təmin edilib istifadəyə verilməsidir.Qeyd edək ki,emal
müəssisələrinin əksəriyyətinin işləməməsi aqrar məhsul
istehsalçılarını
çətin
vəziyyətdə
qoyur.Belə
ki,əvvələr
respublikamızda istehsal olunan meyvə,tərəvəz və üzümün
yarısından çoxu emal müəssisələrinə verilirdi.Lakin indi
respublikamızda olan konserv zavodlarının və digər emal
müəssisələrinin demək olar ki,fəaliyyət göstərməməsi tonlarla
aqrar məhsulun qalıb çürüməsinə səbəb olıır.Emal müəssisə
lərinin mövcud tələblər səviyyəsində yenidən qurulması
məhsulların rəqabətə davamlılığım artırmaqla aqrar məhsul
istehsalçılarını həvəsləndirmiş olar.
Aqrar məhsulun keyfiyyətinin və rəqabət qabiliyyə
tinin yüksəldilməsinə təsir edən amillərə aqrobizrıesə xidmət
edən sahələrin,informasiya və məsləhət xidmətlərinin, tədris
kurslarının təşkilidə daxilidir.Hal-hazırda aqrar sahibkarlar
marketinq və menecment sahəsində hələ səriştəsizdirlər.Onlar
biznes ideyalarının formalaşması və layihələrinin tərtibin
də,kredit
alınmasında
çətinliklərlə
üzləşirlər.
Bununla
əlaqədar aşağıdakı bir sıra problemlərin həllinin və aqrar
sahibkarlara lazımi vərdişlərin verilməsini vacib hesab edirik:
• Rayonlarda aqrar məsləhətçilər şəbəkəsi yaradılmalıdır.
Bu şəbəkələrdə yerli məsləhətçi kadrlardan istifadə olun
ması. daha məqsədəuyğundur.Çünki,yerli məsləhətçilər
aqrar sahibkarlarla daha tez-tez ünsiyyətdə olmaq imka
nına malikdir;
• Aqrar sahibkarların ehtiyacları (aqro-texnikaya,aqro-ser-
visə, aqro-kimyəvi preparatlara və s.) öyrənilməli və
qiymətləndirilməlidir;
• Aqrar sahibkarlara yüksək səviyyəli marketinq xidmət
lərinin göstərilməsi üçün rayonlarda marketinq məsləhət
müəssisələri yaradılmalıdır.
Ədəbiyyat:
1. Naxçıvan Muxtar Respublikası 80 (tarixi-statistik məcmuə).
“Səda” nəşriyyatı, 2004, 212 s.
198
2.
Standartlaşdırma haqqında Azərbaycan Respublikasının
Qanunu. Bakı, Biznesmenin bülleteni. 1996, 57 s.
3. Məmmədov C.C.,Aqrar bölmədə maddi-texniki təminat və xidmət
işinin təşkili. Dərs vəsaiti.Bakı, 2004, 530 s. (s.436-453)
WEB saytlar
1.
vvww.economy.gov.az-Azərbaycan Respublikasının iqtisadi
İnkişaf Nazirliyi
2.
www.sahibkar.biz - Sahibkarlara yardım saytı
3.
www.kitab.az -Azərbaycanda elektron kitabxana
4.
www.mmazeri.com -Azərbaycan Respublikasının Elektron
Qanunvericilik Bazası
SƏ H Ə T HƏBİB B Ə Y L İ
A zdrbaycan D övht iqtisad Universiteti
•
•
DAXILI BAZARIN TƏNZİMLƏNMƏSİNDƏ
GÖMRÜK AMİLİ
Bazar iqtisadiyyatına əsaslanan ölkələrdə daxili
bazarın qorunması və tənzimlənməsi iqtisadi siyasətin vacib
• •
şərtlərindən biridir. Ölkələrin iqtisadi inkişaf, vergi, maliyyə,
kənd təsərrüfatı, staistika ilə məşğul olan nazirikləri, hətta
bəzi hallarda inzibati orqanları bu sahəyə müntəzəm olaraq
nəzarət edir, tənzimlənmə proseslərinin düzgün təşkilinə nail
olmağa çalışırlar. Bunsuz ölkədaxili iqtisadiyyatı, yerli
istehsalı inkişaf etdirmək, rəqabətə davamlı məhsulların
daxili və xarici bazarda özünə münasib yer tapmasını təmin
etmək mümkün deyildir.
Dünyada gedən iqtisadi proseslər göstərir ki, daxili
bazarın qorunması və tənzimlənməsində gömrük orqanla
rının da üzərinə mühüm vəzifələr düşür. Əslində gömrük
orqanları daxili bazarın açarı funksiyasını yerinə yetirir.
Ölkəyə daxil olan və ölkədən xaric olan məhsulların düzgün
müəyyən olunması daxili bazarın tənzimlənməsində həlledici
199
faktora malik olduğu üçün bu mühüm və məsul vəzifəni
həyata keçirən gömrük orqanları bazar münasibətlərinin
tənzimlənməsinin
mərkəzində
dayanır.
Bu
məsələdə
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikasında gömrük orqanlarının həmin sahə
üzrə fəaliyyətinin araşdırılıb ümumiləşdirilməsi mühüm
əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının
təcrübəsinə əsaslanaraq demək olar ki, daxili bazarın
qorunması və tənzimlənməsi planlı, ardıcıl, məqsədyönlü və
əlaqəli şəkildə aparıldıqda daha müsbət nəticələr əldə etmək
mümkün olur. Bu münasibətlə daxili bazarın öyrənilməsi
zamanı aydın olmuşdur ki, yerli sahibkarlığın inkişafına təsir
edən adekvat malların gömrük səıiıəddindən keçirilməsinin
qarşısı alındıqda artıq yerli istehsalçılara əks təsir göstərən
malların gömrük orqanlarından gi/:lətmə üsulu ilə, yəni qaçaq
yolla keçirilməsinə zəmin hazırlanır. Bu zaman da gömrük
nəzarətinin daha ciddi və səmərəli həyata keçirilməsində
gömrük orqanlarının üzərinə düşən məsuliyyət daha da artır.
Bu zaman gömrük sərhəddindən keçən yük və sərnişin
avtomaşınlarının gizli saxlanc yerlərinə nəzarətin daha da
gücləndirilməsi təmin olunur. Bu tədbirlər öz növbəsində
muxtar respublikada daxili bazarın tənzimlənməsinə, yerli
istehsalın
daha
da
inkişaf etdirilməsinə,
sahibkarlıq
fəaliyyətinin meydanının genişləndirilməsinə müsbət təsir
göstərmişdir.
Gömrük orqanları daxili bazarda qorunmalı olan
malların mühafizəsi üçün Nazirlər Kabinetinə təkliflər verir.
Gömrük sərhəddindən keçirilən və yerli sahibkarlığa əks təsir
göstərən malların siyahısının tərtib edilməsi və onların
gətirilməsinin
qarşısının
alınmasının
daima
nəzarətdə
saxlanılması da gömrük orqanlarının üzərinə düşür.
Regionda daxili bazarın xarici rəqabətdən qorunması
məqsədi ilə gətirilməsi məhdudlaşdırılan mallar əsasən üç
qrupa ayrılmışdır:
1. Gətirilməsi tam məhdudlaşdırılan mallar
200
Dostları ilə paylaş: |