
Seyidzadə, Xarkov Universitetinin tələbələri Hüseyn Vəliyev
(milyonçü Aşurbəyov təqaüdçüsü), ilyas Cəfərov (Bakı
Dumasının təqaüdçüsü) və başqaları var idi.
C.Hacmski ali təhsil aldığı illərdə həmyerlilər cəmiy
yətinin işində yaxından iştirak edir, mədəni-maarif işlərinə
baxırdı. O, həmçinin Bakıda çıxan qəzetlərə müxtəlif
mövzularda materiallar göndərirdi. Azərbaycanlı tələbələr
arasında öz fəallığı ilə seçilən gənclərdən biri də M.Y.Cəfərov
idi. O, Moskvada təhsil almış tələbələrlə birlikdə Azərbaycan
etnoqrafik və konsert gecələri təşkil etmiş, yığılan pulları
imkansız tələbələrin ehtiyacları üçün sərf edirdi. 1912-ci ildə
hüquq fakültəsini bitirərək N:igahın şəriət üzrə pozulması
haqqında dissertasiya müdafiə etmişdir. Kazanda təhsil alan
119
azərbaycanlılar da inqilabi hərəkatda iştirak etmişdilər.
Onlardan biri H.Vəzirov həbs edilmiş, yalnız milyonçu
M.Muxtarovun sayəsində universitetdən xaric olunmamışdı.
Kazan həmyerliləri cəmiyyəti İranda inqilabi hərəkata pul
vəsaiti və silahların ötürülməsində yardım göstərirdilər. İranlı
inqilabçılara ədəbiyyat və silahla yardım göstərilməsində
Peterburqda oxuyan azərbaycanlılar da iştirak edirdilər (14).
Azərbaycanlı tələbələr əvvəllər olduğu kimi, yenə də
inqilabi hərəkatda iştirak etməkdə davam edirdilər. 1907-ci
ilin fevral-mart aylarında Moskva Universitetində təşkil
edilmiş mitinqlərdə M.Y.Cəfərov, M.Saracalınski, Z.Səlim-
bəyov, Peterburqda martın 8-də olmuş tələbə yığıncağında,
C.Hacınski, A.Əmiııov, M.Haşımov iştirak etmişdilər.
Lakin çarizmin inqilabi hərəkatına qarşı repressiv
hərəkətləri öz təsirini tələbə hərəkatında da göstərməyə
başlamışdı. Tələbələrin kütləvi həbsləri, institutlardan xaric
edilmələri şəraitində bu hərəkat əvvəlki intensivliyini
itirməkdə idi. Düzdür, bu hərəkatın müəyyən uğurları da
olmuşdur. Belə ki, hökumət orta məktəbləri qurtaranların
hamısını ali məktəblərə daxil olmaq hüququnu tanımış,
institut inspektorları vəzifəsi ləğv edilmiş, qadınların təhsil
almaq imkanları artmışdı. Lakin tezliklə hökumət universitet
ilə bağlı qəbul etdiyi qərarlara yenidən baxaraq, ali
məktəblərin muxtariyyətini ləğv etmişdi. 1907-ci il iyunun 11-
də Stolıpinin qəbul etdiyi «tələbə təşkilatları və ali
məktəblərdə yığıncaqların təşkili haqqında» qaydalara görə
bütün inqilabi-demokratik və həmyerlilər təşkilatlarının
universitetlərdə fəaliyyəti qadağan edilirdi. İki gün sonra isə -
13 iyunda qəbul edilmiş tələbə yataqxanaları haqqında yeni
120
Dostları ilə paylaş: |