Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə52/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   48   49   50   51   52   53   54   55   ...   205

dəyişən  və  istehlak  prosesindən  kənarda  olan  şəraiti 

xarakterizə  edən  göstəricilər;  ikinci  qrupa  istehsalın  faktiki 

səviyyəsini  və  strukturunu  xarkterizə  edən  göstəricilər 

daxildir.  Birinci  qrup  göstəriciləri  respublika  iqtisadiyyatının 

sahə  quruluşu,  məhsuldar  qüvvələrin  yerləşməsi  və  inkişafı 

xüsusiyyətlərindən 

asılı 

olaraq 


dəyişilir. 

İkinci 


qrup 

göstəriciləri  əhalinin  özünün  ailə  tərkibindən,  tələbatın 

quruluşundan  və  istehlak  siferasında əhalinin  bu  və  ya  başqa 

əmtəəyə üstünlük verməsindən  asıl  olur.

Müasir  dövrdə  əhalinin  sosial  müdafiəsinin  obyektiv 

zəruriliyi  bazar  münasibətlərinə  keçidin  qanunauyğunluq­

larından  irəli  gəlir.  Planlı  iqtisadiyyat  şəraitində  əhalinin 

gəlirləri  istelak  büdcəsini  təmin  eclirdi  və  bir  çox  hallarda 

yığım  üçün  vəsait  ayrılırdı.  Az  təminatlı  əhali  kateqori­

yalarının  sosial  müdafiəsi  isə  dövlətin  sosial  təminatı  ilə 

həyata keçirilirdi.

Bazar iqtisadiyyatına  keçid  şəraitində gəlirlərin  forma­

laşması  problemləri  çoxdur. 

Gəlirlərin 

formalaşmasının 

həqiqi  obyektiv  mənbələri  ilə  subyektiv  mənbələr  arasında 

ziddiyət  meydana  çıxır.  Əhalinin  ayrı-avrı  quruplarının 

gəlirləri  arasında  fərqlər  bunun  əsasında  əmələ  gəlir,  sosial 

təbəqələşmə 

güclənir. 

Normal 

inkişaf 


etmiş 

bazar 


iqtisadiyyatı  sistemi  olan  ölkələrdə  dövlət  bıı  prosesi 

tənzimləyir.  Qeyd  etmək  lazımdır  ki,  bizim  respublikamızda 

da  dövlət  əhalinin  gəlirlərinin  tənzimlənməsi  sahəsində  xeyli 

işlər görmüşdür.

Şəhərdə  fəhlə  və  qulluqçuların  gəlir  mənbələrindən 

fərqli  olaraq  kənd  əhalisinin  məcmuu  gəlirlərinin  tərkib 

hissəsində  əmək  gəlirləri  ilə  yanaşı  həm  də  şəxsi  yardımçı 

təsərrüfatlardan  əldə edilən  gəlir,  dövlət müavinətləri  və digər 

mənbələrdən gələn gəlirlər də mühüm rol  oynayır(2, səh43).

Kənd  istehsalçılarının  təsərrüfat-maliyyə  fəaliyyətinin 

və  sosial  vəziyyətinin  təhlili  göstərir  ki,  dövlət  dəstəklən­

məsi 


həyata 

keçirməyən, 

xidmətlərə 

olan 


ehtiyacı 

ödəməyən,  gəlirləri  artırmadan  bu  sahədə  əsaslı  dönüş  və

158



inkişaf  əldə  etmək  mümkün  deyildir.  Odur  ki,  aqrar  böl­

mənin  prespektiv  inkişafı  üçün  üç  mərhələdə  -  qısa,  orta 

və  uzunmüddətli  proqramların  hazırlanması  vacib  məsələ 

kimi  qarşıda  durur(l).

Aqrar  bölmədə  iqtisadi  islahatların  dərinləşdirilməsi 

və  yeni  mülkiyyətçilərin  yaranması,  sahibkarlığın  inkişaf 

etdirilməsi, 

emal  müəsisələrinin  özəlləşdirilməsi  və  ya 

səhmdar  cəmiyyətlərə 

çevrilməsi, 

müxtəlif  aqroserviz 

müəsisələrinin  yaradılması,  istehsal,  emal,  satış  və  xidmət 

müəsisələri 

arasında 

istehsal  -   iqtisadi 

əlaqələrin 

formalaşması, 

idarəetmə  sisteminin 

yeniləşməsi, 

daxili 


bazarın  qorunması,  bang,  maliyyə,  kredit,  vergi,  qiymət, 

sığorta  siyasətinin  formalaşması,  elmi-texniki  təıəqi  və 

qabaqcıl  təcrübənin  tətbiqinin  genişləndirilməsi 

müxtəlif 

regionlarda  xeyli  iş  yerlərinin  açılması  və  məşğulluğun 

təmin 


edilməsi 

respublikamızın 

dövlət 

büdcəsinin 



formalaşması 

əhalinin 

maddi 

rifah 


halında 

mühüm 


dəyişiklik baş  versin(5, səh 79).

Azərbaycan  dövlətinin  iqtisadi  gücünü  artırmağa,

büdcə  gəlirləri  yüksəldikcə  əsas  məqsəd  aztəminatlı  əhali

təbəqəsinin 

güzəranının 

yüksəldilməsinə 

yönəldilir.

• •


Respublikamızda  2004-cü  ildə  UDM -nun  artım  tempi  10% 

təşkil  etmişdir  ki,  bu  artım  2005-ci  ildə  14  %  nəzərdə 

tutulmuşdur.  Bunun  da  müqabilində  2004-cü  ildə  minimum 

əmək  haqqı  100  min  manat  olduğu  halda  Respublika 

prezidenti  İlham  Əliyevin  sərəncamı  ilə  2005-ci  ilin  yanvar 

ayının  1-dən  minimum  əmək  haqqının  125,5  min  manata 

qaldırılacaqdır.  Bu  da  əhalinin  xeyli  hissəsinin  yaşayış 

səviyyəsinə öz müsbət təsirini göstərəcəkdir.

159



Ədəbiyyat:

1.  «Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı 

dövlət  proqramı»,  Respublika  qəzeti,  Xüsusi  bııraxılıq,  13 

fevral 2004.

2.  Heydər Əliyev və dövlətin aqrar siyasəti. «Gənclik» 2003.

3.  Həsənli  M. - «Vergilər» Bakı,  1998.

4.  Xankişiyev  A.Ə.  -  «Bazar  münasibətləri  şəraitində  dövlət 

büdcəsi və vergilər»  Bakı,  1999.

5.  Əliyev  A.Ə.,  Qasımov  Ə.Ş.,  Qasımov  N.Ə.-  «Azərbaycanın 

sosial-iqtisadi  inkişafında  islahatların  rolu»,  Azərnəşr,  Bakı, 

1998.

ƏRƏSTÜ  H Ə B İB B Ə YLİ 

• 



AMEA-nın iqtisadiyyat institutu

AZƏRBAYCANIN ENERJİ RESURSLARININ 

İSTİFADƏSİNDƏ BÖYÜK BRİTANİYA  ŞİRKƏTLƏRİ

ARASINDA  TARİXİ  RƏQABƏT

Azərbaycan  nefti  daim  iri  dövlətlərin  maraq  dairəsində 

olmuşdur.  Təsadüfi  deyildir  ki,  orta  əsrlərdən  mühüm  sənaye 

əhəmiyyəti olan  bu təbii sərvət uğrunda əsrlər boyunca böyük 

imperiyalar  arasında  gərgin  mübarizə  getmişdir.  Azərbaycan 

neftinə  Rusiya,  İngiltərə,  Amerika  Birləşmiş  Ştatları, 

Almaniya 

kimi  dövlətlər  dünyanın 

nüfuz  dairələrinə 

bölüşdürülməsi yolunda mühüm vasitə kimi göz dikmişlər.

Hələ  XIX  əsrin  sonlarında  Çar  Rusiyasının  tərkibində 

olarkən  Azərbaycan  bu  təbii  sərvətinə  görə  bütün  dünyada 

məşhur  idi.  Belə  ki,  1891-ci  ildə  dünyada  çıxarılan  22,5 

milyon  ton  neftin  9,5  milyonu  Amerika  Birləşmiş  Ştatlarının,

11,4  milyonu  isə  Rusiyanın  payına  düşürdü  ki,  bunun  da 

95%-ni  Azərbaycan 

hasil  etmişdir.1 

1898-ci 


ildə 

isə 


Azərbaycanın,  daha  dəqiq  desək  Bakının  dünya  neft 

hasilatında  birinci  yer  tutması  ölkənin  dünyanın  iri  neft

160



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə