Sahibkarlıq fəaliyyəti gəlir, mənfəət əldə edilməsini təmin
etmək üçün mühüm təsərrüfat qərarları qəbul olunması,
fəaliyyətinin nəticələrinə görə məsuliyyətlə bağlıdır.
Sahibkarlıqda istehsal amillərinin düzgün əlaqələn
dirilməsi, yeni məhsul (əmtəə) istehsalına, yeni elementlərin
tətbiqinə keçilməsi, istehlakçıların marağına uyğun məhsul
istehsalının və xidmətlər göstərilməsinin istiqamətləndirilməsi
tələb olunur.
Sahibkarlıq iqtisadi fəallığın xüsusi bir növü kimi çıxış
etməklə ilkin mərhələdə bir ideya, sonra isə maddiləşmiş
formadır. Sahibkarlıq ideyası istehsalçının müəyyən bir
formada öz marağını bildirməsidir.
Sahibkarlıq fəaliyyətinin ümumi sxemi:
A
T
Sahibkarlıq fəaliyyətinin müvəffəqiyyəti öncə qəbul
olunan təsərrüfat-idarəetmə qərarlarının düzgünlüyündən
asılıdır. Qərar qəbul etmək həmişə sahibkar funksiyasını
yerinə yetirən şəxsin və ya şəxslər qrupunun öhdəsinə
düşür.(3,s. 11)
İqtisadi münasibətlər sistemi və quruluşu mürəkkəb və
çoxcəhətli olub iki əsas subyektin-istehsalçı və istehlakçıların
qarşılıqlı münasibətindən ibarətdir. Həm istehsalçı, həm də
istehsal sərbəst hərəkət edə bilmir. Hər iki subyekt bir-
191
birindən asılıdır. Deməli sahibkar qərar qəbul eldikdə
aşağıdrkı suallara özü özlüyündə cavab verməlidir:
-Xammal əldə oluna biləcəkmi?
-Proses üçün yarımfabrikatlar və digər dövriyyə
vəsaitləri varmı?
-Tələb olunan əsas vəsaitlər (texnika, texnologiya,
avadanlıq) almaq imkanı varmı?
-İstehsal olunan əmtəəyə tələbatın səviyyəsi necədir?
-Sahibkarın bu hərəkətinə dövlətin baxışı (vergi,
qadağan, maliyyə köməyi və s.) necə ola bilər?
Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əsas
şərtlərdən biri də müəyyən ictimai şəraitin sahibkarlıq
mühitinin mövcud olmasıdır. Burada hər şeydən əvvəl bazar,
bazar münasibətləri sistemi, sahibkarın şəxsən müstəqil
(sərbəst) olması (qərar qəbulunda) nəzərdə tutulur. (2,s.l2)
Sahibkarın hərəkətinin 3 əsas istiqaməti qeyd edə
bilərik:
1. İstehsalın (xidmətlərin göstərilməsinin) idarə edilməsi
(onun menecer fəaliyyəti);
2. Bazarın təhlil edilməsi: Sahibkar istehsalı istehlakçı xa
tirinə təşkil edir. Bazarı təhlil etmədən faydalı sahibkarlıq
fəaliyyəti yaratmaq olmaz (marketinq fəaliyyəti);
3. Əməkdaşlıq (tərəf müqabili) əlaqələrinin təşkili.
Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan
sahibkar mövcud iqtisadi resurslardan
qənaətlə, səmərəli
istifadə
edərək
dünya
standartlarına
uyğun
məhsul
istehsalının artırılmasına çalışır. Məhz bu sahədə sahibkarlar
tərəfindən göstərilən təşəbbüskarlıq və dövlət tərəfindən
həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar sahibkarlığın
inkişafına şərait yaradır. Sahibkarlığın inkişafı daxili bazarın
kifayət qədər məhsulla təmin olunmasına, işsizliyin aradan
qaldırılmasına əhalinin sosial halının yüksəldilməsinə şərait
yaradır. Deməli, respublikamızın iqtisadiyyatını sağlam
təməllər üzərində inkişaf etdirmək üçün sahibkarlıq mühi
tinin yaradılması və sahibkarlıq fəaliyyətinin öncül inkişaf
192
istiqamətlərinin müəyyənləşdirilməsi daima öz aktuallığını
saxlayacaqdadır.
Ədəbiyyat:
1. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının
Qanunu.
2. G.Gənciyev, C.Kərimov. Sahibkarlığın əsasları (Mühazirələr
toplusu). Bakı,"Elm", 1999
3. F. Abbasov, R. Quliyev, S. Əbdürrəhmanova. Sahibkarlıq
fəaliyyətinin əsasları. Bakı, 1996
R Ə H M A N M Ə M M Ə D Ə V
Naxçıvan Dövlət Universiteti
AQRAR SEKTORDA MƏHSULUN KEYFİYYƏTİNİN
VƏ RƏQABƏT QABİLİYYƏTİNİN ARTIRILMASI
YOLLARI
Hal-hazırda Naxçıvan Muxtar Respublikasında aqrar
sahibkarlığın geniş inkişaf etdrilməsi dövlətin iqtisadi
siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.Qeyd edək
ki,Muxtar
Respublikamızda
həyata
kezirilən
aqrar
sahibkarlıq siyasətinin fundamental elmi-nəzəri və elmi-
praktiki əsasları vardır.Bu ilk növbədə ölkə rəhbərliyinin
fərmanlarından və göstərişlərindən,Milli Məclisin qəbul etdiyi
qanunlardan,Nazirlər Kabinetinin qərar və sərəncamlarından
və həm də inkişaf etmiş ölkələrdən uzun illərdən bəri
toplanmış zəngin təcrübədən ibarətdir.
193
Məlumdur ki, Naxçıvan Muxtar Respublikasında
aqrar
sahədə
sahibkarlığın
formalaşması
və
inkişaf
etdirilməsi bir qədər mürəkkəb prosesdir.Bu baxımdan aqrar
sahədə sahibkarlıq faliyyətinin
irıkiəafmı təmin etmək
məqsədilə bir sıra vacibliyi ilə seçilən işlər görülməlidir.
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, dövlət
müəssisələrinin transformasiyası,yeni təsərrüfat formalarının
yaradılması xüsusi bölmədə məhsul istehsalının nisbətən
artmasına, ümumi istehsalda onların xüsusi çəkisinin
yüksəlməsinə səbəb olmuşdur. Əgər 2000-ci ildə Naxçıvan
Muxtar Respublikasında istehsal olunan taxıl 54,4 min
ton,şəkər çuğunduru 45,5 min ton,kartof 13,5 min ton,
tərəvəz 42,7 min ton, bostan məhsulları 33,6 min ton,meyvə
və giləmeyvə 28,4 min ton təşkil edirdisə, 2003-cıı ildə bu
göstəricilər artaraq müvafiq surətdə 81,4; 129, 0;14,2;53,4;
41,7;28,6 min ton təşkil etmişdir (l,s.l 12).
Müqayisə olunan illərdə mal-qaranın baş sayı 74,0
min başdan 81,2 min başa qədər artmışdır (1 ,s. 117). Bu onu
göstərir ki,aqrar islahatların gedişinin sürətləndirilməsi,
təsərrüfatların dövlət inhisarından çıxarılması və onların
xüsusi mülkiyyətə verilməsi aqrar sahibkarlığın inkişafına
real şərait yaratmışdır.
Lakin günümüzdə aqrar sahədə artım olmasına
baxmayaraq yüksək səviyyəli inkişafdan söhbət açmaq qeyri
Dostları ilə paylaş: |