şirkətlərinin əsas prioritet istiqamətinə çevrilməsinə səbəb
olmuşdur. Hu dövrdə dünyanın əsas neftçıxarma rayonu olan
Şimali Azərbaycan Böyük Britaniyanın da marağını cəlb
etmişdir. Həmin dövrdə ingilis kapitalı ölkəmizə fəal daxil
olaraq onun neft sənayesində möhkəm yer tutmuşdur.
Eyni zamanda, 1872-ci ildə Bakıda neft sənayesinə
kapital axınına mane olan iltizam sistemi ləğv olunmuş və
neft verən torpaqlar qruplara bölünüb, ayrı-ayrı kapital
sahiblərinə uzun müddətli icarəyə verilmişdir.
Bunun
nəticəsində 1873- cü ildə Bakı rayonunda cəmi 12 şirkət
fəaliyyət göstərdiyi halda, əsrin sonlarında onların sayı 140-a
çatmışdır.
Neft verən torpaqların icarəyə verildiyi vaxt və ondan bir
neçə il sonra neft sənayesində aparıcı qüvvə əsasən yerli
kapital nümayəndələri idi. Tezliklə neft sənayesinə xarici
kapital axını başlandı. Belə ki, 1880-cı il mayın 1-də Çar
Hökumətinin Xüsusi İclasında xaricilərin Bakı rayonunun
neft yataqlarının işlədilməsinə dəvət edilməsinin təşviqi ilə
bağlı qəbul etdiyi qərar bu axının əsas hərəkətverici qüvvəsi
olmuşdur.2 Xarici sərmayəçilərin arasında fransız və onun
ardınca ingilis kapitalı mühüm yer tuturdu. Artıq 1901-ci ildə
xarici sərmayə Bakı neftinin hasilatında və satışında aparıcı
mövqeyə yiyələnmişdi. Belə ki, həmin ildə ingilis şirkətlərinin
yataqlarında neft hasilatının ümumi həcminin 11 faizi
yerləşirdi. 1903-cü ildə isə Bakı rayonunda 60 milyon rubl
kapitala malik 12 ingilis cəmiyyəti mövcud idi. Bu şirkətlər
arasında maliyyə idarəsi Londonda yerləşən və kapitalının
ümumi məbləği 33,5 milyon rubl təşkil edən «The Slıibaeff
Petroleum»,
«Baku
Russian Company»
və «Russian
Petroleum Company» xüsusilə aktiv fəaliyyət göstərirdi.3
Onlar başlıca olaraq çətin maliyyə vəziyyətində olar köhnə
müəssisələrin aksiyalarının əldə edilməsi yolu ilə fəaliyyətə
başlayırdılar. Bundan əlavə, Bakıda fəaliyyət göstərən ingilis-
holland «Royal Dutch/Shell» qrupu «Xəzər- Qara dəniz»,
«Mazut», «Şibavev», «Qafqaz» cəmiyyətlərinin səhmlərinin
161
xeyli hissəsinin sahibinə çevrilmişdir. 1917-ci ildə isə Bakı neft
rayonunda 112,6 milyon rubl xarici səhmlər kapitalının 54,3
milyon rublu (48 faizi) ingilislərin payına düşürdü.
Ümumilikdə XX əsrin əvvəllərində ingilis neft şirkətləri
Azərbaycanda H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev kimi
neft maqnatlarının timsalında yerli neft kompaniyaları ilə,
eləcə də xarici investorlardan Nobel Qardaşları Neft Şirkəti,
Rokfeller sindikatı, Rotşildlərlə rəqabət aparırdı. Bunun
göstəricisidir ki, 1914-cü il üçün Rusiyanın neft hasilatı
başlıca olaraq üç şirkət - “Neft” (Oil) (28%), “Şell” (20%),
“Nobel Qardaşları” (14%) arasında bölünmüşdür. Bu
şirkətlər həmin dövr üçün dünya neft istehsalının 62 faizini
hasil edirdi.4 Rusiya neft sənayesində “Şell” şirkətinin başlıca
rəqibi Nobel Qardaşları idisə, dünya miqyasında əsas rəqib
ABŞ- m ’’Standart Oil” sindikatı idi.
Bakı neft yataqlarının ilk ingilis alıcısı məşhur neft
taciri Alfred Stüart olmuşdur, iri neft ticarəti şirkəti olan
“Alfred Stüart və Ko” şirkətinə rəhbərlik edən və böyük
kommersiya əlaqələri olan bu şəxs 1896-cı ildə Bakı neft
sənayeçisi Çaturovun neft quyularını almışdır. A.Stüart
həmin neft quyularının əsasında, eləcə də Qalisiya və
Rumıniyada daha əvvəl əldə edilən neft torpaqları sayəsində
1896-cı ilin iyulunda ümumi kapitalı 1 mln. funt sterlinq olan
“Avropa neft kompaniyası”nm əsasını qoymuşdur.5
XIX əsrin sonlarında zəifləyən Çar Rus imperiyası
digər müstəmləkəçi imperiyaların iri neft şirkətləri üçün əsl
mübarizə meydanına çevrilir. Belə ki, rus neft ticarətinin ələ
keçirilməsi uğrunda mübarİ
2
;ədə bir sıra ingilis şirkətləri
liderliyi ələ alırlar. “Semyuel and Со” adlı ingilis şirkəti
Rotşildlərlə saziş imzalayaraq rus neftinin ticarəti ilə məşğul
olmaq barədə razılığa gəlir. Həmin sazişə əsasən Markus
Semyuelin rəhbərlik etdiyi “Semyuel and Со” şirkəti
Rotşildlərin neftinin satışı üzrə inhisarçı hüquqları əldə edir.
1890-cı ildə Markus Semyuel Bakıya səfər etmişdir. O,
buradan tanker vasitəsilə Cənub-Şərqi Asiyaya neftin
162
daşınması haqqında razılığa gəlmişdir. Buradakı fəaliyyəti ilə
bağlı M.Semyuel 1897-ci ildə “Şeir’ şirkətinin əsasını
qoymuşdur. Artıq XX əsrin əvvəllərində dünya neft
sənayesinin aparıcı fiqurlarından birinə çevrilən “ŞeH” dünya
miqyasında əsas rəqibi ABŞ-ııı “Standart Oil” sindikatı ilə
rəqabətdə öz qüvvələrini birləşdirmək məqsədilə 1907-ci ildə
“Royal Dutch Shell"’ transmilli korporasiyasını yaratmışdır.
Bakı
bu
transmilli şirkətin
fəaliyyət göstərdiyi
əsas
regionlardan biri idi. Belə ki, 1912-ci il üçün “Royal Dutch
ShelP’-in bütün dünya bazarları üzrə istehsal etdiyi neftin 1/3
hissəsi Bala və onun ətrafının payına düşürdü. 1914-cü ildə
isə korporasiyaya daxil olası neft şirkətləri Bakı neft
yataqlarından 57 milyon pud neft çıxarmışdır ki, bu da həmin
il üçün Rusiya neft hasilatının 1/5-ni təşkil edirdi.6 Hazırda
da Xəzər regionunda, xüsusilə Qazaxıstan və Azərbaycanda
iri layihələrin iştirakçısı olan bu şirkət 1917-c.i ilə qədər
Azərbaycanda fəaliyyət göstərmişdir.
Sovet imperiyası dağıldıqdan -sonra isə Birləşmiş
Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini
tanımış, 1992-ci il martın 11-də isə ölkələrimiz arasında
diplomatik əlaqələr qurulmuşdur.
Böyük Britaniya Azərbaycan neftinə maraq göstərmiş
ilk Qərb ölkələrindəndir. Hələ 1989-cu ilin mayında
Şotlandiyanın Remko şirkətinin Prezidenti Stiv Remp Bakıya
səfər etmişdir. 1990-cı ildə “Remko” şirkəti Xəzər dənizindəki
“Günəşli” yatağının öyrənilməsinə başlamışdır. 1992-ci ildə
“Remko” və Amerikanın “ Penzoyl” şirkətləri arasında
danışıqlar başlanmış və oktyabrın 1 -də iki şirkət ilə layihənin
başa çatdırılması üzrə saziş bağlanmışdır.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı
üçün Azərbaycan Respublikasının Prezidenti cənab Heydər
Əliyevin 1994-cü il fevralın 22-25-də Böyük Britaniyaya ilk
rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Belə ki, məhz bu səfər
zamanı imzalanan bir sıra müqavilələr əsasında müxtəlif
sahələr üzrə əməkdaşlığın hüquqi bazası qoyulmuşdur.
163
Dostları ilə paylaş: |