7.
Гулиева Н., Алиев Н. Приоритеты для БП, Эхо, 2003, 13
февраль.
8.
Азербайджанская нефть не потеряла свою потребность, Эхо,
19 апрель, 2003.
C EYH U N M AH M U D О V
Naxçıvan Dövlət Universiteti
İNVESTİSİYA SİYASƏTİ VƏ AZƏRBAYCAN
İQTİSADİYYATINDA XARİCİ SƏRMAYƏ
Yeni iqtisadi münasib-ətlərə keçid şəraitində milli
iqtisadiyyatı formalaşdırmağın və dirçəltməyin, struktur
dəyişmələrin və iqtisadi artımın əsasını investisiya vəsait
lərinin cəlb edilməsi, onun həcminin artırılması və səmərəlili
yinin yüksəldilməsi təşkil edir.
Respublikamızda köklü islahatların həyata keçirilməsi
üçün daxili vəsaitlərin azlığı., iri layihələrin işlənməsi və
%
investisiya riskinə uyğun olan ehtiyatların tapılması və s. kimi
problemlərin həllinin daha prioritet mənbəsi xarici in
vestisiyaların cəlb edilməsidir. Respublikamızda fiziki və
mənəvi
cəhətdən
tamamilə
köhnələn
əsas
kapitalın
yeniləşdirilməsinə,
dağılan
infrastrukturların
yenidən
qurulmasına, iqtisadiyyatdakı digər zəruri ehtiyacların
ödənilməsinə kəskin ehtiyac xarici investisiyaların axınına
maksimal əlverişli mühit yarada bilən iqtisadi siyasətin yeri
dilməsini zəruri edir.
Amerika iqtisadçısı U.Şarpın qeyd etdiyi kimi, həyata
keçirilən bu siyasət ilk növbədə xarici investisiyalara
iqtisadiyyatın strukturunun yenidən qurulması, davamlı
inkişafın təmin edilməsi, mütərəqqi texnika və texnologiyanın
əldə edilməsi, yeni idarəetmə təcrübəsinin mənimsənilməsi,
milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının
sürətləndirilməsi vasitəsi kimi baxılması ilə bağlıdır.5
167
Qeyd edok ki, xarici investisiyaların respublikamıza
cəlb olunması müəyyən siyasi, hüquqi və iqtisadi amillərlə
bağlıdır. Təbii haldır ki, öz strateji maraqlarından çıxış edən
xarici investorlar investisiya qoymaq istərkən sərmayə qoy
duqları
ölkənin
investisiya
mühitinin
əlverişliliyi
ilə
maraqlanırlar. İnvestisiya mühitinin əlverişliliyi isə ölkənin
iqtisadi və siyasi vəziyyəti, investisiya qoyuluşu baxımından
cəlbediciliyi, xarici mülkiyyətçilərin hüquqlarının qorunması,
sahibkarlıq
fəaliyyətinin
həvəsləndirilməsi,
investisiya
qoyuluşlarının risk dərəcəsinin aşağı olması, xarici iqtisadi
fəaliyyətin liberallaşdırılması kimi amillərdən asılıdır.
Respublikamızda bir tərəfdən onilliklər ərzində forma
laşmış çoxsahəli və çoxşaxəli istehsal-texniki potensialın
mövcudluğu, digər tərəfdən bir çox sahələrdə güclü elmi-
texniki potensialın və nisbətən ucuz ixtisaslı kadr ehtiyatları
nın mövcudluğu onun investisiya qoyuluşu baxımından
cəlbediciliyini daha da artırmışdır. Bununla yanaşı, dövlət
mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı
üçün əlverişli şəraitin yaradılması, iqtisadiyyatın ardıcıl ola
raq liberallaşdırılması və dünyaya açılması istiqamətində
həyata
keçirilən
tədbirlər
investisiya
mühitinin
yax
şılaşdırılmasına səbəb olmuşdur ki, bu da bir çox beynəlxalq
maliyyə-iqtisadi təşkilatların və investorların Azərbaycanla
əməkdaşlığa marağının artmasına səbəb olmuşdur.
Beynəlxalq təşkilatların və investorların ölkəmizdə
gedən islahatlara münasibətinin bariz nümunəsi iqtisadiy
yatımıza
yönəldilmiş
xarici
investisiyaların
həcminin
artmasıdır. Belə ki, müstəqillik əldə olunandan sonrakı dövr
ərzində ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri
hesabına 13,6 mlrd. ABŞ dollarından çox investisiya
qoyulmuşdur ki, bunun da 9,7 mlrd. ABŞ dollarını 1994-cü
ildən ölkəmizə cəlb olunan xarici investisiyalar təşkil edir.
Qeyd edək ki, ölkəmizin iqtisadiyyatına yönəldilmiş xarici
investisiyaların 80 %-ni birbaşa xarici investisiyalar təşkil edir
və son illərdə neft sektoru ilə yanaşı digər sahələrə, xüsusilə
168
energetika və neft-kimya sənayesinə, infrastruktur və kənd tə
sərrüfatı sahələrinə yönələn investisiyaların da payı sürətlə
artır. 2002-ci ilin statistik məlumatına əsasən Azərbaycanda
qeyri-neft sektoruna qoyulan xarici sərmayə 45,5 mln. ABŞ
dolları həcmində olmuşdur. İqtisadiyyatımıza qoyulan xarici
investisiyaların ümumi həcmində qeyri-neft sektoruna qo
yulan xarici sərmayənin ilbəil artması respublikamızda
sahələrarası tarazlı inkişafı və əhalinin məşğulluğunun
nisbətlərinin optimallığmı təmin, edir.
Azərbaycan iqtisadiyyatına xarici sərmayənin axınının
mövcud vəziyyəti göstərir ki, ölkə iqtisadiyyatına Türkiyə,
İran, Rusiya, ABŞ və s. ölkələrin investorları daha çox maraq
göstərirlər. Hər şeydən əvvəl, Türkiyə kompaniyalarının
fəaliyyəti diqqəti cəlb edir. Onların iştirakı ilə yaradılan birgə
müəssisələr bütünlükdə yaradılan bu tipli müəssisələrin 45%-
ni, həmin məqsəd üçün nəzərdə tutıılan Türkiyə investisiyası
isə ümumi investisiya həcminin 65%-ni təşkil edir. Türkiyə
sərmayəsinin tətbiq sahəsi geniş olub əsasən ticarət və xidmət
dairəsində, yeyinti və yüngül sənayedə, tikinti və s. sahələrdə
cəmləşmişdir.3
Bütün bunlarla yanaşı Beynəlxalq Valyuta Fondu və
Dünya Bankı ilə əməkdaşlıq edilir. Azərbaycanda iqtisadi
islahatların aparılmasına, makroiqtisadi sabitliyin dəstəklən
məsinə Beynəlxalq Valyuta Fondu tərəfindən 800 mln ABŞ
dollarından çox, struktur islahatların təhsil, mədəniyyət,
infrastruktur
və
digər
sahələrdə
müxtəlif layihələrin
keçirilməsinə Dünya Bankı tərəfindən 350 mln ABŞ dolları,
Avropa Yenidənqurma və İnkişaf Bankı xətti ilə 110 mln
ABŞ dolları həcmində yardım göstərilmişdir.1
Həmçinin
beynəlxalq
təşkilatlar,
donor
ölkələr
Azərbaycan Respublikası Prezidentinin neft sənayesi ilə
yanaşı qeyri-neft sektorunun inkişafına yönəldilmiş siyasətini
dəstəkləyərək yoxsulluğun azaldılması və iqtisadi inkişafın
təmin edilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsinə
hərtərəfli yardım göstərirlər. Məhz bu baxımdan yaxın 3 ildə
169
Dostları ilə paylaş: |