həyatın bütün sahələrində əsaslı demokratikləşdirmə xəttinin
ardıcıl surətdə həyata keçirilməsi, köklü iqtisadi islahatlar
nəticəsində mülkiyyət formalarının müxtəlifliyinə rəvac
verilməsi və xüsusi mülkiyyətin rolunun artırılması, azad
sahibkarlığın və bazar münasibətlərinin formalaşması , siyasi
və mənəvi həyat sferalarında fikir və fəaliyyət azadlığına,
plüralizmə,
tolerantlığa geniş yer verilməsi, əhalinin
mədəniyyət və şüurluluq səviyyəsinin yüksəlməsi, insanlarda
mənlik şüurunun formalaşması və milli özünüdərk yolunda
atılan mühüm addımlar və s. Müstəqil dövlətimizin xarici
siyasət
sahəsində
qazandığı
böyük
uğurları,
neft
strategiyasının qələbələri, ölkəmizin beynəlxalq miqyasda
nüfuzunun möhkəmlənməsi və dünya birliyi ölkələri ilə daim
artmaqda olan hərtərəfli inteqrasiyası prosesləri də mütləq bu
siyahıya əlavə olunmalıdır.
Müasir şəxsiyyətin spesifik tipliliyini səciyyələndirən
yeni şəraitin ikinci qrup amilləri insanın təbiətlə və ətraf
mühit ilə olan münasibətlərinə aiddir. Müasir sivilizasiya
miqyasında və eləcə də ayrıca bir ölkə və şəxsiyyət
səviyyəsində belə bir fikir qəti qərarlaşmışdır ki, insan özünün
təbiətə münasibətini tamamilə yeniləşdirməli, onunla ağıllı və
harmonik əlaqələr yaratmalıdır. Əks təqdirdə bəşəriyyətin
başının üstünü almış böyük ekoloji təhlükə onun gələcəyini
öz təbii əsasından məhrum edə bilər. Ona görə də müasir
ekoloji böhranı aradan qaldırmaq üçün bütün ölkələr və
xalqlar, bütün insanlar birlikdə fəaliyyət göstərməlidir.
Yuxarıda göstərilən amillər bir-birilə qarşılıqlı təsirdə
və vəhdətdə çıxış edərək müasir şəxsiyyətin aşağıdakı əsas
keyfiyyətlərini şərtləndirir: onun həyat fəaliyyətində azadlığa
doğru daha geniş imkanlar açılır; şəxsiyyətin davranış və
hərəkətlərində daxili öztənzimləyici amillərin rolu artır; bu
proseslərdə onun ümumi sosiomədəni normalardan asılılığı
azalır; fəaliyyətinin bütün tərəflərində həm strateji, həm də
taktiki məqsədlərin irəli sürülməsi və həyata keçirilməsində
şəxsi seçiminin üfüqləri genişlənir; şəxsiyyətin öz sosial
146
fəaliyyəti fərdi, şəxsi əməlləri və eləcə də ekoloji hərəkətləri
üçün məsuliyyəti çoxalır.
Ədəbiyyat:
кАбищсв К.Человек. Индивид. Личность, Алма-Ата. 1988.
2.Арсеньев А.С. Философские основания понимания личности.
Москва.2001.
3. Бегун И.Ф. Бытие человека : деятельность и смыслъ. Рига.
1987.
4. Спиркин. А.Г.Философия. Москва. 2001.
5. Ильин. В.В. Философия. Москва. 2001.
6. Лейбин В.М. Системные исследования и символическая
концепция человека.(Системные исследования). Москва. 1985.
7. Франкл В. Человек в поисках смысла. Москва. 1990.
RƏCƏB R Ə H İM L İ
А МЕЛ Naxçıvan Bölməsi
%
DEMOKRATİKLƏŞMƏ PROSESİNDƏ MƏRKƏZİ
DÖVLƏT ORQANLARI İLƏ YERLİ
ÖZÜNÜİDARƏETMƏ ORQANLARI ARASINDA
MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ
Ən böyük siyasi cəmiyyət olan dövlətin, hər hansı
siyasi hakimiyyəti mənimsəmiş olmasından asılı olmayaraq
idarəetmə
sistemində
iki
əsas
təşkilatlanma
forması
mövcuddur. Bunlardan biri mərkəzi idarəetmə sistemi, digəri
isə yerli özünüidarəetmə sistemidir.
Mərkəzi idarəetmə sisteminin əsas xüsusiyyətlərini
aşağıdakı kimi ümumiləşdirmək mümkündür.
1
.Bütün səlahiyyətlər mərkəzi dövlət orqanlarında
toplanmışdır.
147
2. Hər bir dövlət xidmətini həyata keçirəcək olan
mərkəzi dövlət orqanının yerlərdə təşkilatları və
təmsilçiləri mövcuddur.
3. Bütün resurslar
mərkəzi
dövlət
orqanlarının
nəzarətindədir.
Bu xüsusiyyətlər güclü bir dövlət idarəçiliyinin
qurulmasının əsas səbəbləri hesab olunur. Xalqa veriləcək
olan dövlət xidmətləri tək mərkəzdən idarə olunur. Eyni
zamanda bütün bəşəri və malı resursların istismarı mərkəzi
dövlət orqanlarının nəzarəti altındadır. Bu isə resurslardan
xalqın mənfəəti doğrultusunda istifadə edilməsinə şərait
yaradır. Yəni dövlət bölgələr arasında fərq yaratmadan
bütün bölgələrin inkişafına (təbii ki, bölgənin coğrafi
böyüklüyü və demoqrafik quruluşu nəzərə alınaraq) bərabər
səviyyədə və lazımi qədər vəsait ayırır.
Ancaq mərkəzi idarəetmə sisteminin bu faydaları ilə
bərabər, aşırı bürokratikləşməyə yol açması, dövlətin vermək
məcburiyyətində olduğu xidmətlərin yerli ehtiyaclar nəzərə
alınmadan (bütün planların mərkəzdə, yerlərdəki əhalinin
ehtiyaclarını araşdırmayan bürokratlar tərəfindən kor-
koranə hazırlanması) həyata keçirilməsi, .mərkəzdə xalqın
ehtiyac və arzuları nəzərə alınmadan qərarlar alınması kimi
mənfi cəhətləri də mövcuddur. Buna görə də, son illərdə
ortaya çıxan yeni siyasi və idarəetmə teoriyalarının
əksəriyyətində mərkəzi idarəetmə sistemindən (yəni bütün
səlahiyyətlərin
mərkəzdə
toplanması
və
ölkənin
tək
mərkəzdən idarə olunması) uzaqlaşılması, bunun yerinə yerli
özünüidarənin inkişaf etdirilməsi tövsiyə edilməkdədir. Səbəb
isə 1929- cu il dünya iqtisadi böhranından sonra ortaya çıxan
Keynesyen iqtisad teoriyalarının (dövlətin iqtisadi həyata
aktiv müdaxiləsi) 1970- ci illərdə süqutu nəticəsində dövlətin
səlahiyyətlərinin azaldılması zərurətidir. Yəni dövlət sadəcə
güvənlik və ədalət xidmətlərini həyata keçirməli, iqtisadi
həyata müdaxilə etməməlidir. Bu həm qloballaşmanın, həm
də yeni postmodern demokratiyanın əsas inkişaf amilidir.
148