Demokratiyanın inkişafında yerli özünüidarəetmə
orqanlarının rolu inkar edilməzdir. Görkəmli Fransız alimi
A. De Tokvil hələ 1835- ci ildə nəşr olunan «Amerikada
demokratiya» adlı məcmuəsində qeyd edir ki, «Yerli
özünüidarəetmə institutları olmadan millət azad hökumət
yarada bilər, lakin o, əsl azadlıq ruhunu duya bilməz» (1, s.
225). Bəzi qarşı fikirlərə rəğmən (2, s. 25 - 34) müasir yerli
özünüidarə ilə aralarında birəbir əlaqələr qurulmasa da
Ortaçağ komünlərindən bu yana yerli özünüidarəetmə
orqanları bərabərlik, müstəqillik, təmsil etmə, qərarların
hazırlanmasında iştirak etmə kimi əsas demokratik prinsipləri
yaşadan qurumlardır (3, s. 67). Eyni zamanda yerli
özünüidarənin demokratik inkişaf prosesindəki əsas rolu
dövlətin mərkəzi idarəsinin gücünə qarşı balans yaratma
nöqtəsində ortaya çıxmaqdadır (4, s. 344-348). Yəni yerli
özünüidarə dövlət gücünü vətəndaşın lehinə məhdudlaşdırma
vəzifəsi daşıyır. Bu aspektdən baxdığımız zaman dövlətin
mərkəzi aparatına sadəcə güvənlik və ədalət xidmətlərini
həyata keçirməkdən başqa bir iş qalmır. Xalqa veriləcək digər
dövlət xidmətlərini isə yerlərdəki yerli özünüidarəetmə
orqanları həyata keçirəcəkdir. Bu gün Avropa Birliyi başda
olmaqla IM F
və Dünya Bangınm müxtəlif ölkələr üçün
hazırladıqları sosial-iqtisadi inkişaf proqramlarında da,
desantralizasiya (mərkəzdən uzaqlaşma) əsas şərt kimi qəbul
edilməkdədir. Bunun həm xalq, həm də dövlət üçün müsbət
təsiri
olacağı
vurğulanmaqdadır.
Avropa
Birliyinin
Maastricht anlaşmasında Subsidiarity (xidmətdə xalqa
yaxınlıq) prinsipinin mənimsənməsi məhz buna xidmət edir.
Xalqın ehtiyac və problemləri ilə ona ən yaxın orqan olan
yerli özünüidarəetmə orqanlarının məşğul olması daha
məqsədə uyğundur.
Bütün bu dediklərimizdən aydın olur ki, dövlət
idarəçiliyində mərkəzi dövlət orqanları ilə yerli özünüidarəet
mə orqanları arasında münasibətlər səlahiyyətlərin düzgün
şəkildə və demokratik prinsiplərə uyğun, olaraq bölüşdürül
149
məsi ilə tənzimlənir. Təbii ki, bu səlahiyyət bölgüsü ölkədən-
ölkəyə fərqlilik göstərir. Bunun da səbəbi hər ölkənin
özünəməxsus idarəetmə sisteminin olmasıdır.
Xüsusilə
demokratikləşmə prosesinə yeni qədəm qoyan ölkələrdə
mərkəziyyətçiliyin güclü olduğu, yerli özünüidarə anlayışının
isə zəif inkişaf etdiyi bir həqiqətdir. Bunun əsas səbəbi isə
inkişaf etməkdə olan ölkələrin xalqlarında yerli özünüidarə
anlayışı haqqında lazımi səviyyədə məlumatın olmamasıdır.
1991-ci ildə müstəqillik əldə edən Azərbaycan Respub
likasının Konstitusiyasının 142-ci maddəsinin I hissəsində
qeyd olunur ki, «yerli özünüidarəetməni bələdiyyələr həyata
keçirir». «Bələdiyyələrin statusu haqqında» qanunun 14-cü
maddəsinə görə, bələdiyyələr və onların orqanları dövlət
hakimiyyəti orqanları sisteminə daxil deyildir. Amma
qanunun bu hökmü, bələdiyyələrin tamamilə müstəqil
olduğunu göstərməz. Bələdiyyə orqanları mərkəzi dövlət
orqanları ilə siyasi, hüquqi, sosial-iqtisadi və digər bir çox
sahələrdə əlaqələr qurar. Bu əlaqələr əslində, bələdiyyə
seçimlərinin həyata keçirildiyi gündən etibarən başlayır.
«Bələdiyyələrin statusu haqqında» qanunun 27-ci maddə
sində deyilir ki, «Azərbaycan Respublikasının dövlət orqan
ları bələdiyyələrə seçkilərin demokratik əsasda keçirilməsinə
təminat verir». Eyni qanunun 9- cu maddəsində isə «Azər
baycan Respublikasının dövlət hakimiyyəti orqanları bələ
diyyələrin təşəkkülü və inkişafı üçün zəruri hüquqi, təşkilati
və maddi-maliyyə şəraiti yaradır və yerli özünüidarə hüqu
qunu həyata keçirməkdə əhaliyə kömək göstərirlər» hökmü
yer alır.
Dövlət və bələdiyyə orqanları arasında olan hüquqi
əlaqələr də, qanunlarda öz əksini tapmışdır. Belə ki, Azər
baycan Respublikası Ədliyyə Nazirliyi bələdiyyə orqanları və
onların səlahiyyətli nümayəndələrinin Azərbaycan Respub
likası Konstitusiyasına və qanunlarına riayət edilməsinə
inzibati nəzarəti həyata keçirir (maddə 52). Yəni bələdiyyə
orqanları və onların səlahiyyətli nümayəndələri, qanuna
1.50
uyğun olmayan qərar və hərəkətlərinə görə məsuliyyət
daşıyırlar. Bələdiyyələrin fəaliyyətində qanuna uyğunsuzluq
müəyyən edilərsə məhkəmə orqanlarına şikayət edilə bilər.
Göründüyü kimi mərkəzi idarəyə, bələdiyyələr üzərində
inzibati nəzarət üçün yalnız məhkəmə orqanlarını fəaliyyətə
keçirmək və qanuna uyğunsuzluğun ləğv edilməsini istəmə
səlahiyyəti tanınmışdır. Bələdiyyələrin qərarları və onların
orqanları üzərində başqa nəzarət növlərinə
qanun icazə
vermir. Eyni zamanda bələdiyyələr də onlara yönəldilmiş və
səlahiyyətlərinin həyata keçirilməsinə mane olan qanuna
uyğunsuzlııqlara qarşı məhkəmə orqanlarına müraciət edə
bilərlər. Bu qısa informasiya Azərbaycan Respublikası
qanunvericilik aktlarında mərkəzi idarə ilə yerli özünüidarə
arasında əlaqələrin hüquqi cəhətdən tənzimlənməsini göstərir.
Azərbaycanda yerli
Özünüidarəetmə institutunun
inkişafı ilə bağlı ən mühüm məsələ yerli icra hakimiyyəti ilə
bələdiyyələr arasında səlahiyyət bölgüsünün sərhədləri ilə
bağlıdır. Ekspertlər hazırkı şəraitdə bələdiyyələrin səlahiyyət
lərinin kifayət qədər məhdud olduğu qənaətindədir. Eyni
zamanda yerli icra hakimiyyətlərinin bələdiyyələrin fəaliyyə
tinə müdaxiləsi də ciddi narahatlıqlar doğurur. Hesab edilir
ki, hazırkı vəziyyətdə yerlərdə icra hakimiyyətlərinin daha
üstün səlahiyyətlərə malik olması vətəndaşların etimad
göstərdiyi bələdiyyə institutunun formalaşmasına mane olur.
Vətəndaşlar praktik olaraq hər şeyə qadir olan yerli haki
miyyət kimi bələdiyyələri yox, icra hakimiyyətlərini görürlər.
Bütövlükdə
götürdükdə,
bələdiyyələrin
nəzəri
cəhətdən ictimai xidmət sahəsində fəaliyyət göstərməsi üçün
geniş səlahiyyətləri var. Anıma, maliyyə çatışmamazlığı
səbəbindən bələdiyyələr çox az sayda xidmətlər həyata
keçirirlər.
• •
Ümumiyyətlə, idarəetmə sahəsindəki islahatların sona
çatmaması, desantralizasiyamn tam həyata keçirilməməsi, qa-
nunlardakı müəyyən ziddiyyətlər bələdiyyələr və icra haki
miyyətləri arasında səlahiyyətlərin sərhədlərini müəyyən-
151
Dostları ilə paylaş: |