ləşdirməkdə bəzi çətinliklər yaradır. Eyni zamanda paralel
strukturların mövcudluğu, səlahiyyətlərin bir- birini təkrar
etməsi
bələdiyyələrin effektiv fəaliyyətinə mane olan
səbəblərd əndir.
Ədəbiyyat:
1. Əsgəıov Z.,
Nəsirov E.,
İsmayılov M.,
Məmmədov
X.,
Azərbaycanın Dövlət və Hüququnun əsasları. Bakı, 2003
2. Langrod G. Local Goverment and Democracy. «Public
Administration Review, Vol. 31
3. Görmez K. Yerel demokrasi və Türkiye. Vadi Yayınları,
Ankara, 1997
4. Lipson L. Politika Biliminin Temel Sorunları. Ankara, 1978
5. Azərbaycan Respublikası Konstitusiyası.
6. Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikası
Qanunu.
7. Abdullayev E., Həsənova S. Bələdiyyə Hüququ. Bakı, 2002
NO VR Ü ZƏ Lİ R ƏHİMO V
Naxçıvan Dövlət Universiteti
QLOBALLAŞMA PROSESİNİN MAHİYYƏTİ VƏ
BU PROSESDƏ AZƏRBAYCANIN ROLU
İndiki dövrdə dünyada baş verən geniş və əhatəli
proseslərdən biri qloballaşma prosesidir. Son vaxtlar demək
olar ki, bütün dillərdə nəşr olunan ədəbiyyatlarda qlobal
laşmaya geniş yer verilir. Bu problemin diqqət mərkəzinə
keçməs:: xüsusilə XX əsrin 90-cı illərindən başlanır.
Qloballaşma prosesi çoxşaxəli proses olaraq ictimai
həyatın bütün sahələrini əhatə edir və bunun üçün də ciddi
maraq doğurur.
Qloballaşma dünya miqyasında siyasi,
iqtisadi,
mədəni və s. əlaqələrin daha da yaxınlaşmasıdır.
152
Qloballaşma prosesinə münasibət müxtəlifdir. Bıı
prosesin bir çox filosoflar tərəfindən həm müsbət həm də
mənfi cəhətləri göstərilir. Bir sıra tədqiqatçıların fikrincə
qloballaşma Milli
iqtisadiyyatların
vahid
ümumdünya
sistemində birləşməsidir. Dünya bazarının siyasi fəaliyyəti
sıxışdırması və yaxud dəyişdirməsidir (2, s.333). Bəzən də onu
dünya ağalıqlarının ideologiyası adlandırırlar, inkişaf etmiş
ölkələrin geridə qalmış ölkələri istismar etmək üçün vasitə
olduğunu göstərirlər.
Qloballaşma
iqtisadiyyatların
«Soyuq müharibə»dən sonra milli
yaxınlaşması
nəticəsində
yaranmış
beynəlxalq sistemdir və kapitalın maneəsiz yerdəyişməsinə
əsaslanır, dünyanın informasiya baxımından açıq olmasını
tələb edir, kommunikasiya .yaxınlaşmasının, ümumbəşəri elmi
inqilabın zəruriliyini irəli sıirür(l, s.46.). Sürətli texnoloji
yeniləşmə, beynəlxalq təşkilatların rolunun artması, yeni
nəqliyyat
növləri,
telekomunikasiya
texnologiyasının
reallaşması, təhsilin beynəlmiləlləşməsi də bura aiddir.
Amerikalı tədqiqatçı T.Fridmanm fikrincə qlobal
laşma bazarın, millətlərin, dövlətlərin və texnologiyaların
qarşısıalınmaz inteqrasiyasıdır. Onun fikrincə hər hansı ölkə
qloballaşma sisteminə daxil olarsa onun elitası inteqrasiyanın
perspektivlərini təhlil etməyə başlayır və qlobal səviyyədə öz
yerini müəyyənləşdirməyə çalışır.
Qloballaşma prosesi dünyanın bütün ölkələrində azad
bazarın yayılmasına gətirib çıxarır. Banklar, firmalar, sənaye
şirkətləri Milli hökumətlərin təsiri altından çıxmış kimi
özlərini aparır. Xarici firmalar daha tez iş yerləri aça bilir.
Qloballaşma insanların sosial-mədəni əlaqələrinin
coğrafi cəhətdən məhdudiyyətlərini aradan qaldırır və onların
birgə fəaliyyətinə şərait yaradır ki, bu da inkişafa səbəb olur.
Sözsüz ki, cəmiyyət özünün tarixi inkişafında hər bir yeni
mərhələyə çatdıqca bir-birindən coğrafi mənada uzaqda olan
insanlar arasında müəyyən qədər yaxınlaşmaya səbəb
olmuşdur. Bu baxımdan müasir dövrdə elmi-texniki tərəqqi
153
ilə əlaqədar olaraq bu yaxınlaşma özünün yeni mərhələsinə
keçməkdədir.
Qloballaşma prosesi cəmiyyətimizdə artıq insanların
şüurunda və gündəlik davranışında müəyyən dəyişikliklər edə
bilmişdir.
Qloballaşmanı tarixi inkişafın həm məhsulu, həm də
tələbi kimi qiymətləndirmək olar. Qloballaşma prosesini
sürətləndirən əsas səbəblərdən biri də müəyyən problemlərin
daha geniş miqyas almasıdır. Bu cəhətdən bəşəriyyətin
məhvinə aparıb çıxaran müharibə problemi, insanların
yaşayış şəraitinin məhvinə səbəb olan ekoloji problemlər,
müxtəlif qorxulu xəstəliklərin artması müasir şəraitdə artıq
çoxlarını narahat etməkdədir. Nəzərə almaq lazımdır ki,
bütün bu problemlərin həllinə hamılıqla, qlobal şəkildə
yanaşılarsa müəyyən nəticələr əldə etmək olar. Bu baxımdan
artıq insanlar öz fəaliyyətlərini əlaqələndirməyə çalışırlar.
Həm də bu sahədə bir sıra beynəlxalq təşkilatlar fəaliyyət
göstərirlər. Bu da qloballaşma prosesinin sürətlənməsinə
səbəb olur.
Beynəlxalq istehsal və ticarət sahəsində müqavilələrin
genişlənməsi, məlumatlandırılma və əlaqələndirmə texnolo
giyasının inkişafı, mədəni əlaqələrin artması, beynəlxalq
təşkilatların rolunun artması və s. kimi proseslər cəmiyyətin
qlobal idarəolunması istiqamətinə doğru aparır.
Qloballaşma sıx qarşılıqlı fəaliyyətdə olan kompleks
sistemin yaranması kimi xarakterizə oluna bilər. Qloballaşma
təkcə dünyanın iqtisadi prosesləri dəyişmir, həmçinin onun
strukturunu dəyişir. Bəşəriyyətə ağlasığmaz təsirlər edir,
tronsnontinental və regionlararası proseslər gedir ki, bunlar
da öz növbəsində miqyasına görə qlobal qarşılıqlı asılılıq
münasibətlərini formalaşdırır (3,s.55).
Qloballaşma
prosesinin
getdikcə gücləndiyi
bir
şəraitdə hər bir ölkə, hər bir millət özünün taleyi və bu
prosesdə yeri haqqında düşünməlidir. Daha dəqiq desək öz
154
Dostları ilə paylaş: |